Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1876/2023 12.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Rusıan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Kürdəmir şəhəri Bakı pr.ev 41 m 18-də yerləşən mənzilinə istifadə hüquqlarını olmadığının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Kürdəmir şəhəri Bakı pr.ev 41 m 18-də yerləşən mənzili tam mülkiyyət hüququ əsasında almışdır. Bununla bağlı aralarında alqı-satqı müqaviləsi bağlanmış, yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakda dövlət qeydiyyatına alınmışdır. Həmin vaxt qeyd olunan evdə cavabdehdə qeydiyyatda olmuşdur. Cavabdehin onun evində qeydiyyatda olması onun mülkiyyət hüquqlarını pozur. Ona görə də məcbur olub cavabdehin onun evindən istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; -AN-İ ******* nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin sürətindən görünür ki, Kürdəmir şəhəri Bakı pr.ev 41 m 18-də ünvanında yaşayan X1 şəhəri Bakı pr.ev 41 m 18-də yerləşən fərdi yaşayış evini 13500 manata İddiaçı satmışlar. - xx.xx.2022-ci il tarixdə verilmiş reyestrdən çıxarışdan görünür ki, Kürdəmir şəhəri Bakı pr.ev 41 m 18-də yerləşən, ümumi sahəsi 40.6 kv.m olan yaşayış evi üzərində iddiaçı Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan məlum olur ki, Kürdəmir şəhəri Bakı pr.ev 41 m 18-də ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə iclasında iddiaçının izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən aydın oldu ki, Cavabdeh mülkiyyətində olan, ünvan 1di yaşayış evini alqısatqı müqaviləsinə əsasən iddiaçıya satmış, lakin həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışdır. Kənar şəxslərin evdə qeydiyyatda olması iddiaçının evin mülkiyyətçisi kimi hüquqlarını məhdudlaşdırdığı üçün həmin şəxsin mülkiyyətində olan evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün onun həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İşin faktiki və mübahisə edilməyən hallarından görünür ki. hazırki iş üzrə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququ evin alqı-satqı müqaviləsi qüvvəyə mindiyi andan itirilmiş və onun istifadə hüququna xitam verilmişdir. Odur ki, cavabdehin evdən istifadə hüququ yoxdur, mövcud olmayan hüquqa xitam verilə bilməz. Lakin belə nəticə müdafiəsi tələb olunan hüququn (ev üzərində iddiaçının mülkiyyət hüququnun) müdafiəsiz qalmasına səbəb olur. Ona görə də iddianın əsası nəzərə alınmaqla cavabdehin evdən istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Belə ki, iddianın əsasından görünür ki, iddiaçı cavabdehin evdən istifadə hüququnun olmadığını iddia edir. Odur ki, hazırkı iddia mahiyyətinə görə “istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə tələb” kimi qiymətləndirilməlidir. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehin evdə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh Kürdəmir şəhəri Bakı pr.ev 41 m 18-də yerləşən, ümumi sahəsi 40.6 kv.metr olan fərdi yaşayış evindən istifadə hüquqularının olmadığı müəyyən edilməlidir. İddiaçıya və qətnaməni icra edən dövlət orqanlarına izah edilir ki, qətnamə cavabdehin Kürdəmir şəhəri Bakı pr.ev 41 m 18-də yerləşən, ümumi sahəsi 40.6 kv.metr olan fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Kürdəmir şəhəri Bakı pr.ev 41 m 18-də yerləşən, ümumi sahəsi 40.6 kv.metr olan fərdi yaşayış evinə istifadə hüququnun olmadığı müəyyən edilsin. Qətnamə adı çəkilən şəxsin həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1876/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1876/2023
12.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver