Məhkəmə qərarları › İş №2(041)-218/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-218/2024

29.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-218/2024 29.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli, 10 nömrəli qərarına əsasən mərhum X5, Səmədova (Hüseynova) Vəcihə Aydın qızının və onun birgə mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş Kürdəmir rayonunun Şahbəyli kəndi ərazisində yerləşən 1,66 hektar torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə mərhum X5 başda olmqla onun və cavabdeh X1 birgə mülkiyyətinə Kürdəmir rayonunun Şahbəyli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,66 hektar torpaq sahəsi verilmiş və bu barədə onlara JN-0017 KOD 90609046 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi onların ümumi mülkiyyətlərinə veriləndən sonra həmin torpaq sahəsindən birlikdə istifadə etmişlər. Birgə mülkiyyətçi olan X5 2008-ci ildə ölmüşdür. Hazırda həmin torpaq sahəsindən istifadə sahəsində cavabdehlə aralarında mübahisə yaranmışdır. O, birgə mülkiyyətlərində olan torpaq sahəsindən payına düşən hissənin bölünməsini və payına düşən torpaq sahəsinə çıxarış almaq istəyir. Torpaq sahəsinin öz aramızda bölünməsi ilə bağlı cavabdehlə aralarında razılığa gələ bilmir və torpaq sahəsinin bölünməsi ilə bağlı aralarında mübahisə yaranmışdır. O, cavabdehlə birlikdə birgə mülkiyyətlərində olan 1,66 hektar torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsini istəyir. Ona görə də Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli, 10 nömrəli qərarına əsasən mərhum X5, Səmədova (Hüseynova) Vəcihə Aydın qızının və onun birgə mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş Kürdəmir rayonunun Şahbəyli kəndi ərazisində yerləşən 1,66 hektar torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0017 KOD 90609046 nömrəli Dövlət aktının surətindən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə X5, X3 və İddiaçı Kürdəmir rayonunun Şahbəyli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,66 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ 308380 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə İsmayıllı rayonunda ölmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə mərhum X5 başda olmqla onun və cavabdeh X1 birgə mülkiyyətinə Kürdəmir rayonunun Şahbəyli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,66 hektar torpaq sahəsi verilmiş və bu barədə onlara JN-0017 KOD 90609046 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi onların ümumi mülkiyyətlərinə veriləndən sonra həmin torpaq sahəsindən birlikdə istifadə etmişlər. Birgə mülkiyyətçi olan X5 2008-ci ildə ölmüşdür. Hazırda həmin torpaq sahəsindən istifadə sahəsində cavabdehlə aralarında mübahisə yaranmışdır. İddiaçı birgə mülkiyyətlərində olan torpaq sahəsindən payına düşən hissənin bölünməsini və payına düşən torpaq sahəsinə çıxarış almaq istəyir. Torpaq sahəsinin öz aralarıda bölünməsi ilə bağlı cavabdehlə aralarında razılığa gələ bilmir və torpaq sahəsinin bölünməsi ilə bağlı aralarında mübahisə yaranmışdır. İddiaçı cavabdehlə birlikdə birgə mülkiyyətlərində olan 1,66 hektar torpaq sahəsindən hər birinin paylarının müəyyən edilməsini istəyir. İş materiallarından görünür ki, X5 başda olmaqla İddiaçı və Səmədova (Hüseynova) Vəcihə Aydın qızına Kürdəmir rayonunun Şahbəyli kəndi ərazisindən verilmiş 1,66 hektar torpaq sahəsi onların birgə mülkiyyətindədir. Birgə mülkiyyətçi olan X4 xx.xx.2008-ci il tarixdə öldüyünə görə onların birgə mülkiyyətlərində olan torpaq sahəsini öz aralarında bölmələri mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə xx.xx.2008-ci il tarixdə ölmüş X5, Səmədova (Hüseynova) Vəcihə Aydın qızı və İddiaçı birgə mülkiyyətində olan Kürdəmir rayonunun Şahbəyli kəndi ərazisində yerləşən 1,66 hektar torpaq sahəsindən onların hər birinin payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsində göstərilir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasənəşya mülkiyyət hüququndan mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddənin tələbinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mlkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və xx.xx.2008-ci il tarixdə ölmüş X5, Səmədova (Hüseynova) Vəcihə Aydın qızı və İddiaçı birgə mülkiyyətində olan Kürdəmir rayonunun Şahbəyli kəndi ərazisində yerləşən 1,66 hektar torpaq sahəsindən onların hər birinin payı 0,553333333 hektar hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Kürdəmir rayonunun Şahbəyli kəndi ərazisində yerləşən, xx.xx.2008-ci il tarixdə ölmüş X5, Səmədova (Hüseynova) Vəcihə Aydın qızı və İddiaçı birgə mülkiyyətində olan Kürdəmir rayonunun Şahbəyli kəndi ərazisində yerləşən 1,66 hektar torpaq sahəsindən onların hər birinin payı 0,553333333 hektar hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar