Məhkəmə qərarları › İş №2(041)-1764/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1764/2025

09.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1764/2025 09.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı akt əsasında yazılmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt üzrə əsassız hesablanmış 1347.84 manat borcun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini tam şəkildə ödəmişdir. Bu vaxta qədər təbii qazla bağlı heç bir problemi olmamışdır. Bu yaxınlarda qaz idarəsi tərəfindən ona bildiriş verilərək 2962.15 manat borcunun olduğunu bildirmişlər. Qaz idarəsinə yaxınlaşmış və orada məlum olmuşdur ki, ona 1347.84 manat cərimə tətbiq edilmişdir. Bununla maraqlalanda cavabdehin əməkdaşları bildirmişlər ki, xx.xx.2022-cü il tarixdə mənzilində təbii qazdan kənar istifadə halı aşkar edilmişdir. Halbuki, belə bir hal mümkün deyil. Heç vaxt mənzilində qazdan qanunsuz istifadə etməmişlər. Ümumiyyətlə qaz idarəsi əməkdaşları onların mənzilinə baxış keçirməyiblər. Belə ki, onlar özləri istədiyi forma və məzmuna uyğun akt tərtib edərək debitor borcları artırır, özlərinin qaz itkilərini ört-basdır edirlər. Göründüyü kimi akt özü əsassız olaraq yazılıb. Cavabdehin əməkdaşları akı yazaraq ******* saylı, xx.xx.2022-cü il tarixli aktla mənzilə 1347.84 manat cərimə yazmışlar. Hesablamanı isə 365 günə görə, 1 il hesablamışlar. Hələ bu azmış kimi cavabdeh qurumun əməkdaşları 12 ay, 1 il ərzində istifadə etdiyini göstərmişlər. Halbuki, belə bir hal mümkün deyildir. Hesablama aparılması və cərimənin tətbiqi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasına iddiaçı ərizə ilə müraciət edərək, işi ilə əlaqədar olaraq və məsafənin uzaq olmasını əsas gətirərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasına cavabdeh etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********02430 saylı qaz hesabında 2962.15 manat borc vardır. Mübahisə predmeti ilə bağlı Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzildə 2 dəfə qaz sayğacından kənar istifadə halı aşkar edilmişdir. Bununla bağlı müvafiq qaydada aktlar tərtib edilmişdir. 1) İddiaçı yeraltı küçə xəttə müdaxilə edərək sayğacdan kənar xətt çəkmiş və qazdan qeyri-qanuni istifadə etmişdir. Bununla bağlı ******* nömrəli, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmişdir. Mənzilin işlədicilərinə uyğun olaraq 1 ədəd Dəmir Soba və 1 ədəd PQ-2 qaz pilitəsindən istifadə edildiyi müəyyən edilərək dəyəri 1347.84 manat hesablanmışdır. Aktın tərtibatı zamanı istehlakçının nümayəndəsi orada iştirak etmiş lakin akta imza etməkdən imtina etmişdir. 2) xx.xx.2023-cü il tarixdə təkrar olaraq təbii qazdan qeyri-qanuni olaraq əlavə xətt vastəsi ilə təbii qazdan istifadə halı aşkar edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə halı aşkar edilərək 1446.96 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanaraq iddiaçıya məxsus abonent hesabına əlavə edilmişdir. Hər iki aktın tərtibatı zamanı istehlakçının nümayəndəsi orada iştirak etmiş, lakin aktlara imza etməkdən imtina etmişdir. İtirilmiş təbii qazın dəyəri ümumilikdə 2794.80 manat hesablanaraq iddiaçıya məxsus abonent hesabına əlavə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, aktın Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri R.Alırzayev, A.Yaqublu, R.Mahmudov və X.Babaşov tərəfindən istehlakçının iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G4 markalı **********057 nömrəli qaz sayğacına baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İstehlakçı İddiaçı bu barədə tərtib edilmiş aktı imza etməkdən imtina etmişdir; - xx.xx.2022-ci il tarixli tələbnamədə dəymiş ziyan 11232 m3 müəyyən edilmişdir; - Abonentin saldosundan görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə İddiaçı 1347,84 manat borc hesablanmışdır (abonent: **********02430); Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.https://eqanun.az/framework/3422 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cü bəndinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.1.11-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1.1-bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü nəzərə alınır. 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Kürdəmir rayonu Vaqif küçəsində yerləşən İddiaçı məxsus evdə quraşdırılmış G4 markalı **********057 nömrəli qaz sayğacına baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bununla bağlı akt tərtib edilmiş və həmin akt iddiaçı tərəfindən imzalanmaqdan imtina edilmişdir. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə ümumilikdə riayət olunsa da, hesablaşma zamanı bəzi vacib məqamlar nəzərə alınmamışdır. Belə ki, qaz sayğacı küçədə qurarşdırılmış, ona qaz idarəsinin əməkdaşları tərəfindən müntəzəm nəzarət edilməsi, qaz sayğacına qeyri-qanuni qoşulma hallarının vaxtında aşkar edilməsi və müşahidə aparılması mümkün olması səbəbindən 360 gün ərzində istehlakçının qazdan qanunsuz qoşulma nəticəsində istifadə olunması sübut olunmur. Eyni zamanda, cavabdeh tərəfin əməkdaşları küçədə quraşdırılmış sayğaclara mütəmadi və maneəsiz nəzarət etmək, sayğac göstəricilərinə uyğun olaraq hər ay məişət abonentləri ilə düzgün və vaxtında hesablaşma aparmaq vəzifələrini tam şəkildə yerinə yetirməmişdir. Beləliklə, cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 360 gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən təbii qazın sərfiyyatına riayət edilməmişdir. Məhkəmə bu halları nəzərə alaraq belə qənaətə gəlir ki, təbii qazdan istifadəyə görə yenidən hesablaşma aparılarkən hesablamalar 90 günlük dövr üçün və günün 12 saatı ərzində qaz isifadəsi nəzərə alınmaqla həyata keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, itirilmiş təbii qaza görə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 336.96 manat (1347.84:12=112.32*3) əlavə hesabat aparılmalı, qalan 1010.88 manat (1347.84-336.96=1010,88) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 1010.88 manat istehlakçı İddiaçı hesabından silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən dövlət rüsumunun əvəzi kimi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30.10 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin nəzərə çatdırır ki, cavabdeh tərəfindən məhkəməyə göndərilən etiraz və ona əlavə edilmiş sənədlərdən görünür ki, istehlakçının 2023-cü ilin aprel ayında təkrar olaraq təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək 1416.96 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanaraq iddiaçıya məxsus abonent hesabına əlavə edildiyi göstərilmişdir. Lakin həmin akt və ona əsasən istehlakçıya hesablanan borcun silinməsi ilə bağlı iddia tələbi irəli sürülmədiyindən, məhkəmə həmin hissəyə hüquqi münasibət bildirməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 İstismari İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 1010.88 (min on manat səksən səkkiz qəpik) manat istehlakçı İddiaçı hesabından (abonent kodu:**********02430) silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 30.10 (otuz manat on qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar