Məhkəmə qərarları › İş №2(041)-1710/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1710/2024

24.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1710/2024 24.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 şəxsi mülkiyyətində olan, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 63 mənzil 7 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlər qonşu mənzildə yaşayır, lakin qeydiyyatları səhvən onun mülkiyyətində olan mənzil göstərilmişdir. Cavabdehlərin onun mənzilində qeydiyyatda olmaları mənzil üzərində mülkiyyət hüquqlarına xələl gətirir və gələcəkdə mənzilini özgəninkiləşdirmək istədiyi halda onların razılıqları tələb ediləcəkdir ki, bu hal da indidən onu narahat edir. Digər tərəfdən, yaşayış yeri üzrə arayışda həmin şəxslərin də adları göstərilir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İşə əlavə edilmiş yaşayış yeri üzrə arayışda və mənzil istismarı sahəsinin verdiyi 2 saylı formada arayışda cavabdehlərin Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 63 mənzil 7 ünvanında qeydiyyatda olduqları göstərilmişdir. İşin faktiki halları onu göstərir ki, cavabdehlərin yaşayış yeri üzrə qeydiyyat ünvanları ünvan 1q qonşu mənzildə yaşayırlar. Kürdəmir MİS-nin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 25 nömrəli arayışda da onların mənzilin mülkiyyətçisinə olan qohumluq münasibətləri qrafasında “qonşu” kimi göstərilmişdir. Bu hal onu göstərir ki, cavabdehlərin iddiaçının yaşadığı və onun mülkiyyətində olan mənzilə dair istifadə və digər hüquqları olmamışdır. Qeydiyyat orqanının səhvi nəticəsində cavabdehlərin yaşayış yeri üzrə ünvanı düzgün göstərilməmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə inzibati orqanın publik hüquq münasibətlərindən yarandığı üçün hazırki işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə görə nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 16.3. “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Odur ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya öhdəliyin icrası haqqında iddia tələbi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Öhdəliyin icrası haqqında iddia tələbi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar