Məhkəmə qərarları › İş №2(041)-2416/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2416/2024

29.10.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2416/2024 29.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Maraqlı şəxs iştirakları ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Kürdəmir rayon Topalhəsənli bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan 8.79 manat, dövlət sosial müdafiə onduna olan 3532.56 manat, işsizlikdən sığorta fonduna olan 5.57 manat, icbari tibbi sığorta fonduna polan 252.11 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanını rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul oluinmasını xahiş etmişdir. Ərizədən məlum olur ki, Kürdəmir rayon Topalhəsənli bələdiyyəsi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş nəticədə dövlət büdcəsinə 8.79 manat, dövlət sosial müdafiə fonduna 3532.56 manat, işsizlikdən sığorta fonduna 5.57 manat, icbari tibbi sığorta fonduna 252.11 manat məbləğində borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-ci il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2024-cü il tarixli bildiriş göndərilmiş, borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Qeyd olunan borc məbləğini dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. 9 saylı Ərazi Vergilər İdarəsinin etibarnamə üzrə salahiyyətli nümayəndəsi İ.İ.Heydərovun ərizəsində işə onların iştirakı olmadan baxılması, ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon Topalhəsənli bələdiyyəsinin sədri Maraqlı şəxs ərizədə göstərilənləri təsdiq edərək bildirdi ki, qeyd olunan borclar bələdiyyəyə vergi ödəmələri daxil olmadığı üçün ödənilməmişdir. Lakin ona məhkəmə bildirişi gəldikdən sonra bir hissəsini ödəmiş, lakin bir hissəsini bələdiyyənin balansında pul vəsaiti olmadığı üçün ödəyə bilməmişdir. Odur ki, ərizənin təmin və ya rədd edilməsini məhkəmənin öz mülahizəsinə buraxdı. İş materiallarına əlavə edilmiş Toplahəsənli bələdiyyəsinin şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, bələdiyyənin xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə ödənilməmiş 8.79 manat, dövlət sosial müdafiə fonduna 3532.56 manat, işsizlikdən sığorta fonduna 5.57 manat, icbari tibbi sığorta fonduna 252.11 manat məbləğində borcu var. İşdə olan xx.xx.2022, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, Vergi Məcəlləsinin 65.1-ci maddəsinin tələblərinə əsasən borcların 5 gün müddətində ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq və sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırmaları zamanı iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, Kürdəmir rayon Topalhəsənli bələdiyyəsi vergi ödəyicisi olmaqla üzərinə düşən vergi öhdəliklərini yerinə yetirmədiyinə görə dövlət büdcəsinə 8.79 manat, dövlət sosial müdafiə fonduna 3532.56 manat, işsizlikdən sığorta fonduna 5.57 manat, icbari tibbi sığorta fonduna 252.11 manat məbləğində borcu vardır. Kürdəmir rayon Topalhəsənli bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs yaranmış vergi borcunun ödənilməsi üçün zəruri tədbirlər görməmiş, ödəməni təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 305.1.12-ci maddəsinə əsasən məhkəmələr xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxırlar. - 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. - 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. - 355.6. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. - 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. - 355-7.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. - 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. - 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Kürdəmir rayon Topalhəsənli bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs üzərinə düşən vergi öhdəliklərini yerinə yetirmədiyinə görə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-5-cı, 355.7-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Kürdəmir rayon Topalhəsənli bələdiyyəsinin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir və dərhal icraya yönəldilir. Qətnamənin icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar