Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-295/2023 27.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı Abdurahman qızının iştirakı ilə, İddiaçı Abdurahman qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abdurahman qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2, Cavabdeh1 və X1 ona məxsus Kürdəmir rayonunun Atakişili kəndində olan fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə qətnakmə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Abdurahman qızı 2(041)-680/2023 nömrəli mülki işin Şirvan Apellyasiya Məhkəməsində olduğu üçün cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair mülki işin baxılmamış saxlanmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Abdurahman qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə İddiaçı ərizəsi qəbul edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Abdurahman qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-295/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-295/2023
27.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver