Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2182/2025 11.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Zeynalova Leyla Fariz qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs X5 qarşı qızıl-zinət əşyalarının qaytarılması, həmin əşyalar qaytarılmadıqda isə, onların dəyərinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin oktyabr ayında ona məxsus 6 adda, 7130 manat dəyərinda qzıl-zinət əşyalanın özü, özü mövcud olmaqdıqda onun dəyərinin, ödədiyi 92,40 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh va öçüncü şəxs X2 tutularaq ona ödənilməsi; öhdəliyi vaxtında icra etmədiyindən, gecikdirilmiş günlərə görə ona vurulmuş maddi və mənəvi ziyana görə 10 min manat kompensasiyanın cavabdeh X3 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. Onun yaşadığı ünvanın qonşuluğunda kirayədə yaşayan və qonşu kimi tanıdığı Cavabdeh qonşu kimi tanıyırdı və yaxın münasibətləri əmələ gəlmişdir. 2023-cü ilin oktyabr ayında cavabdeh- Cavabdeh toya getdiyindən, ona məxsus 6 adda qızıl-zinət əşyalarının ona verilməsini və toydan sonra həmin qızıl-zinət əşyalarını geri qaytaracağını ondan xahiş etmişdir. Mətanəti tanıdığı dövrdə o ona inandığına və etibar etdiyinə görə özünə məxsus ümumi çəkisi 49 qram olan 6 adda, o cümlədən bir ədəd qızıl sep, üç ədəd qızıl üzük, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl klounu ona vermişdir. Toydan bir neçə gün keçməyinə baxmayaraq, o ondan götürdüyü qızılları geri qaytarmadığına görə, o onunla görüşmüş və qızıllarını geri qaytarmasını tələb etmişdir. Cavabdeh ona bildirmişdir ki, həmin qızılları Kürdəmir şəhəri, Gülbuta Orucova küçəsinndə yerləşən "ASEL" Bankın Kürdəmir filialına 30 gün müddətinə girov qoyaraq pul götürmüş və yaxın günlərdə pulu ödəyəcək və onun qızıllarını geri qaytaracaq. O bu halı aydınlaşdırmaq üçün qızıllarının girov qoyulan Banka yaxınlaşmış və sorğu aparmışdır. Bu zaman ona məlum olmuşdur ki, onun Mətanətə verdiyi qızılları onun tanışı, yaxın əlaqələri olan və onun kirayədə olduğu evə gəlib-gedən Kürdəmir rayonunun Mürtülü kəndində yaşayan X7 tərəfindən Banka girov qoyularaq pul götürülmüşdür və pulun geri qaytarılma müddəti bitdiyindən Bank həmin qızılları satmışdır. Onun bu araşdırma apardığı dövrdə Cavabdeh kirayə qaldığı mənzili tərk etdiyindən və onunla əlaqə saxlamaq mümkün olmadığından, bu barədə Kürdəmir rayon Polis Şöbəsinə rəsmi ərizə vermişdir. Ərizəsi Kurdamir RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən araşdırılmış və bu zaman bəlli olmuşdur ki, Cavabdeh Türkiyə Respublikasına gedib və bu vaxta kimi geri qayıtmayıb. Onun qızıllarını Mətanətdən alıb Banka girov qoyan X7 isə polisə verdiyi izahatda bildirmişdi ki, o Mətanəti yaxından tanıyır və bir neçə ildir ki, onunla tanışlıq əlaqələri vardır, hal-hazırda Mətanətin harada yaşadığını bilmir və Mətanət tərəfindən alınan qızıllardan xəbəri yoxdur. Bunları əsas tutan təhqiqatçı Sadıq Sadıqov "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" xx.xx.2025-ci il tarixli qəbul etdiyi qərarı ona təqdim edilmiş, qərara əsasən mübahisənin mülki iddia xarakterli olduğundan mülki qaydada Məhkəməyə müraciət etmək hüququ mənə izah edilmişdir. Bundan sonra Məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq etdi və əlavə olaraq bildirdi ki, son vaxtlar cavabdehlə telefon vasitəsilə əlaqə saxlamış və borcunu qısa müddət ərzində ona qaytaracağına söz vermiş, lakin sözünə əməl etməmişdir. Mətanətlə apardığı telefon danışıqlarını qeydə almış və sübut kimi işə əlavə etmişdir. Mətanət borcunu etiraf etsə də, verdiyi vədlərə əməl etmir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: -Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X1 qəbul etidiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Kürdəmir şəhəri Vaqif küçəsi ev 7, mənzil 16-da yaşayan İddiaçı xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon PŞ-nə ərizzə ilə müraciət edərək əvvəllər tanıdığı Kürdəmir şəhər sakini Cavabdeh 2023-cü ilin oktyabr ayında toya gedərkən ondan bir ədəd qızıl qolbağı, bir ədəd qızıl sepi, üç ədəd qızıl üzüyü və bir ədəd qızıl klonu alaraq toydan sonra gətirib verəcəyini desə də Mətanət aldığı qızlları geri qaytarmayaraq dələduzluq yolu ilə ələ keçirdiyini göstərməklə qızılarının alınıb qaytarılmasına köməklik göstərilməsini və Mətanət Aslanovun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Araşdırma zamanı İddiaçı izahatında Kürdəmir şəhərində yaşadığını, Kürdəmir şəhər sakini Cavabdeh onun qonşuluğunda kirayədə yaşadığınıdan qonşu kimi yaxın münasibətləri olduğunu, 2023-cü ilin oktyabr ayında Mətanət toya getdiyindən qızllarını ona verməsini, toydan sonra qaytarıb verəcəyini dediyini, o da Mətanətə inandığından özünə məxsus bir ədəd qızıl sepi, üç ədəd qızıl üzüyü, bir ədəd qızıl qolbağını və bir ədəd qızıl klonu gətirb Mətanətə verdiyini, lakin Mətanət ondan aldığı qızılları qaytarıb vermədiyini, dəfələrlə Mətanətdən qızllarını istəsə də Mətanət oğlunu tutulacağını deyərək aldığı 49 qram qızlları Kürdəmir şəhərində yerləşən Lambarda girov qoyaraq pul götürdüyünü dediyini, Mətanət onu aldadaraq ondan aldığı qızlları geri qaytarmayaraq dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Araşdırma zamanı X7 izahatında Kürdəmir rayonunun Mürtülü kəndində yaşadığını, Kürdəmir şəhər sakinləri İddiaçı və Cavabdeh tanıdığını, Mətanət Lalənin yaşadığı evinin yanında kirayədə yaşadığını və qonşu olduqlarını, bir neçə il əvvəl Mətanətlə tanışlıq əlaqələrinin olduğunu, hal-hazırda Mətanətin harada yaşadığını bilmədiyini, Lalənin qızıllarını Mətanətin aldığından xəbərinin olduğunu, lakin Mətanətin Lalədən nə səbəb görə qızlları aldığını bilmədiyini bildirmişdir. Materialın icrası ilə əlaqədar olaraq Kürdəmir şəhər sakini Cavabdeh Türkiyə Respublikasında olduğundan Kürdəmir rayon PŞ-nə gəlmədiyindən təhqiqat dövründə izahatının alınıb materiala əlavə edilməsi mümkün olmamışdır. Kürdəmir şəhər sakini Cavabdeh 2023-cü ilin oktyabr ayında toya gedərkən Kürdəmir şəhəri Vaqif küçəsi ev 7, mənzil 16-da yaşayan İddiaçı aldığı bir ədəd qızıl qolbağını, bir ədəd qızıl sepi, üç ədəd qızıl üzüyü və bir ədəd qızıl klonu geri qaytarıb verməməsi faktında cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. -Kürdəmir rayon Poliş şöbəsinin İddiaçı ünvanladığı cavab məktubunda, müraciəti əsasında aparılan araşdırma nəticəsində cinayət işinin başlanması rədd edildiyi, mülki xarakterli olduğu müəyyən edildiyindən mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. -xx.xx.2025-ci il tarixli 49(qırx doqquz) qram aşağıdakı adda, çəkidə və probda qızılzinət əşyalarının qiymətləndirilməsinə dair akta əsasən, klon -3qr (50 misqal-583 prob)- 525 azn; safir üzük- 3 qr (583 prob)-450 azn; qırxayaq üzük- 6 qr (50 misqal-583 prob)- 975 azn; treos sep-22 qr (583 prob)-3080 azn; qolbaq-10 qr ( 583 prob)-1500 azn; üzük (3 qaş)- 4 qr (583 prob)-600 azn; İmza:X6 (zərgər). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh müvəqqəti istifadəsi üçün iddiaçıdan yuxarıda qeyd edilən qızıl-zinət əşyalarını götürmüş, lakin dediyi vaxtda geri qaytarmamışdır. Sonradan məlum olmuşdur ki. cavabdeh həmin qızılları girov qoyaraq pul götürmüş, pulu vaxtında qaytarmadığı üçün qızıllar satılmışdır. İddiaçı dəfələrlə qızıllarını, özləri olmadıqda isə dəyərinin ona ödənilməsini cavabdehdən tələb etmiş, cavabdeh iddiaçıya olan borcunu etiraf etsə də, hal-hazıra kimi öz vədinə əməl etməmişdir. İddiaçı ilə cavabdeh arasında aparılan telefon danışıqları yazılmış 1 ədəd disk işə əlavə edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.
161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.
162. Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 166.2. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz. 1091. əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Şərh edilən maddi hüquq normalarından belə nəticəyə gəlmək olur ki, daşınar əmlak üzərində müvəqqəti istifadə hüququ icarə, lizinq və ya əvəzsiz istifadə müqavilələri ilə tənzimlənir. Mülkiyyətçi əşyanı müəyyən müddətə başqa şəxsə (istifadəçiyə) verir, lakin mülkiyyət hüququ özündə qalır. İstifadəçi əmlakdan müqavilə şərtlərinə uyğun istifadə edir, müddət bitdikdə isə əmlakı geri qaytarır. Hazırki iş üzrə də, iddiaçı mülkiyyətində və qanuni sahibliyində olan daşınar əmlak hesab edilən qızıl-zinət əşyalarını müvəqqəti istifadəsi üçün cavabdehə vermiş, cavabdeh isə şifahi müqavilə şərtlərini pozaraq aldığı əmlakı sahibinə geri qaytarmamışdır. İddia tələbinin üçüncü şəxsə yönəldilməsi və eləcə də, maddi və mənəvi ziyana görə 10000 manat kompensasiyanın tələb edilməsi hissəsində iddia əsassızdır və bu halları təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh qanunsuz sahibliyində olan, iddiaçıya məxsus qızıl-zinət əşyaları (1 ədəd klon-3qr, 1 ədəd safir üzük- 3qr, 1 ədəd qırx ayaq üzük-6qr, 1 ədəd tros sep-22qr, 1 ədəd qolbaq-10qr, 1 ədəd üzük- 3qr) alınaraq iddiaçıya qaytarılmalı, özləri olmadıqda isə qızıl-zinət əşyalarının dəyəri olan 7130 (yeddi min bir yüz otuz) manat tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 92 manat dövlət rüsumunun 40 manatı cavabdehə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh qanunsuz sahibliyində olan, iddiaçıya məxsus qızıl-zinət əşyaları (1 ədəd klon-3qr, 1 ədəd safir üzük-3qr, 1 ədəd qırx ayaq üzük-6qr, 1 ədəd tros sep-22qr, 1 ədəd qolbaq-10qr, 1 ədəd üzük-3qr) alınaraq iddiaçıya qaytarılsın, özləri olmadıqda isə qızıl-zinət əşyalarının dəyəri olan 7130 (yeddi min bir yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olarq 40 (qırx) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN X.X.İMANOV