Məhkəmə qərarları › İş №2(041)-17/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-17/2024

08.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-17/2024 08.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X16 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamenti (bundan sonra Departament) cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin müvəqqəti istifadəsinə verilmiş, Kürdəmir rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzil yaşayış kompleksində bina 3-də yerləşən 32 nömrəli mənzilə dair 28 yanvar 2020-ci il tarixli 3/32 nömrəli xüsusi təyinatlı yaşayış sahəsini kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin və qeyrilərinin yuxarda adı çəkilən yaşayış sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə daim nəzarətdə saxlayır. Son dövrdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirl, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Departamentin 28 yanvar 2020-ci il tarixli, 3/32 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavimləsinə əsasən, məcburi köçkün Qasımova X7 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində 3 nömrəli binada 32 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Departamentin Kürdəmir-Ucar-Göyçay Mənzil Kommunal İstismar Sahəsimnin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ona verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydaların 3.2-ci və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müvəqqəti istifadəsinə verilmiş Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində bina 3-də yerləşən 32 nömrəli mənzilə dair 28 yanvar 2020-ci ill tarixli 3/32 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında iddia ərizəsində göstərilən halları təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında göstərdi ki, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Kürdəmir rayonunda inşa olunmuş məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşmışlar. Onlarla komtə arasında xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi bağlanmışdır. Kirayə müqaviləsi bağlandıqdan sonra ailəsi ilə birlikdə həmin evə köçmüş və özünə məxsus ev əşyalarını da həmin evə gətirmişlər. Sonradan qızı ali təhsil aldığı üçün Bakı şəhərinə getmişdir. Oğlu isə hərbi xidmətə çağırlımışdır. Evdə tək qaldğı üçün bir müddət qohumlarının yanında yaşamağa başlamışdır. 2024-cü ilin yanvar ayında oğlu hərbi xidmətdən qayıtmışdır. Oğlu hərbi xidmətdən qayıtdıqdan sonra yenidən evinə qayıdaraq həmin evdə yaşamağa davam edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 3/32 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Departament tərəfindən Cavabdeh1 müvəqqəti yaşamaq üçün Kürdəmir 564 ailəlik qəsəbədə bina 3, mənzil 32, 2 otaqlı yaşayış sahəsi verilmişdir. - xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktların surətindən görünür ki, Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində olan 3 nömrəli binanın 32 nömrəli mənzilinə Kürdəmir MKİS-in rəisi X2, Kürdəmir rayon polis şöbəsinin İTB-nin baş inispektoru, polis kapitanı X3, Kürdəmir MKİS-nin sahə nəzarətçisi X4, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Xırdaapy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X6, Kürdəmir rayon "xxxx" ASC-nin nəzarətçisi X5 iştirakı ilə Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində bina 3-də yerləşən 32 nömrəli mənzildə baxış keçirilərkən həmin mənzildə yaşayşının olmadığı müəyyən edilmişdir. - xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, bina 3, mənzil 32-də yaşayan sakinə mənzildə yaşayışı təmin etməyəcəyi halda mənzilin kirayə müqaviləsinin ləğv olunaraq şəhid və qazi ailələrinə veriləcəyi barədə xəbərdlarlıq edilmişdir. - “Azərsu“ ASC Kürdəmir rayon Sukanal İdarəsinin xx.xx.2021-xx.xx.2022-ci illər üzrə ödənişlərin siyhısından görünür ki, Cavabdeh1 sudan istifadəyə görə sonuncu dəfə 2022-ci ilin oktyabr alında cəmi 5.0 manat ödəniş etmişdir. - “Azərişıq“ ASC-nin abunə haqqından görünür ki, Cavabdeh1 elektrik enerjisindən istifadəyə görə 2020-ci ildə 10 manat, 2021-ci ildə 1 manat, 2022-ci ildə 10 manat karta pul yükləmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun olaraq Departamentin xx.xx.2020-ci il tarixli, 3/32 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavimləsinə əsasən, məcburi köçkün Qasımova X8 rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində 3 nömrəli binada 32 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Departamentin Kürdəmir-Ucar-Göyçay Mənzil Kommunal İstismar Sahəsimnin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Cavabdeh1 iddia tələblərini qəbul etmədiyini, oğlu hərbi xidmətdə olduğu, qızı isə ali təhsil aldığı üçün yaşayış evini müvəqqəti tərk etdiyini, hazırda oğlu hərbi xidmətdən qayıtdığı üçün yaşayşlarını bərpa etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Tərəflər arasında bağlanmış, Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 3/32 nömrəli kirayə müqaviləsinin 5.7.1-bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmış və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzürlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə qaydasında müəyyən edildi ki, cavabdehlər təhsil və həqiqi hərbi xidmətlə bağlı üzrlü səbəblərdən müvəqqəti olaraq mənzildə yaşamamış, hazırda Cavabdeh2 hərbi xidmətini başa vuraraq həmin mənzilə qayıtmış və anası Cavabdeh1 ilə birlikdə həmin mənzildə yaşamaqda davam edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar