Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2060/2023 28.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Aslan qızı və Cavabdeh4 qarşı müəyyən edilmiş payın naturada ayrılıb verilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğdlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Kürdəmir rayonu Mürtülü kəndi ərazisində yerləşən 1,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun payına düşən 4/18 hissə, cavabdehlər Cavabdeh2 4/18 hissə, Cavabdeh3 1/6 hissə, Cavabdeh4 1/6 hissə, X1 4/18 hissədə müəyyən edilmiş paylarımızın naturada ayrılıb verilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Aslan qızı və Cavabdeh4 ilə aralarında olan mübahisəni məhkəimədənkənar həll etdiklərini bildirib mülki işə xitam verilməklə ərizəyə əlavə etdiyi sənədlərin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Aslan qızı və Cavabdeh4 qarşı müəyyən edilmiş payın naturada ayrılıb verilməsi tələbinə dair mülki iş izrə icraata xitam verilməli, ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Aslan qızı və Cavabdeh4 qarşı müəyyən edilmiş payın naturada ayrılıb verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin və iddia ərizəsinə əllavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-2060/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2060/2023
28.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver