Məhkəmə qərarları › İş №2(041)-1934/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1934/2025

19.08.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1934/2025 19.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi Maraqlı şəxs iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Cəyli Bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 8548,17 manat, İcbari Tibbi Sığorta Fonduna olan 288,54 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul oluinmasını xahiş etmişdir. Ərizədən məlum olur ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Kürdəmir rayonu Cəyli Bələdiyyəsinin (VÕEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 8548,17 manat, İcbari Tibbi Sığorta Fonduna 288,54 manat olmaqla, ümumilikdə 8836,71 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********637400, xx.xx.2025-ci il tarixli **********721000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Qeyd olunan borc məbləğini dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Ərizəçi etibarnamə üzrə salahiyyətli nümayəndəsi İ.İ.Heydərovun ərizəsində işə onların iştirakı olmadan baxılması, ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Kürdəmir rayonu Cəyli bələdiyyəsinin sədri Maraqlı şəxs izahatında bildirdi ki, Cəyli bələdiyyəsinə bir neçə kənd bələdiyyələri birləşdirildiyi üçün həmin bələdiyyələrin də borcları yeni yaradılmış bələdiyyəyə keçmiş, vergi ödəmələri daxil olmadığı üçün tam olaraq ödənilməsi mümkün olmamışdır. xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 5048.37 manat ödəniş etmiş, qalan borcları da qısa müddətdə ödəyəcəkdir. Odur ki, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərizəçi tərəfindən Kürdəmir rayonunun Ceyli Bələdiyyəsinə verilmiş borcun olub-olmadığı haqqında arayışdan görünür ki, məcburi dövlət sosial sığorta haqları üzrə 17055,33 manat əsas borc və 3003,40 manat faiz borcu, İcbari tibbi sığorta haqları üzrə 247,25 manat əsas borc və 86,66 manat faiz borcu mövcuddur. Cəyli Bələdiyyəsi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək məcburi dövlət sosial sığorta haqqı üzrə 5048,37 manat ödəniş etmiş, lakin icbari tibbi sığorta haqqı üzrə heç bir ödəniş etməmiş və bununla bağlı xx.xx.2025-ci il tarixindən xx.xx.2025ci il tarixinədək olan hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Kürdəmir Rayonunun Cəyli Bələdiyyəsinə ünvanlanmış, icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli bildirişdə, 17 yanvar 2025-ci il tarixinə ümumi borcun 288.54 manat təşkil ediyi qeyd olunur və göstərilən borc 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Maraqlı şəxs ünvanlanmış xəbərdarlıq məktubunda, 10955,19 manat bor məbləğini 15 gün müddətində ödənilməsi tələb olunur. Borc ödənilmədiyi təqdirdə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına eyni zamanda Hüquqi şəxs haqqında ümumi məlumat, Kürdəmir Rayonunun Cəyli Bələdiyyəsi (VÖEN:**********) Şəxsi hesab vərəqələri, Elektron sənəd mübadiləsi haqqında müqavilə, Kürdəmir rayonunun Cəyli bələdiyyəsinin xx.xx.2025-ci il tarixli protokolu və digər sənədlər əlavə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırmaları zamanı iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, Kürdəmir rayon Kürdəmir rayonu Cəyli bələdiyyəsi vergi ödəyicisi olmaqla üzərinə düşən vergi öhdəliklərini yerinə yetirmədiyinə görə dövlət sosial müdafiə fonduna 8548.17 manat, icbari tibbi sığorta fonduna 288.54 manat məbləğində borcu vardır. Kürdəmir rayonu Cəyli bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs yaranmış vergi borcunun ödənilməsi üçün zəruri tədbirlər görməmiş, ödəməni təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 305.1.12-ci maddəsinə əsasən məhkəmələr xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxırlar. - 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. - 355.6. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. - 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. - 355-7.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. - 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. - 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədiyinə görə Kürdəmir rayonu Cəyli bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-5-cı, 355.7-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta üzrə öhdəliyini qanunla müəyyən edilmiş məbləğdə və müddətlərdə yerinə yetirmədiyinə görə Kürdəmir rayonu Cəyli bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir və icraya yönəldilir. Qətnamənin icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar