Məhkəmə qərarları › İş №2(041)-2083/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2083/2024

26.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2083/2024 26.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nəqliyyat vasitəsinin texniki pasportunun cavabdehdən alınması barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus avtomobilinin texniki pasportunu Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, xx.xx.2022-ci ildə avtomobili saxlayıb evə getmiş, bir müddət sonra Cavabdeh ona zəng edərək avtomobilin texniki pasportunu götürdüyünü 700 manat pul müqabilində qaytaracağını bildirmişdir. Texniki pasportu gizli yolla taladığı üçün Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, Şöbənin rəisi Arzu Rzayevin xx.xx.2023-cü il tarixli cavab məktubunda mülki qaydada məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, hazırki işə məhkəmə qaydasında baxılması mümkün olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki və mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh iddiaçıya məxsus avtomobilin texniki pasportunu gizli yolla talamış, iddiaçı bununla bağlı haqlı olaraq Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, Şöbənin rəisi Arzu Rzayevin xx.xx.2023-cü il tarixli cavab məktubunda mülki qaydada məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Kürdəmir rayon polis şöbəsi tərəfindən xırda talama ilə bağlı şikayət araşdırılmamış və xx.xx.2023-cü il tarixli cavab məktubunda əsassız olaraq mülki qaydada məhkəməyə müraciət etməsi şikayətçiyə tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Odur ki, iş üzrə icraata xitam verilməli və qərardadın surəti şikayət üzrə qanuna müvafiq tədbirlərin görülməsi üçün Kürdəmir rayon prokuroruna göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı nəqliyyat vasitəsinin texniki pasportunun cavabdehdən alınması barədə iddiası üzrə icraata xitam verilsin. Qərardadın surəti şikayət üzrə qanuna müvafiq tədbirlərin görülməsi üçün Kürdəmir rayon prokuroruna göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar