Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-189/2024 15.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış pul vəsatinin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh tərəfindən ona qanunsuz yazılmış və hazırda hesabında 170 manat pul vəsaitinin (debitor borcunun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsi ilə Qaz İdarəsinin hesabına ödəyir. Heç vaxt qaza borcu olmayıb. Qaz idarəsinin işçiləri ona istifadə etdiyi qaz borcuna görə bildiriş təqdim etdikdə əlavə 170 manat borcumun olduğunu bildirirlər. O, həmin borcun nədən yarandığını soruşduqda debutor borcunun olduğunu və bu borcun hamıya yazıldığı bildirilib. Həmin vaxtdan onun evimə gələn qaz xətdi kəsilib. O, bir neçə ildir ki, qazdan istifadə etmir. Borcla bağlı CavabdehX4 rayon şöbəsinə də müraciətlər edib. Oradan ona bildirirdilər ki, o borc artıq yazılmış debutor borcdur, əlavə yazılmış pulu səndən tələb etmirik. Lakin hələdə onun hesabında qanunsuz yazılmış 170 manat pul vəsaiti (debitor borc) durur. Beləlikə cavabdeh qurum olan Cavabdehİstehsalat Birliyi onlara verilmiş hüquqlardan sui istifadə edərək qanunvericilik aktlarının tələblərini eləcə də istehlakçı kimi mənim qanunla qorunan hüquqlarımı kobud şəkildə pozmuş və ona qanunsuz olaraq 170 manat debutor borc yazılmışdır. Hesab edir ki, ona yazılan borc qanunsuzdur. Ona görə də Cavabdeh tərəfindən ona qanunsuz yazılmış və hazırda hesabında olan 170 manat pul vəsaitinin (debitor borcunun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı Cavabdeh Ağsu X14 İdarəsinin Kürdəmir Xidmət sahəsinin abonentidir və o, **********02610 nömrəli abonent hesabı ilə qeydiyyatdadır. Onun abonent saldosuna nəzər saldıqda onun 170 manat debitor borcu vardır. Borcun yaranma səbəbi iddiaçı tərəfində\n mənzilində təbii qazdan istifadə edərək dəyərini tam şəkildə ödəməməsinin nəticxəsində yaranması öz təsdiqini tapır. İddiaçı 2012-2022-ci il ərzində istifadə etdiyi təbii qaza görə cəmi 40 manat ödəniş etmişdir. anda na lazımi qaydada məlumat verilmiş, o, istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla məlumat verərək xidməti işi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirib işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ona görə də İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış pul vəsatinin silinməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə nətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********02610 nömrəli abonent saldosundan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə may 2012-ci ildən oktyabr 2023-cü ili tarixə kimi 173,02 manat borcunun olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 059429 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Vətən müharibəsi veteranıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyi X11 Xüsusi xilasetmə hissəsinin növbə rəisi kapitan X1, xilasedici d/x çavuşu X2, xilasedici d/x sıravisi X6, xilasedici d/x sıravisi X7, Kürdəmir rayon Qarasaqqal kənd İcra Nümayəndəsi Abdullayev Cahid Səhrab rğlunun iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, aktın surətindən görünür ki, Kürdəmir rayon Qarasaqqal kənd sakini İddiaçı məxsus fərdi yaşayış evi tamamilə yararsız vəziyyətə düşmüşdür. Ailənin yaşayış şəraitinin yaxşılaşdırılması üçün X11 balansında olan 1 ədəd Bakı çadır (saz, təzə, istifadə edilməmiş) X3 tərəfindən vətəndaş İddiaçı Əlisahhib oğlunun həyətyanı msahəsində quraşdırılaraq təhvil verilmişdir. Vətəndaşa təhvil verilmiş çadrı, yanğın nəticəsində fərdi yaşayış evinə dəymiş ziyan aradan qaldırıldıqdan sonra FHN-nin ARM-nə qaytarılmasını təmin etməsi qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Qarasaqqal kəndində yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsi ilə Qaz İdarəsinin hesabına ödəyir. Heç vaxt qaza borcu olmayıb. Qaz idarəsinin işçiləri ona istifadə etdiyi qaz borcuna görə bildiriş təqdim etdikdə əlavə 170 manat borcumun olduğunu bildirirlər. O, həmin borcun nədən yarandığını soruşduqda debutor borcunun olduğunu və bu borcun hamıya yazıldığı bildirilib. Həmin vaxtdan onun evimə gələn qaz xətdi kəsilib. O, bir neçə ildir ki, qazdan istifadə etmir. Borcla bağlı CavabdehX4 rayon şöbəsinə də müraciətlər edib. Oradan ona bildirirdilər ki, o borc artıq yazılmış debutor borcdur, əlavə yazılmış pulu səndən tələb etmirik. Lakin hələdə onun hesabında qanunsuz yazılmış 170 manat pul vəsaiti (debitor borc) durur. Hesab edir ki, ona yazılan borc qanunsuzdur. İş materiallarına əlavə edilmiş və İddiaçı məxsus **********02610 nömrəli Abonent saldosundan görunur ki, İddiaçı 2012-ci ilin may ayından 2012-ci ilin dekabr ayının sonuna kimi əvvəlki ildən qalıqla birlikdə 1100 kub metr təbii qazdan istifadə etmiş, heç bir ödəniş etməmiş, 2013-cü ilin yanvar ayından 2013-cü ilin dekabr ayının sonuna kimi 770 kub metr təbii qazdan istifadə etmiş, heç bir ödçəniş etməmiş, 2014-cü ilin yanvar ayından 2014-cü ilimn dekabr ayının sonuna 160 kub metr təbii qazdan istifadə etmiş heç bir ödəniş etməmiş, 2015-ci ildə təbii qazdan istifadə etməmiş, 2016-cı ilin yanvar ayından 2016-cı ilin dekabr ayının sonuna kimi 70 kub met təbii qazdan istifadə etmi, heç bir ödəniş etməmiş, 2017-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayına kimi 29 kub metr təbii qazdan istifadə etmiş, ödəniş etməmiş, 2022-ci ilin may ayından 2023-cü ilin dekabr ayının sonuna kimi 1 kub metr təbii qazdan istifadə etmiş, ödəniş etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının yaşadığı fərdi yaşayış evi hazırda yanaraq yararsız hala düşdüyündən o, ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq həyfətində quraşdırılmış çaldırda yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıdan təbii qazdan istifadəyə görə 170 manat məbləğində borc tələb edilməsi onun maddi vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçı hesablanmış 170 manat məbləğində borc iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh nümayəndələri tərəfindən İddiaçı hesablanmış 170 manat məbləğində borc onun hesabından silinsin. Cavabdeh“ Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-189/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-189/2024
15.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver