Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-20/2025 01.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X23 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və cavabdeh Cavadova(Sadıqova) Könül Əlcavan qızının etibarnamə üzrə nümayəndəsi X3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızına qarşı “birgə nikah dövründə əldə edilmiş vəsait hesabına evin tikintisi və təmiri üçün çəkilən xərclərin tərəflər arasında bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Kürdəmir rayonu, Atakişili kəndində cavabdeh Cavadova(Sadıqova) Könül Əlcavan qızının təsərrüfatında birgə nikah dövründə əldə edilmiş vəsait hesabına fərdi yaşayış evinin inşası və təmiri üçün sərf edilmiş vəsaitin (pul şəkilində) müəyyənləşdirilərək paylarına uyğun şəkildə tərəflər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh Cavadova(Sadıqova) Könül Əlcavan qızı ilə xx.xx.2007-ci il il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından övladları olmadığı üçün birgə ərizələri ilə Kürdəmir rayon Qeydiyyat şöbəsində nikahları pozulmuşdur. O, cavabdehlə birgə nikah dövründə (2008- 2023-cü illər) olarkən Kürdəmir rayonu, Atakişili kəndində əldə edilmiş vəsait hesabına iki otaq və aynəbənddən, mətbəx və hamam, həmçinin həyətdə tikilmiş tualet və fərdi yaşayış evinin ətrafına çəkilmiş 100 kv.metr hasar da daxil olamqla fərdi yaşayış evi tikmişlər. Fərdi yaşayış evi daşınmaz əmlıakın reystrində qeydiyyatdan keçməmiş, lakin ayrıca təsərrüfat kimi Atakişili kənd icra Nümayəndəliyinin 19 saylı təsərrüfatbaşına kitabının 16-cı səhifəsində X5 adına qeydə alınmışdır. Evin tikintisi və təmiri üçün çəkilən xərclərin mütəxəsiss tərəfindən qoymətləndirilməsinə cavabdeh və onun ailəsi tərəfindən maneə yaradıldığına görə mümkün olmamışdır.Hesab edir ki, fərdi yaşayış evi birgə nikah dövründə inşa edildiyi və təmiri üçün çəkilən xərclər müəyyənləşərək paylarına uyğun şəkildə tərəflər arasında bərabər bölünməlidir İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, o, özü ustadır və evi özü tikmişdir. Onun yaşaması üçün başqa evi yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Cavadova(Sadıqova) Könül Əlcavan qızı məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, iddiaçı onun qohumudur. Onlar 2007-ci ildə evləndikdən sonra bir müddət iddiaçnın valideynlərinə məxsus Şüşün kəndində yerləşən evlərinə gəlin getmiş və həmin evdə şərait olmadığı üçun qardaşı Cavidin iddiaçının iddia etdiyi Kürdəmir rayonu, Atrakişili kəndində yerləşən yarımçıq tikili vəziyyətdə olan evini atası Əlcavan tikmiş və onlar həmin evdə yaşamışlar. İddiaçının valideynlərinə məxsus ev şəraitsiz olduğu üçün müvəqqəti yaşamaq üşün qardaşı Kənana məxsus yarımçıq tikiliyə köçmüşlər və aralarında olan nikah pozulanadək orada yaşamışlar. Bir yerdə yaşadıqları müddətdə kommunal xərci iddiaçı ödəsə də, evin tikintisinə bütün xərcləri atası Əlcavan çəkmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Cavadova(Sadıqova) Könül Əlcavan qızının etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbini etiraf edmədi və izahatında göstərdi ki, iddiaçı onun küçmiş kürəkənidir. Onlar 2007-ci ildə evlənmiş və iddiaçının valideynlərinə məxus Kürdəmir rayonu, Şüşün kəndində yerləşən evlərində yaşamışlar .Evin şəraiti açınacaqlı olduğu üçün o və arvadı qızları Könül üçün ev tikmək qərarına gəlmişlər. 2016-cı ildən həmin vaxtı oğlu Cavidin adına olan torpaq sahəsində yarımçıq tikilinin materiallarıı öz vəsaiti hesabına alınaraq özü usta olmaqla tikmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia tələbinə etiraz edərək göstərdi ki, Könül onun bacısıdır. Könül 2007-ci il tarixdə qohumları İddiaçıla evlənmiş, onlar bir müddət idiaçının valideynlərinə məxsus Kürdəmir rayonu, Şüşün kəndində yerləşən evlərində yaşamışlar. Sonradan onun Bələdiyyədən aldğı və adına olan torpaq sahəsi üzərində olan yarımçıq tikilini 2016-cı ildə atası Əlicavan materiallar alaraq tikmişdir. Sahilin həmin evin tikintisində heç bir rolu olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərdi ki, özü ustadır. Sahil 12 yaşından onun himayəsində olmuş və ustalığı öyrənmişdir. Mübahsiəli evin tikintisində və material alınmasında o, Sahilə kömək etmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərdi ki, cavabdeh Könül onun qızıdır. Həmin evi əri Əlicavan tikmişdir. Belə ki, əvvəl ev bir otaqlı yarımçıq tikili olmuş, oğlunun qazancı yaxşı olmuş və material alaraq həmin evi tikmişlər. Sahil həmin evə heç bir xərc çəkməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan AZ-İ 413565 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətində görünür ki, İddiaçı ilə Cavadova(Sadıqova) Könül Əlcavan qızı arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İşdə olan Kürdəmir RİHB-nın X14 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1810 nömrəli arayışından görünür ki, Sadıqov X1 İcra Nümayəndəliyinin 19 saylı təsərrüfatbaşına kitabının 16-cı səhifəsinə əsasən X5 təsərrüfatında qeydiyyatdadır. İşdə olan "xxxx"ASC-nin abonent kartının çıxarışından görünür ki, abonent kodu **********000:34665005 nömrəli sayğac İddiaçı adına qeydə alınmışdır. İşdə olan Atakişili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli ümumi 04 saylı iclas protokolunun surətindən görünür ki, Kürdəmir rayonu, Atakişili kənd sakini X7 ərizəsinə əsasən ona ev tikmək üçün 0.06 ha ölçüdə torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. İşdə lan Atakişili Bələdiyyəsi tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Kürdəmir rayonu, Atakişili kəndi ərazisində 0.06 ha həyətyanı torpaq sahəsi X8 ölçülüb verilmişdir. İşdə olan Atakişili Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 34 nömrəli məktubundan görünür ki, X6 ərizəsinə əsasən məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Restri publik Hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş,16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən X2 istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, ölçmə işləri aparılaraq koordinatlar dəqiqşləşdirilmiş və 0.049 ha torpaq sahəsi müəyyən edilmişdir. Hal hazıra torpaq sahəsi üzərində mülkiyyət sənədinin hazırlanması istiqamətində işlərin aparıldığı göstərilmişdir. İşdə olan məhkəmənin qərardadına əsasən təyin edilərək alınmış “UnipriceMMC-nin xx.xx.2024-cü iul tarixli mütəxəssis rəyindən görünür ki, cavabdeh Cavadova (Sadıqova) Könül Əlcavan qızının sahibliyində və istifadəsində olan Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evinin (özbaşına tikili) və 100 kv.m hasarın likvid dəyəri 27 dekabr 2024-cü il tarixinə 20.000 (iyirmi min) manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2007-ci il tarixdə evlənmiş və bir müddət iddiaçının valideynlərinə məxsus və Kürdəmir rayonu Şüşün kəndində yerləşən evdə yaşamışlar. Həmin evin şəraiti olmadığı üçün onlar müvvəqqəti yaşamaq üçün cavabdehin qardaşı X8 məxsus torpaq sahəsinin üzərində olan bir otaqlı evə köçərək orada yaşamışlar. İddiaçı həmin evin tikilməsinə xərc çəkdiyini göstəsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, cavbadehin atasının izahatından və şahid ifadələrinədən də məlum olur ki, cavabdehin atası özü usta olmaqla, ev tikintisi üçün lazım olan materialları da almış və evi tikmişlər. İddiaçı hazırda məhkəmədə iddia qaldıraraq cavabdehlə birgə nikahda olduqları dövrdə həmin evi tikdiklərini və təmiri üçün pul xərclədiyini iddia etmiş və həmin xərclərin bölünməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Qeyd olunan hüquq normalarına əsasən, hazırkı iddia tələbinin əsaslılığı üçün mübahisələndirilən özbaşına tikili iddiaçı və cavabdehin birgə nikah dövründə, onların ümumi əmlakı hesabına inşa edilməli və ya faktiki əldə olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin qardaşı X8 məxsus torpaq sahəsində inşa edilmiş özbaşına tikilidə yaşaması tərəflərin birgə nikahda olduqları dövrə təsadüf etdiyi mübahisələndirilimir, lakin həmin tikilinin iddiaçı və cavabdehin ümumi vəsaitləri hesabına tikilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Eləcə də, cavabdeh iddia tələbini etiraf etməyərək həmin evin iş üzrə üçüncü şəxs X8 məxus torpaq sahəsində cavabdehin atası tərəfindən tikildiyini və müvəqqəti olaraq həmin evə köçüb yaşadıqlarını, iddiaçının həmin evə heç bir xərc çəkmədiyini bildirmişdir. İddiaçı və cavabdehin birgə nikah dövründə həmin özbaşına tikilidə yaşamaları, eləcə də komunal xərcləri ödəmələri, hətta həmin komunal xidmətlərin iddiaçının adına olması da qeyd olunan tikilinin iddiaçı ilə cavabdehin birgə nikah dövründə onların ümumi vəsaitləri hesabına tikilməsi qənaətinə gəlinməsi üçün kifayət etmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələbi və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia rədd edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman mediasiya xərci və dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Cavadova(Sadıqova) Könül Əlcavan qızına qarşı “birgə nikah dövründə əldə edilmiş vəsait hesabına evin tikintisi və təmiri üçün çəkilən xərclərin tərəflər arasında bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərci və ödənilmiş 60 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-20/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-20/2025
01.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver