Məhkəmə qərarları › İş №2(041)-1823/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1823/2025

31.07.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1823/2025 31.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Kürdəmir rayon Bələdiyyəsinin (VÖEN: **********) ümumilikdə dövlət büdcəsinə və dövlət sosial müdafiə fonduna 17293,45 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025ci il tarixli **********551000, xx.xx.2025-ci il tarixli **********709600, xx.xx.2025-ci il tarixli **********220400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Hüquqi şəxs tərəfindən dövlət büdcəsinə ümumilikdə 229,52 manat, Dövlət Sosial Müdafiə Fonduna 15787,37 manat, İşsizlikdən sığorta Fonduna 146,8 manat, İcbari Tibbi Sığorta Fonduna 1129,76 məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının sədri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi 9 saylı Ərazi Vergilər İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinin tələbinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Şəxsi hesab vərəqələrinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixə Kürdəmir rayon Bələdiyyəsinin (VÖEN: **********) ümumilikdə dövlət büdcəsinə və dövlət sosial müdafiə fonduna ödənilməmiş vergi borcu 17293.45 manat təşkil edir; -Hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Kürdəmir rayon Bələdiyyəsinin sədri Maraqlı şəxsdur; -AA Seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinə dair portaldan çıxarışın surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1994-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır, -Vergi borcunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixli **********551000, xx.xx.2025-ci il tarixli **********709600 və xx.xx.2025-ci il tarixli **********220400 nömrəli bildirişlərdən görünür ki, Kürdəmir rayon Bələdiyyəsinin sədri Maraqlı şəxs yaranmış vergi borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Kürdəmir rayon Bələdiyyəsinin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 229.52 manat, dövlət sosial müdafiə fonduna 15787,37 manat, işsizlikdən sığorta fonduna 146.80 manat, icbari tibbi sığorta fonduna 1129.76 manat vergi borcları vardır, bildiriş göndərilməsinə baxmayaraq, həmin hüquqi şəxs yaranmış vergi borcunu ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vəzifələri vardır; 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanlarının məhkəməyə müraciət etmək hüquqları vardır; 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır; 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir; 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hazırki iş üzrə vergi ödəyicisi Kürdəmir rayon Bələdiyyəsinin sədri Maraqlı şəxs vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərindən, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə əsaslı hesab olunaraq, təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan, 9 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisi Kürdəmir rayon Bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququ, vergi öhdəlikləri tam yerinə yetirilənədək, müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar