Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2218/2024 23.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı 10 avqust 2024-cü il tarixli, R 066191 nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1393,92 manat məbləğində ziyanın silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş 10 avqust 2024-cü il tarixli, R 066191 nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1393,92 manat məbləğində ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək hazırki iddiasının kommersiya məhkəməsinə aid oğluğuna görə işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh "xxxx" ASC-nin nümayəndəsinə lazımi qaydadla məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi heç bir məlumat vermədən məhkəməyə gəlməmişdir. Məhkəmə iş üzrə hazırlıq iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri tədqiq edərək, habelə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 10 avqust 2024-cü il tarixli, R 066191 nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1393,92 manat məbləğində ziyanın silinməsi tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı 10 avqust 2024-cü il tarixli, R 066191 nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1393,92 manat məbləğində ziyanın silinməsi tələbinə dair ərizədən imtina etməsinə dair ərizəsi qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-2218/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2218/2024
23.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver