Məhkəmə qərarları › İş №2(041)-2454/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2454/2025

05.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2454/2025 05.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X7 Xalıq oğlunun sədrliyi Zeynalova Leyla Fariz qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğinin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli AKТ R 178751 və xx.xx.2023-cü il tarixli 292523 nömrəli aktlar əsasında hesablanmış ümumilikdə 558 manat borc məbləğinin hesabımdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Garıs-əyribənd kəndində yaşayır. İstifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay vaxtında ödəyir. Heç vaxt sayğaca müdaxilə etməmişdir. Sayğacı çöl divarda yerləşir. xx.xx.2020-ci il tarixdə nədə xx.xx.2023-cü il tarixlərdə "xxxx" ASC-nin mərkəzi Aran regional idarəsinin əməkdaşları onların kəndə gedərək sayğacları yoxlamaq istəmişlər. Həmin vaxt onunda sayğacına baxış keçrimişlər. Sayğacda heç bir çatışmamazılıq aşkar edilməmişdir. Sonradan ona 580.72 manat borc yazıldığının şahidi olmuşdur. Həmin borcun necə yazılmasını soruşduqda bildirdilər ki, borc məbləği kənar xətt çəkildiyi üçün yazılıb. O onlardan aktı tələb edib almış və aktla tanış olarkən məlum olmuşdur ki, guya sayğacdan kənar xəttdən istifadə olunur. Halbu ki, belə bir hal baş verməyib. Hesab edir ki, barəsində yazılmış akt tamamilə əsassdır, ona görə də etibarsız hesab olunmalıdır. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, 2020-ci ildə sayğac olmadan elektrik enerjisindən istifadə etdiyi üçün "xxxx" ASC-nin nümayəndələri tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli 178751 saylı akta əsasən ona 401.49 manat əlavə ödəniş hesablanmışdır. Bundan sonra onun evinə sayğac quraşdırılmış və bir müddətdən sonra sayğac ona məlum olmayan səbəbdən yanmışdır. "xxxx" ASC-nin nümayəndələri xx.xx.2023-cü il tarixli 292523 saylı aktla ona 158.11 manat məbləğində əlavə ödəniş hesablamışdır. Birinci halda özünün qismən də olsa təqsiri olduğu halda, 2-ci aktı qanunsuz olaraq yazmışlar. Belə ki, sayğacın yanma səbəbi araşdırılmamış, əsassız plaraq ona cərimə yazmışlar. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddia tələblərinin qismən də olsa təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etiraz ərizəsi ilə çıxış edərək izahatında bildirdi ki, "xxxx" ASC-nin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisndən istifadə Qaydaları"na və "X1 Qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman 07 mart 2020-ci il tarixdə iddiaçı X2 məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, iddiaçının evinin istismarında olan 18963838M №-li elektrik sayğacı yerində yoxdur. Həmin elektrik sayğacı iddiaçının evinə xx.xx.2016-cı il tarixdə quraşdırılmış və hesablaşma həmin sayğacın göstəricisinə əsasən aparılmışdır Bu isə "EEİQ-nın 8.17-ci, həmçinin "EQQQ-nın ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır Nəticədə bu əməlinə görə İddiaçı barəsində 07 mart 2020-ci il tarixli 178751 saylı akt tərtib edilərək hesabat aparılmışdır. 13093-8134 gün = 4959 kvts, tarif -3600 kvts x 0,07 man = 252 man, tarif -1359 kvts x 0,11 man = 149,49 man. Cəmi 401,49 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 4959 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Bundan başqa 28 aprel 2023cü il tarixdə iddiaçya məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, iddiaçının evinin elektrik sayğacı tamamilə yanaq istismara yarasız vəziyyətə düşüb. Bu isə "EEİQ-nın 8 17-ci həmçinin "EQQQ-nın ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır Nəticədə bu əməlinə görə İddiaçı barəsində 28 aprel 2023-cu il tarixli 292523 saylı akt tərtib edilərək hesabat aşağıdakı qaydada aparılmışdır. Tarif (-540 kvts x 0,08 man = 43,20 man, tarif (-270 kvts x 0,09 man = 24,30 man, tarif (-697 kvts x 0,13 man = 90,61 man. Cəmi 158,11 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 1507 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Hazırda iddiaçı xx.xx.2020-ci il tarxli 178751 saylı akt üzrə hesablanmış məbləği ödəmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin əməkdaşları İ.Cəfərov, S.Hüseynov, N.Əsgərov və İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli R178751 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Garıs-Əyribənd kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı həyətdə yerləşən sayğac yerində aşkar olunmamışdır. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonenti İddiaçı aktı imzalamamışdır. -"xxxx" ASC-nin əməkdaşları E.Qaraşov, N.Əsgərov və İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli R292523 nömrəli aktdan məlum olur ki, Kürdəmir rayonunun Garıs-Əyribənd kəndi ərazisində yaşayan məişət abonentləri tərəfindən "Elektrik enejisindən istifadə Qaydaları"na riayət edilməsi yoxlanarkən istehlakçı İddiaçı həyətdə yerləşən sayğacın tamamilə yandığı aşkar edilmişdir. "Elektrik enejisindən istifadə Qaydaları"nın tələblərinə uyğun olaraq akt “Mərkəzi-Aran” RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş, tərtib edilərkən məişət abonenti İddiaçı aktı imzalamamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın; - 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. - 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil ( yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. - 7.13. Hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. - 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. - 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.3. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Hazırki iddia tələbi ilə mübahisələndirilən xx.xx.2020-ci il tarixli R178751 saylı aktda göstərilən nöqsanları iddiaçı etiraf etmiş və həmin akt üzrə hesablanmış məbləği abonent İddiaçı ödəmişdir. Bu hissədə iddia rədd edilməlidir. "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 292523 saylı aktda sayğacın yanması müəyyən edilmiş və iddiaçıya 158.11 manat məbləğində əlavə ödəniş hesablamışdır. Halbuki, sayğacın yanması səbəbləri araşdırılmamış, eləcə də, abonentin bununla bağlı təqsirliliyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli R292523 nömrəli akt üzrə əlavə olaraq hesablanmış 158 (bir yüz əlli səkkiz) manat pul İddiaçı hesabından (abunə kodu **********00376) silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli R 292523 nömrəli akt üzrə əlavə olaraq hesablanmış 158,11 manat (bir yüz əlli səkkiz manat 11 qəpik) İddiaçı hesabından (abunə kodu **********00376) silinsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar