Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2076/2024 31.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın etibarsız hesab edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İB-nin X2 istismarı idarəsi tərəfindən tərtib edilərək barəsində yazılmış 31.0.2023-cü il tarixli **********27 saylı aktın etibarısz hesab edilməsi və akt əsasında hesablanmış 516 manat cərimənin silinməsi barədə qətnamə qəbu olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında işdə olan sənədlər araşdırılarkən “Azəriqaz” İstehsalat Birliyinin mübahisələndirilən 31.0.2023-cü il tarixli **********27 saylı aktın işə əlavə edilmədiyi iddiaçının nəzərinə çatdırılmış və tərəflərə həmin aktın surətinin məhkəməyə təqdim edilməsi üçün vaxt verilmiş və bu əsasla məhkəmənin hazırlıq iclası təxirə salınmışdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iddiaçı və cavabdehin nümayəndəsi “Azəriqaz” İstehsalat Birliyinin mübahisələndirilən 31.0.2023-cü il tarixli **********27 saylı aktın və ya onun surətinin əldə edə bilmədikləri üçün məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə görə ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsində qeyd edilmişdir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsində qeyd edilmişdir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Odur ki, iddiaçıya izah edilir ki, “Azəriqaz” İstehsalat Birliyinin mübahisələndirilən 31.0.2023-cü il tarixli **********27 saylı aktını və ya onun surətini əldə etdikdən sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.12, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın etibarsız hesab edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2076/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2076/2024
31.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver