Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-225/2025 17.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış X7nin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismarı Departamenti (bundan sonra Departament) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin müvəqqəti istifadəsinə verilmiş, Kürdəmir rayonu 564 ailəlik qəsəbə, 14 saylı binada yerləşən 35 nömrəli mənzilə dair 23 yanvar 2020-ci il tarixli “14/35” nömrəli “xüsusi təyinatlı yaşayış X7”nin ləğv edilməsi və həmin mənzildə qanunsuz yaşayan Şamaxı rayon sakini X5 mənzildən çıxarılması və “14/35” nömrəli mənzilin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə daim nəzarətdə saxlayır. Son dövrdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Departamentin 23 yanvar 2020-ci il tarixli, “14/35 nömrəli xüsusi təyinatlı yaşayış X7nə əsasən, məcburi köçkün X13 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə, bina 14-də yerləşən 35 nömrəli mənzil ilə təmin edilmişdir. Departamentin Kürdəmir-Ucar-Göyçay Mənzil Kommunal İstismar Sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı X13, kirayə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq mənzilini Şamaxı rayon sakini X2 vermişdir. “Xüsusi Təyinatlı Yaşayış X7” nin 5-ci maddəsinin 5.4.1 və 5.4.5 bəndlərini kobud şəkildə pozmuşdur. Ona görə də cavabdehlərin müvəqqəti istifadəsinə verilmiş Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə, bina 14-də yerləşən 35 nömrəli mənzilə dair 23 yanvar 2020ci il tarixli “14/35” nömrəli xüsusi təyinatlı yaşayış X7nin ləğv edilməsi, həmin mənzildə qanunsuz yaşayan kənar şəxs X1 mənzildən çıxarılması və “14/35” nömrəli mənzilin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında iddia ərizəsində göstərilən halları təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 iddia tələblərini qismən qəbul edərək izahatında göstərdi ki, Laçın rayonundan məcburi köçkün olmaqla Kürdəmir rayon ərazisində məskunlaşmışdır. Uzun müddət ağır şəraitdə yaşadıqdan sonra 2020-ci ildə Kürdəmir rayon ərazsində məcburi köçkünlər üçün salınmış qəsəbədə onlara ev verilmişdir. Həmin evə dair komitə ilə onlar arasında kirayə müqaviləsi bağlanmışdır. Evə köçdükdən sonra özünə məxsus ev əşyalarını da həmin evə aparmışdır. Bundan sonra qeyd edilən evdə yaşamağa başlamışdır. Komitə evini kirayəyə verməsi hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda o, ona verilmiş evdə yaşayır. O, mənzili heç vaxt kirayəyə verməmiş, bu barədə tərtib edilmiş aktlar qanunsuz və əsassızdır. Xəstə olduğu üçün ailəvi qonaq olan X10 ona baxmaq üçün bir müddət onunla yaşamışdır. Hal-hazırda həmin mənzildə tək yaşayır. Mənzil sahəsi onlara verildikdən sonra ev əşyalarını həmin mənzilə küçürmüşlər, həmin əşyalar oradadır, özü də həmin evdə yaşayır, göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 14/35 nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Departament tərəfindən X11 müvəqqəti yaşamaq üçün Kürdəmir 564 ailəlik qəsəbədə bina 14-də 3 otaqlı 35 nömrəli mənzil verilmişdir. - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, qeyri-qanuni məskunlaşan vətəndaşlar (kirayə qalanlar) bina 14, mənzil 35 ünvanını 3 gün müddətində tərk etmədikdə kommunal xidmətlərin (su, işıq, qaz) verilişinin dayandırılması və bağlanmış müqavilənin ləğv ediləcəyi barədə xəbardarlıq edilmişdir. - xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktların surətindən görünür ki, Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə bina 14-də 3 otaqlı 35 nömrəli mənzillə təmin olunmuş X13 vəfat etmiş, ailəsi kirayə müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq mənzilini kənar şəxs Şamaxı rayon sakini X2 vermişdir. Kürdəmir, Ucar və Göyçay MKİS-in rəisinin dəfələrlə yazılı və şifahi xəbərdarlığına baxmayaraq kənar şəxsi mənzilindən çıxartmır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun olaraq Departamentin xx.xx.2020-ci il tarixli, 14/35 nömrəli xüsusi təyinatlı yaşayış X7nə əsasən, məcburi köçkün X3 rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə bina 14-də 3 otaqlı 35 nömrəli mənzil ilə təmin edilmişdir. İddiaçı hesab edir ki, Departamentin Kürdəmir-Ucar-Göyçay Mənzil Kommunal İstismar Sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, X13 vəfat etmiş, ailəsi Cavabdeh1 həmin mənzili kənar şəxsə kirayə vermişdir. Cavabdeh isə iddia tələblərini qismən qəbul etdiyini, hazırda onlara verilmiş evdə yaşadıqlarını, evi heç kəsə kirayə vermədiyini, bir müddətdir ki, ailəvi qonaq olan X5 onunla birlikdə yaşadığını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Tərəflər arasında bağlanmış, Xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 14/35 nömrəli kirayə müqaviləsinin 5.7.1-bəndinə əsasən kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzürlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış X7 Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə iclasında cavabdeh həmin mənzildə yaşadığını, Laçın rayonundan məcburi köçkün olmaqla Kürdəmir rayon ərazisində məskunlaşmışdığını, uzun müddət ağır şəraitdə yaşadıqdan sonra 2020-ci ildə Kürdəmir rayon ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə onlara ev verildiyini, həmin evə dair komitə ilə onlar arasında kirayə müqaviləsi bağlandığını, evə köçdükdən sonra özünə məxsus ev əşyalarını da həmin evə apardığını, mənzili heç vaxt kirayəyə vermədiyini, bu barədə tərtib edilmiş aktlar qanunsuz və əsassız olduğunu, xəstə olduğu üçün ailəvi qonaq olan X10 ona baxmaq üçün bir müddət onunla yaşadığını, hal-hazırda həmin mənzildə tək yaşadığını bildirərək verilmiş iddia ərizəsinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Kürdəmir rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə, bina 14-də yerləşən 35 nömrəli mənzilin subkirayəyə verildiyi, xüsusi təyinatlı yaşayış sahəsinin xx.xx.2020-ci il tarixli, 14/35 nömrəli kirayə müqaviləsinin şərtlərinin pozulduğu təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin qismən təmin edilməli, Kürdəmir rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə, bina 14-də yerləşən 35 nömrəli mənzildə yaşayan X10 həmin mənzildən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Kürdəmir rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 564 ailəlik qəsəbədə, bina 14-də yerləşən 35 nömrəli mənzildə qanunsuz yaşayan kənar şəxs X10 mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: R.B.Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-225/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-225/2025
17.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver