Məhkəmə qərarları › İş №2(041)-1778/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1778/2024

11.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1778/2024 11.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Cavabdehnin iştirakı ilə İddiaçı X2 publik hüquqi şəxsiinin Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası, DƏDRK-nin 16 saylı Ucar Ərazi İdarəsi və Kürdəmir rayonu, Köhünlü Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı hərracın etibarsız hesab edilməsi və məcburi çıxarılma tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 01 avqust 2024-cü il tarixdə Ucar rayonunda keçirilən açıq Hərracın qanunsuz nəticəsinin etibarsız edilməsi və onun əsasında zəbt edilmiş 22 ha ümumi otlanq sahəsindənCavabdeh məcburi qaydada çıxarılması yarədə yekun məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə hazırlıq iclasının keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmiş, xx.xx.2024cü il tarixdə İddiaçı məhkəməyə ərizə göndərərək Kürdəmir rayon Köhünlü Bələdiyyəsi ilə yaranmış problemin həll olunması sahəsində razılığa gəldiklərinə görə ərizənin geri götürülməsinə qərar verdiyini bildirib məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin baxılmadan qeri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261-0.3 və 261.0.6-261.0.8-ci maddələrinjdə göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxıud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı X2 publik hüquqi şəxsiinin Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası, DƏDRK-nin 16 saylı Ucar Ərazi İdarəsi və Kürdəmir rayonu, Köhünlü Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı hərracın etibarsız hesab edilməsi və məcburi çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu büdcədən İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankı – X1 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir şəhər filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına 100 manat dövlət rüsumu və xidmət haqqı olaraq 0,40 manat, cəmi 100,40 manat məbləğində pul ödəmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 114.1.4, 260.3, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı X2 publik hüquqi şəxsiinin Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası, DƏDRK-nin 16 saylı Ucar Ərazi İdarəsi və Kürdəmir rayonu, Köhünlü Bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı hərracın etibarsız hesab edilməsi və məcburi çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı – X1 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Kürdəmir rayonunun Köhünlü kəndində yaşayan İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar