Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-30/2023 23.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı X3 cavabdeh Azərişıq ASC-nə qarşı aktınlarının etibarsız hesab edilməsi və debitor borcunun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X5 cavabdeh Azərişıq ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC X2 nümayəndələri tərəfindən mərhum həyat yoldaşı X1 barəsində tərtib olunmuş 18 dekabr 2019-cu il tarixli 164636 №-li 22 iyul 2022-ci il tarixli 268700 aktlarının etibarsız hesab edilməsi, həmin aktlar əsasında hesablanmış 544 manat məbləğin ziyanın abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir. İddiaçı məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etmədiyinə və işə onun iştirakı olmadan baxmağı xahiş etmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X3 cavabdeh Azərişıq ASC-nə qarşı aktınlarının etibarsız hesab edilməsi və debitor borcunun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-30/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-30/2023
23.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver