Məhkəmə qərarları › İş №2(041)-170/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-170/2024

22.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-170/2024 22.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh “Azəriqaz” İB-nə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 172.80 manat cərimənin hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, evinə verilən təbii qazın dəyərini sayğacın göstəricilərinə uyğun olaraq ödəyir. 28 oktyabr 2013-cü il tarixdə cavabdeh qurumunun əməkdaşları onun yaşadığı evə gələrək istifadə etdiyi sayğacı xətdən çıxarmış və bu barədə həmin tarixdə akt tərtib etmişlər. Sayğacı yerinə quraşdırandan sonra ona məlum olmuşdur ki, abonent saldosunda 2013-cü ilin oktyabr ayına mənbəyi bəlli olmayan 172.80 manat borc yazılmışdır. Bu barədə dəfələrlə qaz idarəsinə müraciət olunsa da borcun haradan və necə yaranması barədə ona heç bir məlumat verməmiş və ona şifahi olaraq bildirilmişdir ki, bu barədə akt tərtib edilməmişdir. Məbləğin səhv göstərilməsini heç bir araşdırma aparmadan, sadəcə abonent saldosuna baxmaqla da, müəyyən etmək olar. Belə ki, 2013-cü ilin avqust ayının sonuna borc 43.25 manat, sentyabr ayının sonuna 55.25 manat, oktyabr ayının sonuna 215.85 manat, noyabr ayının sonuna 205.85 və dekabr ayının sonuna 226.85 manat göstərilmişdir. Həmin aylar üzrə sayğac göstəriciləri 520 m3 , 690 m3 , 740 m3 , 740 m3 , 1100 m3 kimi qeyd edilmişdir. Bu hallar onu göstərir ki, cavabdeh səbəbsiz səhvə yol vermiş, öz səhvini isə düzəltmək istəmir. İddiaçı göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul edərək izahatında göstərdi ki, Kürdəmir rayon Cəyli kəndində yaşayan İddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmiş, iddiaçının qaz sərfiyyatını hesablayan mexaniki sayğacın göstəricisi 2013-cü ilin sentyabr ayında 170 m3 , olduğu halda 2013-cü ilin oktyabr ayında göstərici əsassız olaraq 1778 m3 kimi göstərilmiş, artıq hesablanmış və iddiaçının hesabına 172.80 manat artıq qaz sərfiyyatı hesablanmışdır. Nümayəndə izahatının sonunda iddianın həmin məbləğdə təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan **********00360 nömrəli abonentin saldosundan görünür ki, iddiaçının yaşadığı mənzilə quraşdırılmış mexaniki qaz sayğacının göstəricisi 2013-cü ilin sentyabr ayında 170 m3 olduğu halda, 2013-ci ilin oktyabr ayında həmin göstərici 1778 m3 kimi qeydə alınmış və həmin göstəriciyə uyğun olaraq 172.80 manat artıq pul hesablanmışdır. Başqa sözlə həmin hesabata görə iddiaçının bir aya 1178 kub.metr qazdan istifadə etdiyi göstərilir ki, abonentin saldosunda göstərilən bütün illərlə müqayisədə həmin hesabat ağlabatan görünmür. Hesabatın səhvən yaranmasını cavabdehin nümayəndəsi də etiraf etmiş və həmin 172.80 manat pulun iddiaçının hesabından silinməsinə etiraz etmədiyini bildirmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, **********00360 nömrəli abonentin saldosunda 2013-ci ilin oktyabr ayı üzrə artıq hesablanmış 178.20 manat borc İddiaçı hesabından silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. **********00360 nömrəli abonentin saldosunda 2013-ci ilin oktyabr ayı üzrə artıq hesablanmış 178.20 (bir yüz yetmiş səkkiz manat 20 qəpik) manat borc İddiaçı hesabından silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar