Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1718/2024 26.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın əsasında hesablanmış 582 manat borcun silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız hesablanmış 582 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdlir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini düzgün tərtib etmədiyini bildirib iddia ərizəsini geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh “Azəriqaz” İstehsalavt Birliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq “Azəriqaz” İB-nin nümayəndəsi heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə “Azəriqaz” İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı akt əsasında hesablanmış 582 manat borcun silinməsini tələb etsə də, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən onun barəsində heç bir akt tərtib edilməmiş, iddia ərizəsinə əlavə edilən akt isə X1 barəsində tətib edilmiş xx.xx.2016-cı il tarixli, ******* nömrəli aktı əlavə etmişdir. İş materiallarından görünür ki, İddiaçı “Azəriqaz” İB-də abonent kimi qeydiyyata alınmamışdır. İddiaçı “Azəriqaz” İB-yə qarşı aktın əsasında hesablanmış 582 manat borcu silinməsi barədə iddia ərizəsi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxıud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın əsasında hesablanmış 582 manat borcu silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam xitam verilməsi zamanı hakim qərardad çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 260.3, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın əsasında hesablanmış 582 manat borcu silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin və iddia ərizəsinə əllavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1718/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1718/2024
26.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver