Məhkəmə qərarları › İş №2(041)-265/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-265/2023

13.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-265/2023 13.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış pul vəsaitinin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qanunsuz yazılmış 157 manat pul vəsaitinin (debitor borcunun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Kürddəmir şəhəri, Hərbi şəhərcik, bina 2, mənzil 7 nömrəli ünvanda yerləşən evdə yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsi ilşə ödəyir. Heç bir vaxt qaza borcu olmayıb. Sayğac mərhum əri Söhrabın adına olduğundan debitor borc məbləği mərhum əri Söhrabın adına yazılıb Qaz İdarəsinin işçiləri bir müddət əvvəl ona istifadə etdiyi qaz borcuna görə bildiriş təqdim edərkən əlavə 157 manat borcunun olduğunu bildirmişlər. O, həmin borcun nədən yarandığını soruşduqda debitor borcunun olduğunu və bu borcun hamıya yazıldığını bildirmişlər. Bununla bağlı “Azəriqaz” X1 rayon şöbəsinə müraciət etmiş və orada ona işlətdiyi qazın puounu ödəməsini tapşırıb həmin borcu ondan tələb etmədiklərini bildirmişlər. Lakin bundan sonra “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları yaşadığım ünvana gələrək qazı dayandıracaqlarını bildirmişlər. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları onun hüquqlarını pozaraq ona qanunsuz olaraq 157 manat debitor borc yazmışlar. Hesab edir ki, ona yazılan borc qanunsuzdur. Ödəniş qəbzlərinin olmasına baxmayaraq həmin qəbzləri sistemə işləməyiblər. Hesablanan cərimə məbləği hesabından silinməlidir. Ona görə də cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qanunsuz yazılmış 157 manat pul vəsaitinin (debitor borcunun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı Cavadova X3 Ağsu Regional Qaz İstismarı İdarəsinin Kürdəmir Xidmət sahəsinin abonenti olmaqla **********00740 nömrəli hesabla qeydiyyata alınmışdır. Belə ki, İddiaçı təbii qazdan istifadə ilə bağlı yaranmış borcu tam şəkildə ödəməməsi nəticəsində yaranmışdır. Ona görə də İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qanunsuz yazılmış 157 manat pul vəsaitinin (debitor borcunun) silinməsi tələbinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeyd edilmiş **********00740 nömrəli Abonentin saldosundan görünür ki, 10.20xx-xx.2022-ci illər ərzində İddiaçı təbii qazdan istifadəyə görə borcunun 161,13 manat olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli, seriya ÇCY/32 269298 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2011-ci il tarixli, seriya ÇCY/34 135767 nömrəli ödəniş qəbzinə əsasən 5 manat, xx.xx.2011-ci il tarixli, seriya ÇCY/35 622503 nömrəli ödəniş qəbzinə əsasən 5 manat, xx.xx.2011-ci il tarixli, seriya ÇCY/36 ******* nömrəli ödəniş qəbzinə əsasən 1 manat, “Komtec LTD“ MMC-nin xx.xx.2011-ci il tarixli, seriya ÇCU 165348 nömrəli ödəniş qəbzinə əsasən 4 manat, xx.xx.2011-ci il tarixli, seriya ÇCU 224226 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2011-ci il, seriya ÇCU 374192 nömrəli ödəniş qəbzinə əsasən 8 manat, xx.xx.2012-ci il tarixli, SCU 404982 nömrəli ödəniş qəbzinə əsasən 8 manat, xx.xx.2012-ci il tarixli, ÇCU 651835 nömrəli ödəniş qəbzinə əsasən 16 manat, xx.xx.2012-ci il tarixli, ÇCU 851143 nömrəli ödəniş qəbzinə əsasən 5 manat, xx.xx.2012-ci il tarixli, ÇCU/1 296518 nömrəli ödəniş qəbzinə əsasən 5 manat, xx.xx.2013-cü il tarixli, seriya ÇCU/1 452689 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2013-cü il tarixli, ÇCU/1 483085 nömrəli ödəniş qəbzinə əsasən 8 manat, xx.xx.2013-cü il tarixli, ÇCU/1 552776 nömrəli ödəniş qəbzinə əsasən 5 manat, xx.xx.2013-cü il tarixli, ÇCU/1 621768 nömrəli ödəniş qəbzinə əsasən 4 manat, xx.xx.2013-cü il tarixli, ÇCU/1 658770 nömrəli ödəniş qəbzinə əsasən 2 manat, xx.xx.2013-cü il tarixli, ÇCU/1 825807 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2013-cü il tarixli, ÇCU/1 871134 nömrəli ödəniş qəbzinə əsasən 5 manat, xx.xx.2013-cü il tarixli ÇCU/1 895275 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli seriya EAC/18 692307 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, 16.03..2014-cü il tarixli, seriya EAC/19 180197 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2014-cü il tarixli, seriya EAC/8 621495 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2014-cü il tarixli, seriya EAC/8 629446 nömrəli ödəniş qəbzinə əsasən 5 manat, xx.xx.2014-cü il tarixli, seriya EAC/19 756726 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2014-cü il tarixli, seriya EAC/20 057880 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2014-cü il tarixli, seriya EAC/20 854284 nömrəli ödəniş qəbzinə əsasən 10 manat, xx.xx.2014-cü il tarixli, seriya EAC/21 753757 nömrəli ödəniş qəbzinə əsasən 5 manat olmaqla, cəmi 180 manat məbləğində qaz pulu M.Cavadova tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı adına qeydə alınmış **********00740 nömrəli Abonentin saldosundan görünür ki, 10.2010-cu ildən 12.2022-ci il tarixə olan dövr ərzində İddiaçı təbii qazdan istifadəyə görə 161,13 manat borcunun olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə Kürddəmir şəhəri, Hərbi şəhərcik, bina 2, mənzil 7 nömrəli ünvanda yerləşən evdə yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsi ilşə ödəyir. Heç bir vaxt qaza borcu olmayıb. Sayğac mərhum əri Söhrabın adına olduğundan debitor borc məbləği mərhum əri Söhrabın adına yazılıb Qaz İdarəsinin işçiləri bir müddət əvvəl ona istifadə etdiyi qaz borcuna görə bildiriş təqdim edərkən əlavə 157 manat borcunun olduğunu bildirmişlər. O, həmin borcun nədən yarandığını soruşduqda debitor borcunun olduğunu və bu borcun hamıya yazıldığını bildirmişlər. Bununla bağlı “Azəriqaz” X1 rayon şöbəsinə müraciət etmiş və orada ona işlətdiyi qazın puounu ödəməsini tapşırıb həmin borcu ondan tələb etmədiklərini bildirmişlər. Lakin bundan sonra “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları yaşadığım ünvana gələrək qazı dayandıracaqlarını bildirmişlər. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları onun hüquqlarını pozaraq ona qanunsuz olaraq 157 manat debitor borc yazmışlar. Hesab edir ki, ona yazılan borc qanunsuzdur. Ödəniş qəbzlərinin olmasına baxmayaraq həmin qəbzləri sistemə işləməyiblər. Hesablanan cərimə məbləği hesabından silinməlidir. İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin və “Komtec“ LTD MMC-nin ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 2011-2014-cü illər ərzində təbii qazdan istifadəyə görə ödədiyi 180 manat məbləğində qaz pulu İddiaçı adına qeydə alınmış Abonent saldosunda qeydə alınmaqla Abonent hesabına vurulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş 6 ədəd ödəniş qəbzləri 2008-2009-cu illəri əhatə etdiyindən həmin illər üzrə debitor borcları Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən onun hesabından silindiyinə görə həmin ödəniş qəbzləri subut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı adına qeydə alınmış **********00740 nömrəli Abonentin saldosunda 2012-ci ilin oktyabr ayına İddiaçı hesabına 127,27 manat, 2013-cü ilin avqust ayına 127,77 manat borcunun olduğu göstərilmişdir. A.R.Savadovanın məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinə əsasən təbii qazdan istifadəyə görə etdiyi ödənişlər onun abonent saldosunda hesabında əks olunsa da həmin borc onun hesabından silinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan istifadəyə görə 2011- 2014-cü illərdə yaranmış 127 manat borc onun hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 127 manat borc onun hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 127 manat borc onun hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar