Məhkəmə qərarları › İş №2(041)-192/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-192/2024

28.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-192/2024 28.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 201957 nömrəli və xx.xx.2020-ci il tarixli, 182504 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 682 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmşdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Muradxan kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları yaşadığı evin həyətinə gəlib elektrik sayğacına baxış keçirib getdilər. Bir neçə gün sonra cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları onun yaşadığı evə gələrək elektirik xətdindən kənar birbaşa elektirik enerjisindən istifadə etməsini və barəsində xx.xx.2020-ci il tarixli, 201957 nömrəli və xx.xx.2020-ci il tarixli, 182504 akt tərtib edildiyini, həmin akta əsasən 682 manat məbləğində cərimə olunduğunu Ona demişlər. Bundan əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Akta əsasən yaranmış borca görə evinə gələn elektirik enerjisini dayandıracaqları barədə onu xəbərdar etmişlər. O, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları ilə razılaşmayaraq barəsində tərtib olunmuş aktı tələb etmişdir. Sonradan aktı əldə etmiş və aktla tğanış olduqda ona məlum olmuşdur ki, güya abonent 0,4 kv-lıq kənar xətt çəkərək elektirik enerjisindən birbaşa istifadə edib. Elektirik enerjisinin insan həyatı üçün yüksək təhlükə mənbəyi olduğu üçün elektrik xəttinə müdaxilə etməsi mümkün deyil. Aktın pozuntunun qısa məzmunu bölməsində “abonent kənar xətt çəkilərək birbaşa elektrik enerjisindən istifadə edir” kimi göstərilsədə belə bir halın olmadığını bildirmişdir. Həmin Akta əsasən barəsində edildiyi qanunsuzluqları və haqsızlıqları araşdırmaq üçün Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərini X2 filialına müraciət etmişdir. Bütün bunlara baxmayaraq ona qanunsuz hesablanmış 682 manat məbləğində cərimə bu günə kimi hesabından silinməmişdir. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi huquqlarını pozur, ona haqsız 682 manat borc yazılması onun maddi vəziyyətini ağırlaşdırır. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 201957 nömrəli və xx.xx.2020-ci il tarixli, 182504 aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 682 manat borc məbləğinin onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavbdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək göstərdi ki, "xxxx" ASC-nin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik eknerjisindən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2020ci və xx.xx.2020-ci il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, iddiaçı həyətindən keçən 0,4 kv-luq hava xətdindən birbaşa evinə xətt çəkərək sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə EEİQ-nin 8.32-ci, həmçinin EQQQ-nin ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə bu pozuntu əməlinə görə İddiaçı barəsində xx.xx.2020-ci il tarixli, 101957 saylı akt tərtib edilərək 1,8 kvt x 24 saat x 183 gün x 0,7 = 5534 kvts, Tarif 1800 kvts x 0,07 man = 126,00 man, Tarif 3734 kvts x 0,11 man = 410,74 man, cəmi 536,74 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Bundan başqa iddiaçı xx.xx.2020-ci il tarixli, R 182504 saylı aktı mübahisələndirərkən artıq qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə olan halda həmin aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona hesablanmış 146,93 manat cərimə məbləğinin silinməsi tələbinə iddia müddətinin tətbiq edilməsi və iddia tələbinə həmin hissədə baxmaqdan imtina edilməsi İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 201957 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 536,74 manat məbləğində cərimənin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi, barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, 201957 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Kürdəmir rayonu Muradxan kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən abonentin sayğacdan kənar 0,4 kvt-luq hava xəttdən birbaşa elektrik enerjisindən istifadə etməsi faktı aşkar edilmiş və keçən yük ölçülərək İ=8.3 A; U =0.21 P=1.83 kvt. üzrə hesablanmışdır. Akt tərtib edilərkən həmin akt "xxxx" ASC-nin 3 nəfər nümayəndələri imzalanmış, hal şahidləri iştirak etməmiş, həmçinin məişət abonenti kimi adı aktda qeyd olunmamış, akta imza etməsi üçün ona təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00493 nömrəli Abunə haqqından bağlanan aktlar bölməsində onun barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 201957 akta əsasən 536,74 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara məcmuu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Muradxan kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları yaşadığı evin həyətinə gəlib elektrik sayğacına baxış keçirib getdilər. Bir neçə gün sonra cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları onun yaşadığı evə gələrək elektirik xətdindən kənar birbaşa elektirik enerjisindən istifadə etməsini və barəsində xx.xx.2020-ci il tarixli, 201957 və xx.xx.2020-ci il tarixli, 182504 nömrəli akt tərtib edildiyini, həmin akta əsasən 682 manat məbləğində cərimə olunduğunu Ona demişlər. Bundan əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Akta əsasən yaranmış borca görə evinə gələn elektirik enerjisini dayandıracaqları barədə onu xəbərdar etmişlər. O, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları ilə razılaşmayaraq barəsində tərtib olunmuş aktı tələb etmişdir. Sonradan aktı əldə etmiş və aktla tğanış olduqda ona məlum olmuşdur ki, güya abonent 0,4 kv-lıq kənar xətt çəkərək elektirik enerjisindən birbaşa istifadə edib. Elektirik enerjisinin insan həyatı üçün yüksək təhlükə mənbəyi olduğu üçün elektrik xəttinə müdaxilə etməsi mümkün deyil. Aktın pozuntunun qısa məzmunu bölməsində “abonent kənar xətt çəkilərək birbaşa elektrik enerjisindən istifadə edir” kimi göstərilsədə belə bir halın olmadığını bildirmişdir. Həmin Akta əsasən barəsində edildiyi qanunsuzluqları və haqsızlıqları araşdırmaq üçün Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərini X2 filialına müraciət etmişdir. Bütün bunlara baxmayaraq ona qanunsuz hesablanmış 682 manat məbləğində cərimə bu günə kimi hesabından silinməmişdir. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi huquqlarını pozur, ona haqsız 682 manat borc yazılması onun maddi vəziyyətini ağırlaşdırır. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 201957 və xx.xx.2020-ci il tarixli, 182504 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 682 manat borc məbləğinin onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2020-ci il tarixli, 201957 saylı akt tərtib edilərək kənar xətdən keçən cərəyanın miqdarı 1,8 kvt x 24 saat x 30 gün = 1296 kvts x 0,11 man = 142,56 manat hesablanmaqla həmin məbləğ iddiaçıdan tutulmalı, qalan 394,18 manat iddiaçının hesabından silinməli, xx.xx.2020-ci il tarixli, 182504 nömrəli akt üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydalarının 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuyu yol verildiyi aşkar edildikdə, enrji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfinedən imzalanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 20 manat döıvlət rüsumu cavabdeh "xxxx" ASC-dən, iddia tələbi qismən təmin edildiyinə görə 10 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 201957 nömrəli akt qismən etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 142,56 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməli, qalan 394,18 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinməli, xx.xx.2020-ci il tarixli, 182504 nömrəli akt üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 201957 nömrəli akt qismən etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 142,56 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməli, qalan 394,18 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 182504 nömrəli akt üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbi həmin hissədə təmin edilməsin. İddiaçı 10 (on) manat, cavabdeh "xxxx" ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar