Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-233/2024 31.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında yazılmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X2 X5 İdarəsi tərəfindən tərtib edilmiş AKT ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 2073 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini qismən müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndində yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. Heç vaxt qaza borcu olmayıb. 2023-cı ildə Qaz İdarəsindən gələrək onun evinə gələn qaz sayğacını dəyişib əvəzində yeni qaz sayğacı qoymuşlar. Sonradan qaza baxan nəzarətçi ona bildiriş verəndə qaza borcunun olduğunu görmüşdür. Maraqlananda qaz sayğacına görə cərimə yazıldığını bildirmişlər. Bundan sonra barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt almışdır. Akta sayğacdan kənar təbbi qazdan qeyri qanuni istifadə etməsi qeyd edilmişdir. Lakin o, heç vaxt sayğaca müdaxilə etməmişdir. Onun istifadə etdiyi sayğac küçədə quraşdırılmaqla heç bir qoruyucu vasitə ilə təmin edilməmişdir. Aktda hal şahidləri iştirak etməmiş və akt imza edilməsi üçün ona təqdim edilməmişdir. O, heç vaxt kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməmişdir. Barəsində tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt və həmin akta əsasən hesablanmış cərimə qanunsuzdur. Həmin aktın tərtib edilməsindən onun heç bir məlumatı olmamış və akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. İtirilmiş təbii qazın miqdarının müəyyən edilməsi üçün hesabatın 180 gün qəbul edilməsi onun maddi vəziyyətini ağırlaşdırır. Hesabat 1 ay qəbul edilərsə o, 1 ay üçün hesablanmış məbləği ödəyə bilər. Ona görə də cavabdeh “Azəriqaz“ X3 X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 2043 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh X4 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları Kürdəmir rayonu Sığırlı kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Evdən açılmış Elster-G4 markalı qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş akta qeyd edilmişdir ki, “sayğacdan kənar təbbi qazdan qeyri qanuni istifadə etməsi və təbii qaz itkisi yaranmışdır.” Həmin akta əsasən İddiaçı yaşadığı mənzildə istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-yə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində xx.xx.2023-cü il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı adına olan Kürdəmir XS-nin abonent bazasındakı abonent koduna 17280 kub-2073 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Ona görə də İddiaçı Cavabdehnə qarşı Birliyin əməkdaşlarının tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 2073,60 manat borc məbləğinin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı istifadə etdiyi Elster tipli, G-4T markalı qaz sayğacı dəyişdirilib, əvəzində Zenner tipli qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023cü il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı yaşayış evində Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacdan kənar təbbi qazdan qeyri qanuni istifadə etməsi və təbii qaz itkisi yaranmışdır.” göstərilmişdir. Eyni zamanda, həmin aktda “dəymiş ziyan hesablansın” qeyd olunmuşdur. Qeyd edilən akt Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmışdır. İstehlakçının aktı imza etməkdən imtina etməsi göstərilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin Ağsu X5 İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin PQ-4 ün maksimal saatlıq qaz sərfi 1.2 kub metr/saat Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 kub metr/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün=17280 kub.metr üzrə hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəyir. Heç bir vaxt qaza borcu olmayıb. Qaz İdarəsindən gələrək qaz sayğacının vaxtının bitdiyinə görə həmin sayğacı çıxardıb əvəzində yeni qaz sayğacı quraşdırmışlar. Sonradan qaza baxan nəzarətçi ona bildiriş verəndə qaza borcunun olduğunu görmüşdür. Maraqlananda ona qaz sayğacına müdaxilə edildiyinə görə cərimə hesablandığını bildirmişlər. İddiaçı sayğaca müdaxilə etmədiyini bildirsə də, cavabdeh təşkilatın əməkdaşları onunla razılaşmamışlar. Bundan sonra o, barəsində tərtib olunan aktı və digər sənədləri alıb tanış olarkən xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda boru vasitəsi ilə əlavə xətdən istifadə ediyini qeyd etmişlər. O, heç vaxt sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İB-nin əməkdaşları iddiaçının istifadə etdiyi qazın dəyərini 180 gün müddətində və sutkanın 24 saat ərzində qazdan yararlanmasını nəzərə alıb hesabat aparmaqla 17280 kub metr həcmində qaz itkisi müəyyən edilməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırmaqla, istehlakçı kimi onun hüquqlarını pozur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda onun “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir” qeyd olunduğu qeyd edilsə də, iddiaçının sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə etməsi ilə bağlı heç bir mötəbər subut akta əlavə edilməmişdir. İddiaçı itirilmiş qazın pərpası üçün cavabdeh tərəfindən müəyyən edilmiş hesabatın 30 (1 ay) gün qəbul edilərsə o, 1 ay üçün hesablanmış məbləği ödəyə bilər. Məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan qeyri qanuni istifadə istifadə etsə də, cavabdeh “Azəriqaz“ İB tərəfindən itirilmiş təbii qazın bərpası üçün hesabatın 180 gün müəyyən edilməsi iddiaçının maddi vəziyyətini ağırlaşdırdığına görə itirilmiş təbii qazın bərpası üçün hesabat müddəti 1 ay (30 gün) qəbul edilməlidir. Belə olan halda iddiaçının istifadə etdiyi qaz işlədicilərində maksimal qaz sərfinə görə hesabat müddəti 30 gün hesablanmaqla itirilmiş təbii qazın dəyəri 2073,60 : 6 = 345,60 manat müəyyən edilməklə həmin məbləğ iddiaçıdan tutularaq “Azəriqaz“ İB-nin hesabına ödənilməli qalan 1728 manat iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşin hallarından göründüyü kimi, qaz sayğacının istehlakçı təqsiri üzündən zədələnməsi müəyyən olunmamaqla, istehlakçı tərəfindən onun təşəbbüsü ilə sayğıcın texniki baxışdan keçirilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesabat müddəti 1 ay (30 gün) qəbul edilməklə həmin akt qismən etibarsız hesab edilməli və akt əsasında hesablanmış 345,60 manat borc İddiaçı tutularaq Cavabdeh İsehsalat Birliyinin hesabına ödənilməli, qalan 1728 manat məbləğində borc İddiaçı adına qeyd edilmiş abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesabat müddəti 1 ay (30 gün) qəbul edilməklə həmin akt qismən etibarsız hesab edilsin. Həmin akt əsasında hesablanmış 345,60 manat borc İddiaçı tutularaq Cavabdeh İsehsalat Birliyinin hesabına ödənilsin, qalan 1728 manat məbləğində borc İddiaçı adına qeyd edilmiş abonent hesabından silinsin. Cavabdeh“ Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-233/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-233/2024
31.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver