Məhkəmə qərarları › İş №2(041)-2204/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2204/2024

11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2204/2024 11.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, İddiaçının və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli, AKT R 158661 nömrəli və xx.xx.2023-cü il tarixli, AKT R 286394 nömrəli aktın etibarsız hesab edilməsi və həmin aktlar əsasında hesablanmış ümumlikdə 820,86 manat məbləğin hesabından silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasında iddia tələbini müdafiə edib izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Axtaçlı kəndində yaşayır. İstifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay vaxtında ödəyir. Heç vaxt sayğaca müdxilə etməmişdir. Sayğac çöl divarda yerləşir. 2019-cu ildə heç bir sayğaca müdaxilə olmamışdır. Onun akt tərtibindən xəbəri olmamış, sayğacın çıxarılıb yoxlanmasından xəbəri olmamşdır. 11 fevral 2023-cü il tarixdə "xxxx" ASC-nin X6 İdaərsinin əməkdaşları onların yaşadığı kəndə gələrək sayğacları yoxlamış, eyni zamanda onun da sayğacına baxış keçirmişlər. Sayğacda heç bir çatışmamamzlıq aşkar edilməmişdir. O, bir gün ərzində naqilə kənar qoşulma etmişdir. Bir gün əvəzinə 7 aylıq cərimə yazılıb. Sonrdan ona 527 manat borc yazıldığını bilmiş və bundan sonra da onun barəsində akt tərtib etmişlər. O, "xxxx" ASCnin nümayəndələrindən borcun necə əmələ gəldiyini soruşanda ona borcun kənar xəttdən istifadə etdiyi bildirilmişdir. Hesab edir ki, barəsində olan aktlar etibarsız hesab edilməli, “”Azərişıq” ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 158661 nömrəli və xx.xx.2023-cü il tarixli, 286394 nömrəli aktın etibarsız hesab edilməsi və həmin aktlar əsasında hesablanmış ümumlikdə 820,86 manat məbləğin hesabından silinməlidir. Odur ki, iddiaçı yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əliyev Rövşən oğlu məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, İddiaçı özüdə etiraf etdiyi kimi qanunsuz şəkildə elektrik enerjisindən istifadə edib və bununla bağlı videoçəkilişdə var. Onlar da bu səbəbdən iddiaçıya müvafiq cərimə aktı hesablayıb hazırlamışlar. İddiaçıya bundan əvvəl xx.xx.2019-cu il aktı ilə yəni sayğaca müdaxilə edilməsi ilə bağlı 158661 saylı akt tərtib olunmuşdur. İddiaçı 5 il müddəti ötürmüş cəriməni ödəməmişdir. Bununla bağlı iddia müddətinin tətbiqi haqqında məhkəməyə vəsatət təqdim etmişlər. İddiçıya hər ay bildiriş gedib. Onun 2019-cu il aktına əsasən ödənilməmiş 293 manat borcu var. İddiaçı barəsində tərtib edilmiş ikinci akt yəni, xx.xx.2023-cü ildə hesablanmış R 286394 saylı akt əsasında ona 527 manat 86 qəpik cərimə borcu hesablanmışdır. İddiaçı qanunsuz kənar xətdən 12 saat istifadə etdiyini və yazılmış cərimənində buna uyğun hesablanmasını tələb edir. Ancaq "xxxx" ASC-də kənar xətdən istifadə edilməsi aşkar olunduğu tarixdən 12 ay müddətinə hesablanma aparılır və cərimə onun əsasında hesablanır. Ancaq onlar 7 aylıq müddəti hesablayaraq, həmin müddətin hesabatıyla 527 manat 86 qəpik cərimə yazmışlar. İddiaçı "xxxx" ASC-yə ümumilikdə 820 manat 86 qəpik borcu var. Ona görə də iddia tələbinin rədd edilməsi barəd qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, 158661 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Kürdəmir rayonu Axtaçı kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən abonentin elektrik hesabat sayğacının baxış şüşəsi rəqəmlər yerləşən hissədən müdaxilə məqsədilə deşilmiş, keçən yük ölçülərək J=5 A; P=1,1 kvt. üzrə hesablanmışdır. Sayğacın yenisi ilə əvəz edilməsi və çıxarılan sayğaca dair labaratoriyadan rəy alınması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli, 286394 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Kürdəmir rayonu Axtaçı kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, abonentin 0,4 kilovatlıq xətdən kənar xət çəkərək birbaşa elektrik enerjisindən istifadə edir. Keçən yük ölçülərək J=6,2 A; U=220 V; P=1,36 kvt. üzrə hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, istehlakçı İddiaçı Kürdəmir rayonu Axtaçı kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən sayğacdan kənar xətt çəkməsi birbaşa elektrik enerjisindən istifadə etdiyi və tərəflərindən video çəkiliş aparılması və keçən yük ölçülərək J=6,2 A; U=220 V; P=1,36 kvt. üzrə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Elektrik enerjisindən istifаdə qаydаlаrı»nın 8.16-ci maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 9.4-cu maddəsinə əsasən, istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Axtaçı kəndində yaşayır. 2019-cu ilin oktyabrın 8-də elektrik enerjisinə nəzarət edən əməkdaşlar ona məxsus sayğacı yoxlamış və bu barədə elektrik enerjisindən istifadə qaydalarına riayət olunması barədə 158661 saylı akt tərtib edilmişdir. İddiaçı sayğaca baxış keçiriləndə iştirak etməmiş, sayğacın labaratoriyada yoxlanılmasına dəvət edilməmiş, sayğaca müdaxilənin olub-olmaması barədə rəy məhkəməyə təqdim edilməmişdir. Məhkəmə sübutları tədqiq edərək bellə qənaətə gəlir ki, 2019-cu ilin oktyabrın 8-də elektrik enerjisinə nəzarət edən əməkdaşlar tərəfindən sayğaca müdaxilənin olub-olmamasının müəyyən edilməsi, həmin müdaxilənin iddiaçı tərəfindən edilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, cavabdeh belə bir sübutun olmadığını bildirmişdir. Cavabdeh iddiaçının bu hissədə iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, bu barədə vəsatət təqdim etmişdir. Bununla əalaqədar, məhkəmə qeyd edir ki, cavabdehin bu tələb üzrə iddia müddətinin tətbiqi barədə vəsatəti əsassızdır və hazırkı iddia tələbi üzrə tətbiq oluna bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehdən hər hansı öhdəliyin icrasını tələb etmir, cavabdeh tərəfindən hesablanmış borc silinməsini tələb edir ki, bu da tərəflər arasında öhdəliklə əlaqədar deyil, hüquqazidd əməlin nəticəsində akt üzrə yaranmış borcun silinməsi ilə əlaqədardır. Odur ki, cavabdeh tərəfindən təqdim edilmiş vəsatətin hazırkı iddia tələbinə tətbiq edilməsi mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə iddia tələbini 2019-cu ilin oktyabrın 8-də elektrik enerjisinə nəzarət edən əməkdaşlar tərəfindən tərtib edilmiş 158661 saylı akt üzrə hesablanmış pulun silinməsi hissəsində əsaslı sayır. Məhkəmə həmçinin xx.xx.2023-cü ildə 286394 saylı akt üzrə hesablanmış pulun silinməsi hissəsində iddia tələbini əsassız sayır. Belə ki, iddiaçı özü izahatında həyətyanı torpaq sahəsində yerləşən elektrik naqilərinə qanunsuz qoşulmaqla elektrik enerjisindən istifadə etdiyini etiraf etdi. Onun etirafı məhkəmə iclasında tədqiq edilmiş digər sübutrlarla, o cümlədən baxış keçirilmiş disklə tam sübuta yetdi. Məhkəmə həmçinin İddiaçının elektrik enerjisindən sadəcə 12 saat istifadə etməsi barədə bildirdiklərini əsaslandırılmayan mülahizəsi hesab edir. «Elektrik enerjisindən istifаdə qаydаlаrı»nın 8.17-1-ci bəndinə əsasən, İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən, İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunan qaydaların 10.18.9-1 və 10.18.9-2-ci bəndlərinə əsasən, enerjitəchizatı müəssisəsi elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə və bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən hesab edir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq xx.xx.2023-cü ildə 286394 saylı akt tərtib edilmiş və akt üzrə həmin qaydalara uyğun olaraq 527,56 manat pul vəsaiti borc olaraq hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 158661 nömrəli akt üzrə hesablanmış pul vəsaiti silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 158661 nömrəli akt əsasında hesablanmış 293 manat 30 qəpik manat pul vəsaiti İddiaçı adına qeydə alınmış abonent hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar