Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2089/2024 31.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı X1 Cavabdehnin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın etibarsız hesab edilməsi, qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən barəsində qanunsuz tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 3113 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə vəsatətlə çıxış edərək bildirdi ki, “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddiası Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1436/2024 saylı qətnaməsi ilə təmin edilərək, İddiaçı 3113 manat əsas, dövlət rüsumuna görə 51.13 manat olmaqla, cəmi 3164.13 manat pul tutularaq “Azəriqaz” İB-nin xeyrinə tutulmuş, həmin qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün qətnamə qanuni qüvvəsini almışdır. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki. həmin qətnaməni almış və surətini işə əlavə etmişdir. Qətnamədən apellyasiya qaydasında şikayət verməmişdir. İş materiallarına əlavə edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-1436/2024 saylı qətnaməsinin surətindən görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddiası təmin edilərək, İddiaçı 3113 manat əsas, dövlət rüsumuna görə 51.13 manat olmaqla, cəmi 3164.13 manat pul “Azəriqaz” İB-nin xeyrinə tutulmuş və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261, 262, 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın etibarsız hesab edilməsi, qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2089/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2089/2024
31.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver