Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1985/2024 28.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 2877,12 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərdi ki, o, Kürdəmir rayon qaz idarəsində qeydiyatdadır. Qaza görə borcunu hər ay ödəmişdir. 2024-cü ilin avqust ayının əvvəlində qaz hesabında olan borcunun dəqiqləşdirilməsi məqsədi ilə qaz idarəsində olmuş və oradan onun hesabında 2877,12 manat cərimə yazıldıını bildimişlər. Qaz idarəsinin işçiləri hər ay sayğacı yoxlayırlar. Qaz sayğacı evin həyətindən kənarda yerləşir. Sonuncu dəfə akt yazanda o olmamış və heç bir sənədə imza atmamışdır. Kasıb adamdır həmin cəriməni ödəyə bilmir. Ona görə də iddiasını təmin edilməsini, cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etmədi və göstərdi ki, “Azəriqaz” X5 RQİİ-nin mütəxəssisləri tərəfindən 01 noyabr 2023-cü il tarixdə Kürdəmir rayonu ərazisində qaz xəttlərinə və qaz sayğaclarına baxış keçirilərkən Kazımov Nazim oğlunun qaz sayğacından kənar birləşmə edərək qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. İddiaçının tərəfindən həyətindən keçən paylayıcı xəttə müdaxilə edilərək sayğacdankənar təbii qazdan qeyri-qanuni qaz xəttini çəkərək həyət daxilindən keçən qaz xəttinə rezin boru vasitəsi ilə birləşdirib təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. Əməkdaşlar tərəfindən İddiaçının iştirakı ilə xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmişdir. İddiaçı tərtib edilmiş aktı imzalamaqdan imtina etməmişdir. Qaz işlədicilərdən 2 ədəd PQ-3 ün maksimal saatlıq qaz sərfi 1,6 kub.metr saat,QSQ-nin maksimal saatlıq qaz sərfi 3,2 kub metr saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün,dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,5 kub metr saat,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla 6 x 12 x 360 = 6912 kub metr,3,2 x 12= 13824 kub metr, 1,5x12x180= 3240 kub metr=2877,12 manat hesblanmışdır. Ona görə də İddiaçının cavabdeh “Azəriqaz“ İB-nə qarşı “Azəriqaz“ İB-nin Ağsu RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 3110,40 manat məbləğində cərimənin silinməsi tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, İddiaçının yaşadığı yaşayış evində “Azəriqaz” X4 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “abonentin mənzilində sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etdiyi tərəfimizdən aşkar edildi” qeyd olunmuşdur. Qeyd edilən akt “Azəriqaz” X4 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmışdır. İş materiallarında olan “Azəriqaz” İB-nin X9 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçının yaşadığı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin Qaz işlədicilərdən 2 ədəd PQ-3 ün maksimal saatlıq qaz sərfi 1,6 kub.metr saat,QSQ-nin maksimal saatlıq qaz sərfi 3,2 kub metr saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün,dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,5 kub metr saat,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 23976 kub metr üzrə hesablanmışdır. İş materiallarına əlavə edilmiş Kərimova Hamailin adına qeyd edilmiş **********00470 nömrəli Abonentin saldosundan görünür ki, 01.20xx-xx.2024-cü illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 2877,12 manat olduğu göstərilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Dəyirmanlı kəndində yaşayır. Həmin vaxtdan istehlakçı olaraq qazdan istifadə edir. 01 noyabr 2023-cü il tarixdə cavabdeh olan qurumun əməkdaşları iddiaçıya məxsus olan mənzildə qaz sayğacından kənar xət aşkar etməsi ilə bağlı akt tərtib etmişlər və iddiaçıya 2877,12 manat cərimə tətbiq etmişlər. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-1-ci maddəsinə əsasən, “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla, qazın verilməsini dayandırılmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısıbu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə yaxud yetkinlik yaşına çatmış ailə üzvülərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayyət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nətəcəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğuilin mövsümü əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz qoşulmada təqsirini təsdiq edən hər hansı sübut yəni müvafiq icra hakimiyyəti orqanın qərarının və ya məhkəmə qərarını məhkəməyə təqdim etmədi. Əksinə belə bir araşdırmanın aparılmadığını, yalnız akt tərtib edildiyini, həmin aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya cinayət təqibi orqanına təqdim edilmədiyini bildirdi. Eləcə də, cavabdeh qaz sayğacına onun tərəfindən hər hansı müdaxilənin olmadığını, akt tərtib edərkən olmadığını, sayğacın onun həyətindən kənarda quraşdırıldığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Həmçinin məhkəmə iddiaçının “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçının mərhum qaynanası X1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız sayılması hissəsində iddiaçının tələbinə qiymət verərək hesab edir ki, həmin akt İddiaçının yaşadığı yaşayış evində “Azəriqaz” X4 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılması qaydasında tərtib edilmiş, “Azəriqaz” X4 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmışdır. Həmin aktın ləgv edilməsi və ya etibarsız hesab edilməsi barədə əsaslar müəyyən edilmir. Odur ki, həmin hissədə məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlirni məqsədəmüvafiq və qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 20 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən, iddia tələbi qismən təmin edildiyinə görə 10 manat dövlət rüsumu iddiaçı X3 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçının mərhum qaynanası X1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 2877,12 manat məbləğində borc İddiaçının adına qeyd edilmiş abonent hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçının mərhum qaynanası X1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 2877,12 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı 10 (on) manat, cavabdeh “Azərqaz” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-1985/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1985/2024
28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver