Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-245/2023 02.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İsehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilərək barəsində yazılmış xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 2079,46 borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş İddiaçı vəsatətinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(041)-335/2022 nömrəli qərardadına əsasən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və mütəxəssis rəyi verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkkəmə Ekspertizasına göndərilmişdir. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində xx.xx.2023-cü il tarixdə məhkəmə-xəttşünaslıq ekspertizası keçirildikdən sonra mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/820 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Kürdəmir rayonunun Atakişili kəndində vadlideynlərinə məxsus evdə yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsi ilə qaz idarəsinin hesabına ödəyir. Heç bir vaxt qaza borcu olmayıb. 2018-ci ilin dekabr ayında Qaz İdarəsinin işçiləri onun yaşadığı ünvana gələrək istifadə etdiyi qaz sayğacının istismar müddətinin bitdiyini bildirib dəyişərək əvəzində yeni sayğac quraşdırmışlar. Təxminən bir neçə aydan sonra yaşadığı sahəyə baxan qaz idarəsinin işçisi ona bildiriş verəndə ona artıq pul hesablandığını görmüşdür. Bu məsələyə aydınlıq gətirmək üçün Kürdəmir rayon Qaz İdarəsimnə müraciət etmiş və Qaz İdarəsində ona əvvəl istifadə etdiyi qaz sayğacında müdaxilə olduğuna görə barəsində akt tərtib edildiyini və həmin akta əsasən cərimə hesablandığını bildirmişdlər. İstifadə etdiyi qaz sayğacı Qaz İdarəsinin əməkdaşları tərəfindən açılarkən sayğacda hər hansı bir müdaxilə olmasını müəyyən etməmişlər. İstifadə etdiyi qaz sayğacı küçədə quraşdırılmaqla qoruyucu vasitə ilə təmin edilməmiş Qaz sayğacı açılarkən ona qaz sayğacının labaratoriyaya göndərilməsi izah edilməyib. Bundan sonra o, barəsində tərtib olunan xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktı almışdır. Həmin akta imza etsə də, sonradan onunla Qaz İdarəsinin arasında bağlanmış qazın alqı-satqısına dair müqaviləyə imza etməmiş və həmin müqavilədəki imza ona məxsus deyil. xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt da həmin müqaviləyə əsasən tərtib edilmişdir. Bundan əlavə qaz sərfiyatına görə ona təqdim olunmuş xx.xx.2020-ci il tarixli bildirişdə işlətdiyi qaza görə borcu 140,56 manat göstərilsə də bundan 13 gün sonra ona təqdim olunan bildirişdə qaza olan borcu artırılaraq 2079,46 manat göstərilmişdir. Onun heç vaxt təbii qazdan istifadəyə görə həmin məbləğdə borcu olmayıb. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/820 nömrəli ekspertiza rəyinə əsasən Qazın alqı-satqı müqaviləsində onun adının qarşısındakı imzanın da ona məxsus olmadığı müəyyən edilmişdir. Ona görə də Cavabdeh İsehsalat Birliyinin barəsində tərtib etdiyi xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 2079,46 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, Kürdəmir rayonunun Atakişili kəndində yaşayan İddiaçı yaşayış evinin qaz xətti üzərinə qaz sayğacı quraşdırılaraq **********00180 nömrəli abonent hesabı ilə qeydiyyata alınmışdır. Cavabdeh İB-nin Ağsu RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən iddiaçının yaşayış evinin qaz xətti üzərinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qaz xəttindən açılmış həmin qaz sayğacına labaratoriyada baxış keçirilən zaman “sayğacdan əlavə xətt aşkar olundu” rəyi verilmişdir. Verilmiş rəy əsasında 10.122.2018-ci il tarixli ******* nömrəli təbii X4nın pozulması haqqında akitt tərtib edilmişdir. Yaşayış evinin qaz işlədicilərinin parametrlərinə uyğun olaraq 17820 kub metr təbii qazın dəyəri iddiaçının **********00180 nömrəli abonent hesabına işlənmişdir. Həmçinin İddiaçı onun barəsində tərtib olunan akta imza etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X4”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Ona görə də İddiaçı Cavabdeh İsehsalat Birliyinin barəsində tərtib etdiyi xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 2079,46 manat borc məbləğinin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı satqısına dair xx.xx.2018-ci il tarixli, 7346 nömrəlidən görünür ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı yaşayış evində Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2019-cu il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacdan əlavə xətt aşkar olundu” göstərilmişdir. Eyni zamanda, həmin aktda “dəymiş ziyan hesablansın dəyəri tam ödənilsin” qeyd olunmuşdur. Qeyd edilən akt Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları və istehlakçı İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin X5 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, Qənaətli su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, Qeyri standart su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, 2 ədəd dəmir soba maksimal qaz sərfi 1,4 kub metr/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün, Radiator sobası maksimal saatlıq qaz sərfi 0,8 kub metr/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və cəmi 17820 kub.metr üzrə hesablanmışdır. İş materiallarına əlavə edilmiş və İddiaçı vəsatətinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/820 nömrəli rəyindən görünür ki; ekspertizaya təqdim edilmiş mülki işin 6-7-ci vərəqələrində olan xx.xx.2018-ci il tarixli, 7346 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin “8. Tərəflərin hüquqi ünvanları və rekvizitləri“ bölməsində “İstehlakçı“ qrafasındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Əliyev X2 rayonunun Atakişili kəndində vadlideynlərinə məxsus evdə yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsi ilə qaz idarəsinin hesabına ödəyir. Heç bir vaxt qaza borcu olmayıb. 2018-ci ilin dekabr ayında Qaz İdarəsinin işçiləri onun yaşadığı ünvana gələrək istifadə etdiyi qaz sayğacının istismar müddətinin bitdiyini bildirib dəyişərək əvəzində yeni sayğac quraşdırmışlar. Təxminən bir neçə aydan sonra yaşadığı sahəyə baxan qaz idarəsinin işçisi ona bildiriş verəndə ona artıq pul hesablandığını görmüşdür. Bu məsələyə aydınlıq gətirmək üçün Kürdəmir rayon Qaz İdarəsimnə müraciət etmiş və Qaz İdarəsində ona əvvəl istifadə etdiyi qaz sayğacında müdaxilə olduğuna görə barəsində akt tərtib edildiyini və həmin akta əsasən cərimə hesablandığını bildirmişdlər. İstifadə etdiyi qaz sayğacı Qaz İdarəsinin əməkdaşları tərəfindən açılarkən sağacda hər hansı bir müdaxilə olmasını müəyyən etməmişlər. İstifadə etdiyi qaz sayğacı küçədə quraşdırılmaqla qoruyucu vasitə ilə təmin edilməmiş Qaz sayğacı açılarkən ona qaz sayğacının labaratoriyaya göndərilməsi izah edilməyib. Bundan sonra o, barəsində tərtib olunan xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktı almışdır. Həmin akta imza etsə də, sonradan onunla Qaz İdarəsinin arasında bağlanmış qazın alqı-satqısına dair müqaviləyə imza etməmiş və həmin müqavilədəki imza ona məxsus deyil. xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt da həmin müqaviləyə əsasən tərtib edilmişdir. Bundan əlavə qaz sərfiyatına görə ona təqdim olunmuş xx.xx.2020-ci il tarixli bildirişdə işlətdiyi qaza görə borcu 140,56 manat göstərilsə də bundan 13 gün sonra ona təqdim olunan bildirişdə qaza olan borcu artırılaraq 2079,46 manat göstərilmişdir. Onun heç vaxt təbii qazdan istifadəyə görə həmin məbləğdə borcu olmayıb. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/820 nömrəli ekspertiza rəyinə əsasən Qazın alqı-satqı müqaviləsində onun adının qarşısındakı imzanın da ona məxsus olmadığı müəyyən edilmişdir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/820 nömrəli rəyindən görünür ki; ekspertizaya təqdim edilmiş mülki işin 6-7-ci vərəqələrində olan xx.xx.2018-ci il tarixli, 7346 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin “8. Tərəflərin hüquqi ünvanları və rekvizitləri“ bölməsində “İstehlakçı“ qrafasındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh Ağsu RQİİ-nin arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair bağlanmış xx.xx.2018-ci idl tarixli, 7346 nömrəli müqavilə istehlakçı İddiaçı tərəfindən deyil başqa şəxs tərəfindən imzalanmaqla müqavilə cavabdeh təşkilatın nümayəndələri tərəfindən saxtalaşdırılmışdır. Bundan əlavə cavabdehin nümayəndəsi İddiaçı istifadə etdiyi qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub metr/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, Qənaətli su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 180 gün, Qeyri standart su qızdırıcısı maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 180 gün, 2 ədəd dəmir soba maksimal qaz sərfi 1,4 kub metr/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün, Radiator sobası maksimal saatlıq qaz sərfi 0,8 kub metr/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla onun cəmi 17820 kub.metr qaz itgisinə yol verməsi və onun itirilmiş təbii qaza görə borcunun olması, həmçinin cavabdeh qurum tərəfindən qaz sayğacı çıxarılarkən belə hər hansı bir qoruyucu qutuya qoyulması, hal şahidlərinin iştirakı ilə möhürlənməsi, qaz sayğacının labotoriyaya göndərilməsi və istehlakçının orada iştirakının təmin edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zərur hesab edir ki, İddiaçı istifadə etdiyi qaz sayğacı dəyişdirilərkən həmin vaxt qaz sayğacına hər hansı bir müdaxilənin olması müəyyən edilmədiyi halda, sonradan Qaz İsitsmar sahəsinin işçiləri tərəfindən onun həmin qaz sayğacına müdaxilə etməsi düzgün qeyd edilməmişdir. Bu da istehlakçının qanuni mənafeyinin müdafiəsinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın təsdiq edilməsi haqqında Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşin hallarından göründüyü kimi, qaz sayğacının istehlakçı təqsiri üzündən zədələnməsi müəyyən olunmamaqla, istehlakçı tərəfindən onun təşəbbüsü ilə sayğıcın texniki baxışdan keçirilməsi tələb edilməmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu Cavabdeh İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh İsehsalat Birliyinin nümayəndələri tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 2079 manat cərimə onun hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İsehsalat Birliyinin nümayəndələri tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 2079 manat cərimə onun hesabından silinsin. Cavabdeh“ Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-245/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-245/2023
02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver