Məhkəmə qərarları › İş №2(041)-1675/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1675/2023

19.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1675/2023 19.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kürdəmir şəhəri, Bakı prospekti, 64 saylı evin 4 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.2-ci il maddəsinin tələblərinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. İddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılarkən müəyyən edildi ki, iddiaçı 100 manat dövlət rüsumu ödənilməli olduğu halda, bunu etməmişdir. Həmçinin iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir sübut (cavabdehin onun evində yaşamaması barədə qonşuların iştirakı ilə tərtib edilmiş akt, yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış və sair) iş materiallarına əlavə etməmiş, bununla da iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, habelə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: X.X.İMANOV Məhkəmə iclasından kənar prosessual hərəkət barədə PROTOKOL Kürdəmir şəhəri iş № 2(041)-1675/2023 xx.xx.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsaslanaraq iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılması barədə qərardad qəbul etdi. HAKİM: XALİQ İMANOV AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ _____________________________________________________________________ AZ 3300, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22, tel/fkas (020) 255-23-23 _____________________________________________________________________ Kürdəmir şəhəri iş № 2(041)-2072/2022 xx.xx.2022 X1 ünvan: Kürdəmir rayon Çöl-ərəb kəndi Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-2072/2022 saylı qərardadı-nın surəti Sizə göndərilir. Qoşma: qərardad və ona əlavə edilmiş sənədlər___vərəqədə. HAKİM XALİQ İMANOV Surəti: Kürdəmir şəhəri iş № 2(041)-2072/2022 xx.xx.2022 X1 ünvan: Kürdəmir rayon Çöl-ərəb kəndi Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-2072/2022 saylı qərardadı-nın surəti Sizə göndərilir. Qoşma: qərardad və ona əlavə edilmiş sənədlər___vərəqədə. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar