Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-26/2023 19.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona vurduqları 1250 manat ziyanın və ödədiyi 33 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Kürdəmir şəhəri Babək küçəsi ev 5 m 31-də yaşayır. xx.xx.2022-ci il tarixdə usta kimi tanıdığı Xanlarla görüşüb onunla evinin təmiri üçün söhbət etmişdir. Xanlar onun evinə baxış keçirlmiş və görəcəyi işin müqabilində ondan 1400 manat pul alacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tanışı Cavabdeh2la birlikdə onun evinə gedərək işə başlamışlar. Başladıqları gün ondan 200 manat, iki gün sonra yenidən 200 manat pul almışlar. Bundan sonra Xanların əlinin işləmədiyini görüb ona əlinə nə olduğunu soruşmuş, Xanlar Bakıda işləyərkən əlini kəsdiyini bildirmişdir. Bir neçə gün sonra Xanlar işə gələ bilməyəcəyini, onunla işləyən ustanın yaxşı sənətkar olduğunu demişdir. O, da Xanlara inanıb onunla razılaşmışdır. Həmin tarixdən 5-6 gün sonra Şahin ona müraciət edərək toy edəcəyini, ona görə də 500 manat pul lazım olduğunu bildirmişdir. Şahinə 500 manat avans verrmiş, həmin vaxt həmin puldan 100 manat onun evinə gələn Xanlar götürmüşdür. Daha sonra Şahin ondan 50 manat pul almışdır. Bütün bunlardan sonra Şahin özüylə Zülfi adında usta gətirmiş və evinin təmir işlərini Zülfiyə həvalə eytmişdir. Həmin vaxt Zülfiyə Xanlar və Şahinə 950 manat pul verdiyini bildirmiş, qalıq qalan 450 manatı isə onlara verəcəyini bildirmişdir. Zülfi də görəcəyi işin xərcinin çox olacağı təqdirdə qalan hissəsini isə Şahindən alacağını bildirmişdir. Bundan sonra həmin şəxslər onun evində bir neçə gün işləmiş, lakin sonradan onu aldadaraq həmin şəxslər evinin təmirini davam etdirməmişlər. Ustaların təmiri etdirmədiyini görüb evinə baxış keçirmiş, evində 300 manata yaxın işlək vəziyyətdə olan materialların aparıldığını müəyyən etmişdir. Ustalar tərəfindən aldadıldığını görüb Kürdəmir RPŞ-yə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlərə dəymiş ziyana görə ona 600 manat verməsini təklif etmiş, lakin cavabdehlər bununla razılaşmamışdır. Cavabdehlər həmin pulu ona verəcəyi təqdirdə onlarla razılaşacaqdır. Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunda yaşayır. Ustalıqla məşğul olmaqla ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə Bəhram ona müraciət edərək evini təmir etməsini xahiş etmişdir. Bəhramla birlikdə ona məxsus evə baxış keçirmişdir. Evə baxış keçirdikdən sonra Şahin adlı ustanın olduğunu, onunla birlikdə evi təmir edəcəyini Bəhrama bildirmişdir. İşlədikləri işin müqavilində ondan 1400 manat pul alacaqlarını Bəhrama demişdir. Bəhram onunla razılaşmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə tanışı Şahinlə birlikdə Bəhramın evinə getmişlər. İşə başladıqdan sonra Bəhramdan ilkin olaraq 200 manat pul almışlar. Bir neçə gün sonra yenidən Bəhramdan 200 manat pul alımışlar. 5-6 gün sonra Şahin oğlunun toyu üçün qız evinə vermək məqsədilə Bəhramdan 500 manat pul istəmiş, Bəhramdan 500 manat pulu alaraq 400 manatanı Şahinə vermiş, 100 manat isə özü götürmüşdür. Bəhramdan pul aldıqdan sonra yenidən ondan 50 manat pul almış, lakin sonradan Şahin xəstələndiyi üçün işə gəlməmiş, Şahin gəlməsə belə Bəhramın evinə gedərək onun evində işləyən ustalara kömək etmişdir. Onlar Bəhramdan ümumilikdə 950 manat pul almışlar. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus evin təmiri üçün iddiaçı cavabdehlərlə təmir barədə razılıq əldə etmiş, bunun müqavilində cavabdehlərə müəyyən məbləğdə pul ödəmiş, lakin cavabdehlər pulu alsalar da iddiaçının evini təmir etməmiş, iddiaçı isə məcbur olub evini başqa şəxslərə təmir etdirmişdir. Hazırki iddiasında iddiaçı cavabdehlərdən ona vuruduqları 1250 manat ziyanın cavabdehlərdən alınıb ona verilməsini bildirir və iddiasının əsası kimi Kürdəmir RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı sübut kimi məhkəməyə təqdim etmişdir. Məhkəmənin soğrusuna əsasən Kürdəmir rayon polis şöbəsindən məhkəməyə təqdim edilmiş, HK-1/1334 nömrəli rədd materialının 4-cü vərəqində olan Cavabdeh1 izahatında göstərmişdir ki, Bəhramdan aldıqları pulun müqabilində ona iş görmüşlər. Şahin Bəhramdan oğlunun toyu üçün aldığı 500 manat borcunu qaytarmamışdır. Onlar Bəhramın evindən oğurluq etməmişlər, Bəhram özü sökülən materialları Şahinə vermişdir. Materialın 5-ci vərəqində olan Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, Bəhramdan aldıqları pulun müqabilində ona iş görmüşlər, lakin oğlu Röyalın toyu üçün aldığı 500 manat borcunu pulu olmadığına görə qaytarmamışdır. Evdə işləyərkən sökdükləri tikinti materiallarını Bəhram özü ona vermişdir. Beləliklə, iş üzrə toplanmış sübutlardan məlum olur ki, şifahi razılıqları əsasında cavabdehlər İddiaçı evində təmir işləri aparmış və bunun müqabilində iddiaçı onlara ayrı-ayrı vaxtlarda 450 manat pul vermişdir. Ümumi təmir işləri üçün razılaşdırılmış 1400 manat pulun qalan hissəsi cavabdehlər işi başa çatdırmadıqlarına görə onlara verilməmişdir. İddiaçının tələb etdiyi 1250 manatın 500 manatı Şahinə verdiyi borc, 450 manat hissəhissə cavabdehlərə verdiyi zəhmət haqqı, 300 manat isə evindən aparılan tikinti materiallarının dəyərindən ibarətdir. Cavabdehlərin Kürdəmir rayon polis şöbəsində verdikləri izahatlarında iddiaçının evindən özləri heç bir şey aparmadıqlarını, evdən sökdükləri işlənmiş tikinti materiallarını iddiaçının özü tərəfindən Şahinə verdiklərini təsdiq etmişlər. Qalan 500 manat pula gəldikdə isə, hər iki cavabdeh həmin pulun iddiaçı tərəfindən Şahinə borc kimi verildiyini, hal-hazıra kimi qaytarılmadığını etiraf etmişlər. İşin faktiki və mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh2 oğluna toy etmək üçün Cavabdeh1 vasitəsilə İddiaçı 500 manat borc pul almış, lakin hal-hazıra kimi borcunu qaytarmamışdır. Yəni, tərəflər arasında şifahi olaraq borc müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyinə görə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görəöhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynı keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 (beş yüz) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş 33 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehlərdən tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV Sədrlik edən: /imza var/ Əsli ilə düzdür: Hakim X.X.İmanov
Məhkəmə qərarları › İş №2(041)-26/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-26/2023
19.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver