Məhkəmə qərarları › İş №2(041)-175/2023

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-175/2023

01.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-175/2023 01.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı ştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilmə tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan Kürdəmir şəhəri, Aran qəsəbəsi ev 30, mənzil 16 ünvanda yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Kürdəmir şəhəri, Aran qəsəbəsi ev 30, mənzil 16 ünvanda olan mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xx.xx.2014-cü il tarixdə **********29-05101-093006 reyestr nömrəsi ilə Seriya RX ******* çıxarış almış və hazırda 36.2 kv.metr ümumi sahəsi olan mənzil onun xüsusi mülkiyyətidir. Həmin mənzilə xüsusi mülkiyyət hüququ əldə etdikdən sonra, hazırda həmin mənzildə yaşayır. Mənzillə bağlı arayış almaq istəyəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olduğunu bildirdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan mənzildə yaşamamış və hazırdada yaşamırlır. Ümumiyyətlə cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları barədə heç bir məlumatı olmayıb. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olmaları onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozur və o, öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə edə bilmir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətimdə olan Kürdəmir şəhəri, Aran qəsəbəsi ev 30, mənzil 16 ünvanda olan mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilmə tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılıb qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Kürdəmir şəhəri, Aran qəsəbəsi ev 30, mənzil 16 ünvanda yerləşən mənzili xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqıqda xx.xx.2022-ci iltarixli, ******* nömrəli arayışından görünür ki, Cavabdeh1 və Əhmədov X1 şəhəri, Aran qəsəbəsi ev 30, mənzil 16 ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyətində olan evində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 714 nömrəli arayışından görünür ki, Cəfərova X2 şəhəri, Aran qəsəbəsi ev 30, mənzil 16-saylı ünvanda tək yaşayır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 715 və 716 nömrəli arayışlardan görünür ki, Cavabdeh1 və Əhmədov X1 şəhəri, Aran qəsəbəsi ev 30, mənzil 14-saylı ünvanda yaşayırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı Cəfərova X2 şəhəri, Aran qəsəbəsi ev 30, mənzil 16 ünvanda olan mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xx.xx.2014-cü il tarixdə **********29-05101-093006 reyestr nömrəsi ilə Seriya RX ******* çıxarış almış və hazırda 36.2 kv.metr ümumi sahəsi olan mənzil onun xüsusi mülkiyyətidir. Həmin mənzilə xüsusi mülkiyyət hüququ əldə etdikdən sonra, hazırda həmin mənzildə yaşayır. Mənzillə bağlı arayış almaq istəyəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olduğunu bildirdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan mənzildə yaşamamış və hazırdada yaşamırlır. Ümumiyyətlə cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları barədə heç bir məlumatı olmayıb. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olmaları onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozur və o, öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə edə bilmir. Cavabdehlərin iddiaçıya məxsus yaşayış evində formal qeydiyyatda olması iddiaçının mülkiyyətində olan yaşayış evindən öz istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur və o, öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə etməsini məhdudlaşdırır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, yaşayış evi mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinin üçüncü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrını 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olsalar da, onlar həmin fərdi yaşayış evində yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və İddiaçı xüsusi mülkiyyətində olan, Kürdəmir şəhəri, Aran qəsəbəsi ev 30, mənzil 16 ünvandan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan, Kürdəmir şəhəri, Aran qəsəbəsi ev 30, mənzil 16 ünvanda yerləşən ümumi sahəsi 36,2 kv.metr, yaşayış sahəsi olan mənzildən Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar