Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2055/2024 24.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X11 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçının nümayəndəsi X4 Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi pozulmuş hüquqları bərpa edilməklə cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən keçmiş əri X2 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın etibarısz hesab edilməsi və akta əsasən N.S.Ağammədovun adına qeydə alınmış yaşadığı fərdi yaşayış evinə aid olan **********06250 nömrəli abonent hesabına hesablanmış 1555.20 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə vəsatətlə çıxış edərək bildirdi ki, iddiaçının yaşadığı Kürdəmir rayonu Atakişili kəndində yerləşən fərdi yaşayış evinə təbii qazın verilişi həmin evdə yaşayan X3 ilə bağlanmış müqavilə əsasında təmin edilir və həmin fərdi yaşayış evinə aid olan **********06250 nömrəli abonent hesabı da Natiqin adına qeydiyyatdan keçmiş və mübahisələndirilən akt da onun barəsində tərtib edilmişdir. Həmin aktın qanuniliyi də abonentin özü tərəfindən mübahisələndirilə bilər. İddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur və ona görə də, ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X6 izahatında bildirdi ki, qızı X1 arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və bundan sonra N.S.Ağammədov həmin evdə yaşamır. N.S.Ağammədov keçmiş arvadı İddiaçı etibarnamə vermədiyi üçün iddia ərizəsini öz adından yazmışdır. Verilən suallara cavab olaraq nümayəndə bildirdi ki, evin mülkiyyət sənədləri yoxdur, qızı Nübarın adına çıxarış verilməmiş, təbii qazın verilməsi ilə bağlı müqavilə N.S.Ağammədovun adına qalmaqda davam edir. Məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, işin faktiki və mübahisə edilməyən hallarından görünür ki, “Azəriqaz” X5 X9 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt abonent X2 barəsində tərtib edilmiş və ona 1555.20 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Həmin aktın qanuniliyi abonentin keçmiş arvadı İddiaçı tərəfindən öz adından verdiyi iddia ərizəsi ilə mübahisələndirilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi buna subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən, İddiaçı həmin tələblə iddia ərizəsini imzalanmaq səlahiyyəti də olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 259.0.3-cü maddəsinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsində qeyd edilmişdir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.12, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2055/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2055/2024
24.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver