Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2066/2025 30.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumbirgə mülkiyyətdən olan payın ayrılması tələbinə dair mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Xırdapay kəndində yerləşən xüsusi mülkiyyət əsasında onlara məxsus 0.36 ha həyətyanı torpaq sahəsinin tikili olmayan hissəsindən payına düşən hissəsinin ayrılıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, iddiaçı xx.xx.1978-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində doğulmuş, ailədə 2 bacı 1 qardaş olmuşlar. X2 xx.xx.1986, anası X1 xx.xx.1992-ci il tarixdə vəfat etmişlər. Bacısı isə ailə həyatı quraraq ailə üzvlüyündən çıxmışdır. Valideynlərinə məxsus 0.36 ha həyətyanı torpaq sahəsini valideynləri vəfat edəndən sonra öz adına rəsmiləşdirmiş (hüquq sahibi kimi qardaşı Cavabdeh da daxil olmaqla) Daşınmaz Əmlakın Dövlət Kadastrı və X7 şəxdən xx.xx.2024cüs il atrixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. Qardaşı Cavabdeh Əlsafda oğlu 25 il bundan əvvəl Rusiya Federasiyasına getmiş, lakin onun sağ olub olmaması barədə bu günədək heç bir məlumat əldə edə bilməmişlər. Bundan sonra polis şöbəsindən verilən məlumata görə qaraşı Babək Sumqayıt şəhərində törətdiyi cinayətə görə beynəlxalq axtarışa verilmişdir. Onun həyatda olub-olmaması barədə heç bir məlumat əldə edə bilməmiş. hazırda o ailə qurub başqa yerdə yaşadığı üçün valideynlərindən qalan 0.36 ha torpaq sahəsindən onun payına düşən hissəni satmaq istəsə də payı müəyyən edilmədiyi üçün müəyyən çətinliklərlə rastlaşımış. Belə ki, qeyd edilən torpaq sahəsində tikililər və yardımçı tikililər olduğu üçün onun payına düşən hissənin ayrılıb verilməsi mümkün olunmamışdır. Qardaşı Babəkin yeri və ünvanının da olmaması payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməyi mümkünsüz olmuşdur. Odur ki, o payının ayrılıb ona verilməsi üçün məhkəməyə müraciət etmək qərarına qəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Kürdəmir rayon İHB-nın Xırdapay İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 856 nömrəli məktubuna əsasən, Xırdapay kənd sakini Cavabdeh 10 (on) ildən çoxdur ki, nümayəndəlik ərazisində yoxdur və harada olmağı barədə heç bir məlumat yoxdur. -Kürdəmir Rayon Polis şöbəsinin 1.11.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü ildə Kürdəmir rayonu Xırdapay kendində olmuş, A CM-nin 93-8 maddəsinin 2-ci hissəsi ilə (köhnə redaksiyada) təqsirləndirilən şəxs Cavabdeh Əlsəfa oğlunun barəsində Sumqayıt şəhər prokurorluğunun təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi barədə qərarına əsasən xx.xx.2001-ci il tarixdə Sumqayıt ŞPİ-də 33410 nömrəli axtarış işi açılmışdır. Cavabdeh Əlsəfa oğlunun barəsində Sumqayıt şəhər məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və barəsində dövlətlərarası axtarış elan edilmişdir. Həmin axtarış işi davam etdirilməsi üçün Sumqayıt ŞPİ-dən xx.xx.2001-ci il tarixdə AR DİN-nin vasitəsi ilə Kürdəmir rayon polis şöbəsinə daxil olmuşdur. Cavabdeh Əlsəfa oğlunun yerinin müəyyən edilməsi məqsədi ilə onun haqqında açılmış axtarış işi üzrə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri hələlik müsbət nəticə verməmişdir. - Kürdəmir rayon İHB-nın Xırdapay İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 834 nömrəli arayışına əsasən, Kürdəmir rayon Xırdapay kənd sakini İddiaçı Kürdəmir rayon Xırdapay kəndində qeydiyyatda olmaqla orada yaşayır. -Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, X5 xx.xx.1986-cı il tarixdə Kürdəmir rayon Xırdapay kəndində ölmüşdür. - Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, X1 xx.xx.1992-ci il tarixdə Kürdəmir rayon Xırdapay kəndində ölmüşdür. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Kürdəmir rayon Xırdapay kəndində yerləşən 0.36 ha torpaq sahəsi xüsusi mülkiyyət üzrə İddiaçı və Cavabdeh Əlsəfa oğluna məxsusdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli arayışına əsasən, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.36 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən 19 avqust 2024-cü il tarixində bazar dəyəri 4000 (dörd min) manat təşkil etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayon Xırdapay kəndində yerləşən 0.36 ha torpaq sahəsi ümumi birgə mülkiyyət kimi İddiaçı və Cavabdeh Əlsəfa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Kürdəmir rayon Xırdapay kəndində yerləşən 0.36 ha torpaq sahəsidə İddiaçı və Cavabdeh Əlsəfa oğlun payları müəyyən edilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Hazırki iş üzrə Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.36 ha torpaq sahəsinin İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olması işin mübahisələndirilməyən halıdır. İddiaçı MM-nin 220.2-ci maddəsinin tələblərinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb edir . Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.36 ha torpaq sahəsi üzərində İddiaçı (1/2 hissədə) və Cavabdeh (1/2 hissədə) payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.36 ha torpaq sahəsi üzərində İddiaçı (1/2 hissədə) və Cavabdeh (1/2 hissədə) payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2066/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2066/2025
30.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver