Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-213/2025 10.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi, İddiaçı və "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış pul məbləğin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, "xxxx" ASC tərəfindən tərtib edilmiş aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış pul məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib izahatında göstərdi ki, 210783 saylı akt yazılmış şəxs onun atasıdır. Atası xx.xx.2018-ci ildə vəfat etmişdir. O, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Cəyli kəndində yerləşən atasına məxsus evdə yaşayır. Onlar elektrik enerjisindən istifadə edərək hər ay islətdiyi elektrik enerjisinin pulunu elektrik sayğacının üzərindəki göstəriciyə əsasən verilən bildiriş əsasında ödəyir. Elektrik enerjisinə görə onların heç vaxt borcu olmayıb və sayğacadan kənar heç bir eıektrik xəttindən istifadə etməmişdir. Cavabdeh "xxxx" ASC-nin Mərkəzi Aran regional idarəsinin Kürdəmir rayon şöbəsinin əməkdaşları 2021-ci ilin təxminən yanvar ayında onun yaşadığı evə gələrək istifadə etdikləri elektrik sayğacına baxış keçirib getmiş, sonradan 25 yanvar 2021-ci il tarixli 210783 nömrəli akt tərtib edərək güya onun sayğacdan kənar elektrik xəttindən istifadə etdiyini aşkar etmişlər. Həmin akt əsasında mərhum atasının adına pul hesablanmışdır. O. "xxxx" ASC-nin Kürdəmir rayon şöbəsinin əməkdaşları ilə razılaşmayaraq qanunsuz heç bir hərəkət etmədiyini bildiriş və akta imza etməmişdir. "xxxx" ASC-mnin Kürdəmir rayon şöbəsinin əməkdaşları saxta akt tərtib edərək onun istehlakçı kimi qorunan hüquqları pozulmuşdur. Hesab edir ki, həmin akt qərəzli şəkildə yazılmışdır və heç bir qanuni əsası yoxdur. Odur ki, iddiasının təmin edilməsini və cərimənin silinməsini xahiş etdi. İddiaçı “Elektron notariat” X1 çıxarış təqdim edırək ölmiüş şəxs X3 qanun üzrə vərəsəsi olduğunu qeyd etdi. Məhkəmə iclasında cavbadeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbini etiraf etmədi və göstərdi ki, İddiaçı "xxxx" ASC-nə qarşı mərhum atası X6 barəsində tərtib olunmuş 25 yanvar 2021-ci il tarixli, R210783 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış cərimənin silinməsinə dair qətnamə qəbul edilməsi üçün iddia ərizəsi ilə Kürdəmir rayon məhkəməsinə müraciət etmişdir. Bildiririk ki, iddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, Azərişıq” ASC-nin X4 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydaları”na və “X2 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman 25 yanvar 2021-ci il tarixdə iddiaçının yaşadığı evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı həmin ünvanda sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə “EEİQ-nın 8.32-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə həmin pozuntuya görə 25 yanvar 2021-ci il tarixli R210783 saylı akt tərtib edilərək, hesabat aşağıdakı qaydada aparılmışdır. 1,70 kvt x 24 saat x 0,7 man x 180 gün = 5141 kvt, tarif -1800 x 0,07 man= 126,00 manat,tarif -3341 x 0,11 man= 367,51 manat. Cəmi 493,51 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 5141 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Həmçinin iddiaçı mübahisələndirdiyi aktlaraa əsasən hesablanmış məbləğin 214 manat ödənişi icra etmişdir. Beləliklə o işin nəticəsi ilə razılaşmış, yəni sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsini faktiki etiraf etmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və caabdeh "xxxx"ASC-nin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Kürdəmir EŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, R № 210783 nömrəli aktın surətindən görünür ki, Kürdəmir rayonu, Cəyli kəndində abonent kodu **********00133 olan, X3 adına olan sayğacda yoxlama zamanı sayğacdan kənar xətt çəkərək birbaşa elektrik enerjisindən istifadə etdiyi məlum olmuş, keçən yükü İ=7.8 A, U=0.22, P=1.77kvts hesblanmış, uyğun olaraq kənar xəttin ləğv edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə müəyyən edildi ki, Azərişıq” ASC-nin X4 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydaları”na və “X2 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman 25 yanvar 2021-ci il tarixdə iddiaçının yaşadığı evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı həmin ünvanda sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsi faktı aşkar olunmuşdur. Bu isə “EEİQ-nın 8.32-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə həmin pozuntuya görə 25 yanvar 2021-ci il tarixli R210783 saylı akt tərtib edilərək, hesabat aşağıdakı qaydada aparılmışdır. 1,70 kvt x 24 saat x 0,7 man x 180 gün = 5141 kvt, tarif -1800 x 0,07 man= 126,00 manat,tarif -3341 x 0,11 man= 367,51 manat. Həmçinin iddiaçı mübahisələndirdiyi akta əsasən hesablanmış məbləğin 214 manat hissəsini icra etmişdir. Beləliklə o işin nəticəsi ilə razılaşmış, yəni sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsini faktiki etiraf etmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda istehlakçının (hazırki iş üzrə iddiaçının) üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qeyd olunan hüquq normalarına əsasən, iş üzrə cavabdeh öz etirazını əsaslandıran halları, yəni iddiaçının yaşadığı evdə elektrik enerjisindən kənar müdaxilənin olduğunu, həmin müdaxilədə iddiaçının təqsirinin olmasını və ona maddi ziyan dəyməsini sübut yetirə bildi. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən isə abonentin təqsirliliyini müəyyən edən sübut inzibati xəta haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı çıxış etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə enerji təchizatı müəssisəsi vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd olunanlara əsasən, tədqiq olunmuş sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun qiymət vererək məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair akt üzrə İddiaçı yaşadığı fərdi yaşayış evində itirilmiş elektrik enerjisinin bərpası üçün dəymiş zərər ( elektrik enerjisinin saatlıq sərfi 1.7 kvts x 24 saat x 60 gün=2448kvts x 0,11=269.28) 279 manat məbləğində hesablanmalıdır. Odur ki, iddia tələbi cavabdeh tərəfindən dəymiş zərərə görə hesablanmış pul vəsaitinin 214.5 manat məbləğində silinməsi hissəsində təmin edilməli, xx.xx.2021-ci il tarixli, R 210783 nömrəli akt “Elektroenergetika haqqında “ Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən tərtib edildiyindən, onun etibarsızlığı və ya ləğvi üçün əsaslar müəyyən edilmədiyindən həmin aktın etibarsızlığı hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçının atası mərhum X3 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, R 210783 nömrəli akt üzrə dəymiş zərərə görə hesablanmış 214,50 (iki yüz on dörd manat əlli qəpik) manat məbləğində pul vəsaiti İddiaçının atası mərhum X3 adına olan abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı 10 (on) manat, cavabdeh "xxxx" ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-213/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-213/2025
10.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver