Məhkəmə qərarları › İş №2(041)-2620/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2620/2025

05.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2620/2025 05.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı “akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt üzrə hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edədək "xxxx" ASC tərəfindən qanunsuz tərtib olunmuş 304051 nömrəli akt və əsassız sərfiyyat yazılaraq yaranmış 650 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xəbərdarlıq etmədən, heç bir səbəb göstərmədən 24 noyabr 2025-ci il tarixdə "xxxx" ASC onlara elektrik enerjisinin verilməsini dayandırmışlar. Səhəri gün bu məsələ ilə əlaqədar "xxxx" ASC-nin Kürdəmir rayon idarəsinə yaxınlaşmış və orada bildirmişlər ki, akt (№ 304051) əsasında cərimə və hesablanmış sərfiyyat borcu var. Orada bildirmişdir ki, bu qədər gülünc vəziyyət olmaz, xx.xx.2023-cü ildə cərimə yazılıb, amma onun bundan xəbəri yoxdur. Cərimənin yazıldığı iki ildən çoxdur, amma bu iki il müddətində onu telefon, məktub, teleqram və s. vasitələrlə xəbərdar etməyiblər. Əsassız borcu qəbul etməmiş, akt və sərfiyyat cədvəlini tələb etmişdir ki, məhkəməyə müraciət edəcəkdir, amma tələb etdiyi sənədləri ona verməmişlər. Bir neçə dəfə Azərbaycan Respublikasının Energetika nazirliyinin qaynar xəttinə və çağrı mərkəzinə şikayət edəndən sonra aktı və sərfiyyat cədvəlini vermişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, anası xəstə olduğu üçün çox vaxt evdə olmamış, ona görə də elektrik enerjisindən demək olar ki, istifadə etməmişlər. Son bir neçə aydır onlara ödəniş üçün heç bildiriş də verilməyib. Bu da sübut edir ki, onlar evdə olmamış və ya ümumiyyətlə sayğac oxunmayıb. Əvvəlki sayğacında heç bir problem olmadığı halda, onun iştirakı olmadan özləri sayğacı dəyişiblər. Sayğacı dəyişəndə, sayğacın üstündəki sərfiyyatla onun ödəniş cədvəlinin bir-birinə uyğunluq müqayisəsinin hesablamaları aparılmayıb. İki ildən çox müddətdə ondan borcunu ödəməyi tələb etməyiblər, nə də qanuni yollarla ödəməyi üçün tədbir görməyiblər. Odur ki, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz verərək bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisndən istifadə Qaydaları"na və "X1 Qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman 13 iyul 2023-cü il tarixdə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, iddiaçı həyətyanı sahədən keçən 0,4 kvt-luq xəttı müdaxilə edərək hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulmuşdur. Bu isə "EEİQ-nın 8.17-cı, həmçinin "EQQQ-nın 1-v bəndlərinin pozulması faktıdır Nəticədə bu əməlinə görə İddiaçı barəsində 13 iyul 2023-cü il tarixli R 304051 №-li akt tərtib edilərək hesabat aşağıdakı qaydada aparılmışdır-1,3 kvt x 24 saat x 0,7 x 150 gün = 3276 kvts, Tarif (-1000 kvts x 0,08 man = 80,00 man, Tarif (-500 kvts x 0,09 man = 45.00 man, Tarif (-1776 kvts x 0,13 man = 230,88 man, cəmi 355,88 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. İddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, R 304051 saylı aktdan görünür ki, aparılan yoxlama zamanı abonent İddiaçı adına olan elektrik hesabat sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, abonent birbaşa xətt çəkərək, elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə istifadə edir; Abunə haqqında məlumatdan görünür ki, **********00140 saylı abonent İddiaçı xx.xx.2023-cü il tarixli, R 304051 saylı nömrəli akt əsasında cəmi 355.88 manat borc hesablanmışdır; Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Qocalı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixli, 249 nömrəli arayışından görünür ki, Bağırov X2 rayonunun Qocalı kənd İƏD-nin Beyi kəndində qeydiyyatda olmaqla Beyi kəndində yaşayır; "xxxx" ASC-nin Müştəri Xidmətləri İdarəsinin xx.xx.2025-ci il tarixli 0828-Ə nömrəli Razılaşma protokolundan görünür ki, abonentin müraciəti əsasında AR-nın Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə agentliyinin Kürdəmir Filialının xx.xx.2025-ci il tarixli 3-15-2-9/2-B-5-1175/2025 saylı qeydiyyatı ilə "xxxx" ASC-yə daxil olmuş xx.xx.2025ci il tarixli 13-13/1-1-16031/2025 saylı məktubuna əsasən Aran RETSİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Rİ 304051 saylı akta görə kompüter məlumatlar bazasına daxil edilmiş 3276 kvts (355,88 manat) əlavə enerji sərfiyyatı ilə əlaqədar baxılmış, abunə haqqında bildiriş vərəqinin təhlilini və yeni quraşdırılmış P**********5 saylı elektrik hesabat sayğacının orta aylıq enerji sərfiyyatını nəzərə alaraq, akta görə aparılmış hesabata yenidən baxıldı. 1,3 kvt x (0,7) x 24 saat x 90 gün = 1966 kvts, 600 kvts x 0,080 manat = 48 manat, 300 kvts x 0,09 manat =27 manat, 1066 kvts x 0,13 manat = 138,58 manat, cəmi: 213,58 manat, 355,88 manat-213,58 manat = 142,30 manat, ödəniləcək məbləğ: 214 manat, azalma: 1294 kvts x 0,11 manat 142,34 manat təşkil edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.11-ci maddəsinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. 8.33-cü maddəsinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus Kürdəmir rayonunun Beyi kəndində yerləşən fərdi yaşayış evində baxış keçirilmiş, baxış zamanı abonentin elektrik şəbəkəsinə birbaşa xətt çəkməklə elektrik enerjisindən hesablaşma sayğacından kənar istifadə etməsi faktı aşkar edilmiş və bu hal üzrə xx.xx.2023-cü il tarixli R 304051 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında iddiaçıya münasibətdə elektrik enerjisindən qanunsuz istifadə nəticəsində 3276 kvts həcmində əlavə sərfiyyat hesablanmış və tariflər tətbiq edilməklə ümumilikdə 355,88 manat məbləğində borc müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı toplanmış sübutlarla təsdiq edilmişdir ki, iddiaçı tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması, yəni elektrik enerjisindən hesablaşma sayğacından kənar xətt vasitəsilə istifadə faktı mövcud olmuş, bu hal aktla rəsmiləşdirilmiş, aktın mövcudluğu və onun əsasında aparılmış ilkin hesablamalar iş materialları ilə təsdiqini tapmışdır. İddiaçı tərəfindən aktda göstərilən pozuntunun mövcud olmamasını sübut edən, yaxud aktın tərtibinin qanunvericiliyin tələblərini pozmaqla həyata keçirildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, iddiaçının müraciəti əsasında xx.xx.2025-ci il tarixli Razılaşma protokolu ilə xx.xx.2023-cü il tarixli R 304051 nömrəli akt üzrə aparılmış ilkin hesablamaya yenidən baxılmış, yeni quraşdırılmış sayğacın orta aylıq enerji sərfiyyatı və abunə haqqında bildiriş vərəqinin təhlili nəzərə alınmaqla əlavə enerji sərfiyyatı 3276 kvts.-dan 1966 kvts azaldılmışdır. Yenidən hesablamaya əsasən, 600 kvts üçün 48 manat, 300 kvts üçün 27 manat və 1066 kvts üçün 138,58 manat olmaqla, cəmi 213,58 manat məbləğində borc müəyyən edilmişdir. Razılaşma protokoluna əsasən, R 304051 nömrəli akt üzrə əvvəllər hesablanmış 355,88 manat məbləğin 142,30 manat hissəsi (1294 kvts elektrik enerjisinə uyğun məbləğ) silinmiş, nəticə etibarilə iddiaçı tərəfindən ödənilməli olan məbləğ 213,58 manat təşkil etmişdir. Beləliklə, ilkin akt üzrə hesablanmış 355,88 manat məbləğ tam həcmdə saxlanılmamış, onun bir hissəsi abonentin müraciəti əsasında aparılmış təhlil nəticəsində cavabdeh müəssisə tərəfindən könüllü olaraq azaldılmışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar iddiaçının iddia ərizəsində göstərdiyi kimi akt üzrə hesablanmış borcun və əlavə sərfiyyatın ümumiyyətlə əsassız olması barədə arqumentləri təkzib edir. Belə ki, tərəflər arasında tərtib edilmiş Razılaşma protokolu aktın mövcudluğunu və elektrik enerjisindən qanunsuz istifadə faktının aradan qalxmadığını, yalnız əlavə sərfiyyatın hesablanma müddətinə və həcminə yenidən baxıldığını təsdiq edir. Bu isə aktın hüquqi qüvvəsinin ləğv edilməsini deyil, yalnız borcun məbləğinin korrektə edilməsini ifadə edir. Məhkəmə həmçinin nəzərə alır ki, iddia predmeti üzrə iddiaçı tərəfindən tələb edilən “akt üzrə hesablanmış cərimənin (borcun) silinməsi” tələbi Razılaşma protokolu ilə qismən aradan qalxmış, yəni 355,88 manat məbləğin bir hissəsi cavabdeh tərəfindən artıq silinmişdir. Qalan hissə isə iddiaçının elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi faktı ilə birbaşa bağlı olmaqla, qanunvericiliyin tələblərinə uyğun aparılmış yenidən hesablamanın nəticəsi kimi müəyyən edilmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı iş materialları ilə təsdiqləndiyindən və akt üzrə aparılmış hesablamaya cavabdeh tərəfindən yenidən baxılaraq borcun müəyyən hissəsi silindiyindən, iddiaçının akt üzrə hesablanmış borcun tam həcmdə ləğv edilməsi barədə tələbi üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə, iş üzrə müəyyən edilmiş faktiki hallar, toplanmış sübutlar və tərəflər arasında tərtib edilmiş Razılaşma protokolunun məzmunu məcmu halda qiymətləndirildikdə, xx.xx.2023-cü il tarixli R 304051 nömrəli aktın əsassız olması, yaxud onun üzrə hesablamanın qanunsuz aparılması barədə iddiaçının arqumentləri öz təsdiqini tapmadığından, iddia tələbinin təmin edilməsi üçün əsaslar olmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akta əsasən qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar