Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-220/2025 20.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X21 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçının nümayəndəsi X13 Cavabdeh X8 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin Cavabdehlər X9 və X4 qarşı xüsusi təyinatlı yaşayış X15nin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamenti (bundan sonra Departament) cavabdehlər X9 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 müvəqqəti istifadəsinə verilmiş, Kürdəmir rayonu, 564 ailəlik qəsəbə, 2 saylı binada yerləşən 20 nömrəli mənzilə dair 22 yanvar 2020-ci il tarixli 2/20 nömrəli xüsusi təyinatlı yaşayış sahəsini kirayə müqaviləsinin ləğv edilməsi və həmin mənzildə qanunsuz yaşayan kənar şəxs X3 mənzildən çıxarılması və 2/20 nömrəli mənzilin X7 alınaraq Departamentə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azarbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcbun köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına ve dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vasaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələninin veniməsi Azərbaycan Respublikası Qaçqınlanın ve X16 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qeran ile həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verimiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir. mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə X17 İstismar Departamentinin 22 yanvar 2020-ci il tarixli "2/20 nömrəli xüsusi təyinatlı yaşayış X15nə əsasən, məcburi köçkün X2 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonu, ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə 2 saylı binada 20 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Departamentin Kürdəmir rayon Manzii Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh həmin mənzildə yaşamadığı və mənzilin Məmmədova Xalidə ibrahim qızına kirayə verdiyi müəyyən edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında iddia ərizəsində göstərilən halları təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cəbrayıl rayonundan məcburi köçkün olmaqla 1993-cü ildən Kürdəmir rayon ərazsində məskunlaşmışdır. 2020-ci ildə Kürdəmir rayon ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə ona ev verilmişdir. Həmin evə dair komitə ilə onun arasında kirayə müqaviləsi bağlanmışdır. X3 yaşayış yeri olmadığına görə müvəqqəti olaraq onu mənzilə buraxmış, özü isə Xalidə mənzil tapana kimi qızının yaşadığı mənzilə getmişdir. Məmmədova Xalidədən mənzilində yaşadığına görə icarə haqqı almamışdır. Sonradan mənzilinə qayıtmaq istəsə də, Xalidə oradan çıxmaqdan imtina etmiş və bu barədə Menzil İstismar Departamentinə məlumat vermişdir. Departamentdən gələn nümayəndələr də Xalidəni mənzildən çıxara bilmədikləri üçün məcbur olub qızının evində yaşamaqda davam edir. Cavabdeh sonda göstərilənləri nəzərə alaraq X3 onun mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 2/20 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Departament tərəfindən Cavabdeh müvəqqəti yaşamaq üçün Kürdəmir 564 ailəlik qəsəbədə bina 2-də 1 otaqlı 20 nömrəli mənzil verilmişdir. - xx.xx.2024-ci il tarixli, xx.xx.2024-ci il tarixli, xx.xx.2024-ci il tarixli aktların surətindən görünür ki, Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində olan 2 nömrəli binanın 20 nömrəli mənzilinə Kürdəmir-Ucar-Göyçay MKİS-in rəisi Nümayəndə, Kürdəmir MKİS-in sahə nəzarətçisi N.M.Cabbarovun, Kürdəmir MKİS-in elektriki B.M.İsmayılovun, Kürdəmir MKİS - in operatoru A.R.Feziyevanın, Kürdəmir, Ucar və Göyçay MKİS-nin qeydiyyatçı kargüzarı A.S.Göyüşlünün tərtib etdikləri aktda göstərilir ki, "Xüsusi Təyinatlı Yaşayış X15 " üzrə 2020 - ci ildən Kürdəmir rayon Xırdapay ərazisi 564 ailəlik qəsəbədə bina 2 mənzil 20 (1 otaqlıda ) mənzillə təmin olunmuş Cavabdeh, kirayə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq mənzilini bina 2 mənzil 9 (4 otaqlı mənzillə məskunlaşmış Məmmədova Xalidə ibrahim qızına kirayə vermişdir. Kürdəmir, Ucar və Göyçay MKİS-in rəisinin dəfələrlə yazılı və şifahi xəbərdarlığına baxmayaraq kənar şəxsi mənzilindən çıxartmır. - xx.xx.2024-ci il, xx.xx.2024-ci il və xx.xx.2024-ci il tarixli bildirişlərdən görünür ki, bina 2, mənzil 20-də yaşayan sakinə mənzildə yaşayışı təmin etməyəcəyi halda mənzilin kirayə müqaviləsinin ləğv olunaraq mənzilə verilən kommunal xidmətlərin verilişi dayandırılacağı və onunla bağlanmış müqavilənin ləğv edilməsi barədə xəbərdlarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun olaraq Departamentin xx.xx.2020-ci il tarixli, 2/20 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavimləsinə əsasən, məcburi köçkün Hacıyev X11 rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində 2 nömrəli binada 20 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Departamentin Kürdəmir-Ucar-Göyçay Mənzil Kommunal İstismar Sahəsimnin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh həmin mənzildə yaşamadığı və həmin mənzildə qanunsuz kənar şəxsin yaşadığı müəyyən edilmişdir. Cavabdeh ona verilmiş mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydaların 3.2-ci və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 100.3-cü maddəsinin tələbinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış X15 üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış X15 kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. İşə əlavə edilmiş aktlardan və mənzil-kommunal haqlarının dinamikasından görünür ki, cavabdeh Hacıyev X11 rayonu Xırdapay kəndi ərazisində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 mənzilli yaşayış kompleksində ona verilən 2 nömrəli binanın 20 nömrəli mənzilindən 2020-ci ilin ortalarından hal-hazıra kimi daimi olaraq istifadə etməmişdir. Tərəflər arasında bağlanmış, Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 2/20 nömrəli kirayə müqaviləsinin 5.7.1-bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmış və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzürlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış X15 Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh tərəfindən yuxarıda şərhi verilən qaydaların və kirayə müqaviləsinin şərtlərini X3 ona verilmiş mənzildən çıxmaması səbəbindən pozmuş, özü də mənzilinə girə bilmədiyi üçün məcburən qızının yanında qalmaqda davam edir. Hazırda da mənzildə Cavabdeh məxsus ev və geyim əşyaları qalmaqda davam edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 rayonu, 564 ailəlik qəsəbə, 2 saylı binada yerləşən 2/20 nömrəli mənzildən çıxarılmalı, qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 rayonu, 564 ailəlik qəsəbə, 2 saylı binada yerləşən 2/20 nömrəli mənzildən çıxarılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-220/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-220/2025
20.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver