Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1742/2024 04.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı X1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AKT R 331583 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış ümumilikdə 884 manat borc məbləğinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddia ərizəsini düzgün tərtib etmədiyini bildirib iddia ərizəsini geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 göstərdli ki, hazırki iş üzrə iddiaçı X2 barəsində "xxxx" ASC-nin nümayəndələri tərəfindən heç bir akt tərtib edilməmiş və o, ümumiyyətlə "xxxx" ASC-nin Oracle proqram bazasında qeydiyyatda yoxdur. Ona görə də iddiaçı X1 "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli AKT R 331583 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış ümumilikdə 884 manat borc məbləğinin hesabından silinməsi barədə iddia ərizəsi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxıud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı G.M.Abbasova qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam xitam verilməsi zamanı hakim qərardad çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 260.3, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin və iddia ərizəsinə əllavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1742/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1742/2024
04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver