Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2218/2025 30.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, R 329714 nömrəli akta əsasən qanunsuz hesablanmış 1059.95 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı ərizə ilə müraciət edərək, göstərmişdir ki, barəsində verilmiş iddia ərizəsindən heç bir məlumatı yoxdur. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-2218/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2218/2025
30.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver