Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2610/2024 26.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 777,60 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərdi ki, o, 9 ildir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Kürdəmir rayonu Garıs-Əyribənd kəndində yerləşən fərdi yaşayış evində heç kim yaşamır.O. yaşadığı kəndə gələndə qaza baxan nəzarətçi ona bildiriş təqdim etmiş və o, həmin bildirişdə onun borcunun olmasını görmüşdür. O, Qaz idarəsi ilə maraqlanmış və ona sayğacın hesablama mexaniziminin qoruyucu şüşəsinin üzərinə vurulan 3 ədəd zavod plastmas plomblarından birinin olmaması və sayğacın yararsız olması göstərilmişdir. O. Qaz idarəsi işçilərinə sayğaca müdaxilə edilmədiyini bildirsə də onunla razılaşmamış və ona 777,60 manat cərimə yazmışlar. Qaz idarəsinin işçiləri hər ay sayğacı yoxlayırlar. Sonuncu dəfə akt yazanda o olmamış və heç bir sənədə imza atmamışdır. Ona görə də iddiasını təmin edilməsini, cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə “Azəriqaz İB”nə lazimi qaydada məlumat verilməsiə baxmayaraq,onlar məhkəməyə gəlməmiş, lakin ərizə göndərərək istehsalat zərurəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıın izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış evində “Azəriqaz” X3 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacın hesablama mexanizminin üzərinə vurulan 3 ədəd zavod plastmas plombdan biri üzəridə aşkar olunmadığı, sayğacın hesablama mexanizminin qoruyucu qapağıın tamailə gövdədən aralandığı və təbii qaz itkisinin yarandığı” qeyd olunmuşdur. Qeyd edilən akt “Azəriqaz” X3 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmışdır. İş materiallarında olan “Azəriqaz” İB-nin X6 İstismarı İdarəsinin rəisinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, İddiaçı yaşadığı fərdi yaşayış evində Kürdəmir Xidmət Sahəsinin görəcəyi işlər barədə tələblərdə itirilmiş qazın bərpası üzrə qaz işlədicilərinin qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kub metr saat,orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 6480 kub metr üzrə hesablanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********01370 nömrəli Abonentin saldosundan görünür ki, 01.20xx-xx.2024-cü illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 777,60 manat olduğu göstərilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Dəyirmanlı kəndində yaşayır. Həmin vaxtdan istehlakçı olaraq qazdan istifadə edir. 01 noyabr 2023-cü il tarixdə cavabdeh olan qurumun əməkdaşları iddiaçıya məxsus olan fərdi yaşayış evinin qaz sayğacının hesablama mexanizminin üzərinə vurulan 3 ədəd zavod plastmas plombdan biri üzəridə aşkar olunmadığı, sayğacın hesablama mexanizminin qoruyucu qapağıın tamamilə gövdədən aralandığı və təbii qaz itkisinin yaranması ilə bağlı akt tərtib etmişlər və iddiaçıya 777,60 manat cərimə tətbiq etmişlər. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-1-ci maddəsinə əsasən, “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla, qazın verilməsini dayandırılmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısıbu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə yaxud yetkinlik yaşına çatmış ailə üzvülərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayyət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nətəcəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğuilin mövsümü əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddiaçı tərəfindən cavabdehin qaz sayğacına qanunsuz qoşulmada təqsirini təsdiq edən hər hansı sübut yəni müvafiq icra hakimiyyəti orqanın qərarının və ya məhkəmə qərarını məhkəməyə təqdim etmədi. Əksinə belə bir araşdırmanın aparılmadığını, yalnız akt tərtib edildiyini, həmin aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya cinayət təqibi orqanına təqdim edilmədiyini bildirdi. Eləcə də, cavabdeh qaz sayğacına onun tərəfindən hər hansı müdaxilənin olmadığını, akt tərtib edərkən olmadığını, sayğacın onun həyətindən kənarda quraşdırıldığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “İstehlakçıların hüquqlarının müdafıəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Həmçinin məhkəmə iddiaçının “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı mərhum qaynanası X1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız sayılması hissəsində iddiaçının tələbinə qiymət verərək hesab edir ki, həmin akt İddiaçı yaşadığı yaşayış evində “Azəriqaz” X3 RQİİ-nin Kürdəmir XS-nin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanılması qaydasında tərtib edilmiş, “Azəriqaz” X3 RQİİ-nin Kürdəmir XS-nin əməkdaşları tərəfindən imzalanmışdır. Həmin aktın ləgv edilməsi və ya etibarsız hesab edilməsi barədə əsaslar müəyyən edilmir. Odur ki, həmin hissədə məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlirni məqsədəmüvafiq və qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 20 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən, iddia tələbi qismən təmin edildiyinə görə 10 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 777,60 manat məbləğində pul vəsaiti İddiaçı adına qeyd edilmiş abonent hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 777,60 manat məbləğində pul vəsaiti silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı 10 (on) manat, cavabdeh “Azərqaz” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(041)-2610/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2610/2024
26.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver