Məhkəmə qərarları › İş №2(041)-2339/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2339/2025

24.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2339/2025 24.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, İddiaçı Cavabdeh İB-nə qarşı təbii qazdan istifadə sahəsində iddia müddəti ötürüldüyünə görə hesaba vurulmuş pulun silinməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə yaranmış 734.44 manat borcun xx.xx.2025-ci il tarixə ödənilməyən 521.84 manatının iddia müddəti ötürüldüyü üçün həmin məbləğin onun abunent saldo hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizənin qəbulundan imtina edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, eyni tərəflər arasında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli, 2(041)-2053/2024 saylı qətnaməsi var. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.2, 263-264, 268ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-nə qarşı təbii qazdan istifadə sahəsində iddia müddəti ötürüldüyünə görə hesaba vurulmuş pulun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar