Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-274/2023 26.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı maddi zərər tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və MMC-nin həkimi Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş *5000 manat məbləğində maddi zərərin və ödənilmiş *35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı kor bağırsağında ağrılar olduğu üçün *3.*0.2020-ci il tarixdə Kürdəmir "xxxx" MMC-yə müraciət etmiş, həkim Cavabdeh2 onu müayinə etmiş, təcili kor bağırsağından əməliyyat olunmalı olduğunu bildirmişdir. Buna görə də onu əməliyyata almış, əməliyyat zamanı həkim səhvən onun öd kisəsini götürmüş, bundan sonra həkim kor bağırsaqdan əməliyyat olunmalı olduğunu bildirib kor bağırsağında əməliyyat edəndə də həmin nahiyyədə içəridə tibbi bint və pambıq qoyaraq kəsiyi tikib və əməliyyat yerində irinləmə getdiyi üçün 9 aydan sonra onu təkrarən əməliyyat edib, daha əvvəl yadındaç çıxıb qalmış bint və pambığı çıxarmışdır. Lakin yenidən əməliyyat olunmağına baxmayaraq fəsadlar aradan qalxmamış, nəticədə ona fizioloji cəhətdən dəyən ziyan böyük olmuşdur. Həkimin səhlənkarlaığı nəticəsində onun kor bağırsağı deyil, öd kisəsi götürülmüşdür. Halbuki, onun öd kisəsindən heç bir problemi olmamışdır. Əgər öd kisəsində problemi olsaydı əməliyyat olunmamışdan əvvəl USM müayiənisi olunmalı idi. Beləliklə Kürdəmir "xxxx" MMC-nin həkimi Cavabdeh2 səhlənkarlığı nəticəsində onun öd kisəsi heç bir zərurət olmadığı halda kəsilib götürülmüş, hal-haziradək qeyd edilən fəsadlar ardan qaldırılmamış, onun səhhəti normallaşmamışdır. Hazırda müalicə alır. Bu müddət ərzində istər müalicə həkimi Cavabdeh2 bir dəfə də olsun onunla maraqlanmamış, hazırda müalicələrini davam etdirməyə imkanı yoxdur. Müalicə ala bilmədiyindən səhhəti günügündən daha da pisləşir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh2 dəfələrlə onun pulunu geri qaytarmasını tələb etsə də Ağamir bundan qəsdən imtina etmiş, Cavabdeh2 səhlənkarlığı nəticəsində bir neçə xəstəxanaya mürtaciət etmiş, nəticədə xeyli miqdarda maddi ziyana düşmüşdür. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh2 Kürdəmir "xxxx" MMC-nin baş həkimi vəzifəsində işləyir, ixtisasca cərrahdır. 2020-ci ilin oktyabr ayında iddiaçı tibb mərkəzinə müraciət edərək ödündə olan daşların cərrahiyə yolu ilə xaric edilməsini xahiş etmiş, tibb mərkəzi özəl olduğu üçün özüözünü maliyyələşdirir. Ona görə də xəstələrdən ödəniş tələb olunur. İddiaçı da mərkəzə 770 manat ödəniş etdikdən sonra onun əməliyyatına başlanılmış, əməliyyat nəticəsində öd kisəsində olan daşlar xaric edilmişdir. Bir neçə gün sonra xəstə evə buraxılmış, bir müddət sonra xəstə tibbi mərkəzinə müraciət edərək öd kisəsində yenidən daşlar əmələ gəldiyini bildirmiş, eyni zamanda ödədiyi pulunu tələb etmişdir. Hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi kespertiza və pataloji anatomiya birliyi” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 386/KEŞ saylı ekseprt rəyindən görünür ki, *959-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “öd daşı xəstəliyi” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Lakin diaqnozun təsdiqi üçün “Laporoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatından sonra çıxarılmış biomaterial patohistoloji müayinəyə göndərilməli olduğu halda göndərilməmişdir. Buna məsul şəxs cərrahiyyə əməliyyatını icra edən həkimcərrahdır. AS Tibb mərkəzində İddiaçı aparılmış müalicələr ona təyin olunmuş “öd daşı xəstəliyinə” uyğun olmuşdur. 3. İddiaçı təyin olunmuş diaqnoza uyğun olaraq onun üzərində operativ üsulla müalicə taktikasının aparılması düzgün seçilmişdir. İddiaçı üzərində icra edilmiş “Laporoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün icra edilsə də əməliyyata göstəriş olan hiperemiya və digər dəyişiklərin təsdiqi üçün biomaterial patohistoloji müayinəyə göndərilməli olduğu halda, göndərilməmişdir. İddiaçı üzərində icra edilmiş “Appendektomiya” cərrahiyyə əməliyyatı zamanı peritonizasiya və apendiks çıxıntısı kəsilərək götürüldükdən sonra güdülün hermetikliyi tam təmin edilmədiyindən xəstənin vəziyyəti ağırlaşmışdır. Yəni əməliyyat sahəsi infeksiyalaşmış, bağırsaq fistulu əmələ gəlmiş və yara ikinciliyi sağalmışdır. Bununla əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur və buna məsul şəxs müalicə həkimi cərrahdır. - *3.*0.2020-ci il tarixli 0764*3 saylı ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı 770 manat pulu Kürdəmir "xxxx" MMC-nin hesabına ödəmişdir. - tibbi sənədlərdən və ödəniş qəbzlərindən görünür ki, İddiaçı əməliyyatdan sonra “Avrasiya” hospitalına, 5 saylı klinik xəstəxanasına və digər səhiyyə müəssisələrində müayinə və müalicə olunması üçün ümumilikdə *368.99 manat maddi vəsait sərf etmişdir. - məhkəmə sorğusu ilə Kürdəmir rayon prokurorluğundan götürülmüş, Kürdəmir rayonu Sığırlı kənd sakini X* və Kürdəmir rayonu Ərşəli kənd sakini İddiaçı müraciətləri ilə bağlı toplanmış materialda Cavabdeh2 izahatında göstərmişdir ki, *3 oktyabr 2020-ci il tarixdə İddiaçı sağ qabırğa altı nahiyyədə kəskin ağrılardan şikayəti ilə bağlı müraciət etmiş, müayinə zamanı öd kisəsində 25 mm-lik olmaqla bir neçə konkrement aşkar edilmiş, xəstənin razılığı ilə əməliyyata alınmış, əməliyyat üçün 770 manat ödəniş etmişdir. *7 oktyabr 2020-ci ildə xəstə kafi vəziyyətdə stasionara çıxarılmışdır. *6 iyun 202*-ci ildə İddiaçı onun qəbuluna gəlmiş, müayinə zamanı sağ qasıq nahiyyəsində olan kəsikdə infitrativ dəyişiklik aşkar edilmişdir. Yerli anesteziya ilə həmin nahiyyədə kəsiklə irinliinfiltrativ toxuma aponevrozadək kəsilib çıxarılmışdır. 202*-ci ilin oktyabr ayında xəstə yenidən oxşar əlamətlərlə təkrar müraciət etmiş, ona konservativ müalicə məsləhət görülmüşdür. İddiaçı bədənində bint və pambığı yaddan çıxarılması və yenidən əməliyyat edilməsi ilə bağlı suala verdiyi cavabında belə bir halın olmasını təkzib etmişdir. İş materiallarına eyni zamanda , İddiaçı xəstəlik tarixçəsi, əməliyyat olunan bədən nahiyyəsinin foto şəkilləri, "xxxx" MMC-dən və müalicə həkimi Cavabdeh2 ayrı-ayrı orqanlara yazdığı şikayətlər və digər sənədlər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, iddiaçı kor bağırsaq şikayəti ilə bağlı 2020-ci ilin oktyabr ayında "xxxx" MMC-nin həkimi (direktoru) Cavabdeh2 müraciət etmiş, ona “öd kisəsinin daşı xəstəliyi” diaqnozu təyin edilmişdir. İddiaçı üzərində “Sistotomiya, öd kisəsinin daşlarının çıxarılması, sistostomiya” cərrahiyyə əməliyyatı aparılmış və bunun üçün 770 manat pulu "xxxx" MMC-nin hesabına ödəmişlər. İddiaçı mütəxəssis müayinəsi zamanı əməliyyatın taktiki cəhətdən qüsurlu icrası ilə əlaqədar olduğu müəyyən edilmişdir. İddiaçının "xxxx" MMC-nin hesabına ödədiyi 770 manat pulu cavabdeh etiraf etmiş, lakin əməliyyatı apararkən heç bir qanun pozuntusuna yol vermədiyi üçün həmin pulu qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin *9 sentyabr 20*2-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalişan tibb, əczaçiliq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na daxil edilmiş Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı bölməsində sadalanan vəzifə öhdəliklərində müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, kliniklaborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək həkim-ümumi cərrahın vəzifə öhdəliyi kimi qeyd edilmişdir (bölmənin 7-ci bəndi). Təlimatın qeyd edilən bölməsinin 24.*-ci bəndinə əsasən həkim-ümumi cərrah ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə görə məsuliyyət daşıyır. 25. Həkim-ümumi cərrah əmək intizamının, qanunvericilik və normativ hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ***2-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçının üzərində “Sistotomiya, öd kisəsinin daşlarının çıxarılması, sistostomiya” cərrahiyyə əməliyyatının taktiki cəhətdən düzgün icra edilmədiyi işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi kespertiza və pataloji anatomiya birliyi” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 386/KEŞ saylı ekseprt rəyi ilə tam təsdiq edilmişdir. İddiaçıya dəymiş ziyanla bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində ona *5000 manat məbləğində maddi zərər tələb etdiyi halda, 770 manat Kürdəmir "xxxx" MMCyə ödəməsini, müayinə və müalicəsi zamanı *278 manat əlavə xərcləri ilə bağlı əldə etdiyi ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Lakin buna baxmayaraq, onun 2020-ci ildən üzərində aparılmış əməliyyatdan yaranan fəsadların aradan qaldırılması ilə bağlı hal-hazıra kimi davam edən müayinə və müalicə, habelə Bakı şəhərinə gediş-gəlişi və digər xərclərin ümumi məbləği nəzərə alınarsa, bu xərcləri təsdiq edən sübutlar olmasa belə ağlabatan məbləğ hesab edilmir. Odur ki, məhkəmə hesab edir ki, 3 ilə yaxın müddətdə iddiaçının hələ də fəsadları aradan qaldırılmayan müayinə-mülaicə və digər xərcləri Kürdəmir "xxxx" MMCyə ödədiyi 770 manatdan əlavə, 3000 manat müəyyən edilməsi hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel *997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7-ci maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, cərrahiyyə əməliyyatı üçün Kürdəmir "xxxx" MMC-nin hesabına ödənilmiş 770 manat Kürdəmir "xxxx" MMC-dən və 3000 manat cavabdeh "xxxx" MMC-nin həkimi (direktoru) Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar *35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin **9.*-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş *35 manat dövlət rüsumunun 30 manatı cavabdehlərə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cərrahiyyə əməliyyatı üçün "xxxx" MMC-nin hesabına ödənilmiş 770 (yeddi yüz yetmiş) manat Kürdəmir "xxxx" MMC-dən və 3000 (üç min) manat cavabdeh Kürdəmir "xxxx" MMCnin həkimi (direktoru) Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat müştərək qaydada cavabdehlər Kürdəmir "xxxx" MMC-dən və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-274/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-274/2023
26.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver