Məhkəmə qərarları › İş №2(041)-300/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-300/2023

29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-300/2023 29.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı qanunsuz hesablanmış borcun onun hesabından silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz hesabına vurulmuş 698.82 manat qaz pulunun iddia müddəti buraxıldığı üçün hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, iddiaçı Kürdəmir rayon Böyük-kəngərli kəndində ailəsi ilə birlikdə yaşayır. Təbi qaz istehlakçısıdır. İstifadə etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəmişdir. 2020-ci ilin fevral ayında qaz nəzarətçisi onun qazını kəsmiş və ona bildirmişlər ki, qaza görə borcu var. Buna görə də qaz idarəsinə gedərək son haqq hesab etmiş, 2010-2022-ci illərə görə 672.54 manat borcu olması müəyyən edilmişdir. İddiaçı həmin borcu əsassız hesab edərək məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, 2010-cu illərdə qaz pulunu birbaşa nəzarətçiyə verib, qəbz almış və həmin qəbzlərin də bir hissəsini müddəti keçdiyinə görə saxlamamışdır. Ödənişlər tam şəkildə qeydə alınmasa da, onun təqdim etdiyi qəbzlər əsasında 380 manat borcun silinmədiyi aşkar edilmişdir. Qalan borcuna görə ödəniş qəbzlərini saxlamadığı üçün həmin məbləğlər onun hesabından silinməmişdir. İddiaçı izahatının sonunda göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsiniməhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.S.Xəlilov iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, Kürdəmir rayonu Böyük-kəngərli kəndində yaşayan İddiaçı təbii qazdan istifadə edərək qaz pulu borcunu tam şəkildə ödəməmiş, nəticədə onun 2010-2022-ci illər ərzində 698 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə İddiaçı qızına yazılı və şifahi məlumat verilməsinə baxmayaraq o, borcun ödənilməsi istiqamətində heç bir tədbir görməmişdir. Həmçinin iddiaçı tərəfindən qaz pulunun ödənilməsi barədə onlara qəbzlər təqdim olunmuş, araşdırma nəticəsində iddiaçı tərəfindən qaz pulunun ödənilməsi barədə qəbzlər olsa da həmin qəbzlər üzrə ödənilmiş 380 manat qaz pulunun abonentin saldosunda öz əksini tapmaması müəyyən edilmişdir. Nümayəndə izahatının sonunda iddianın 380 manat hissəsində təmin edilməsinə etiraz etmədiyini, qalan hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Kürdəmir rayonu, Böyük kəngərli kəndində yaşayan İddiaçı abonentin saldosundan görünür ki, iddiaçının 2022-ci ilin noyabr ayına kimi 745 manat borcu olmuş, abonentin saldosunda 2016-cı ilin iyul ayına, 2017-ci ilin aprel ayına, 2018-ci ilin iyul ayına 380 manat borc təkrarlanmışdır. İşdə olan iddiaçı tərəfindən təqdim olunmuş qəbzlərin surətindən görünür ki, iddiaçı 2010-2019-cu illər ərzində ümumilikdə 380 manat qaz pulunu cavabdehin hesabına ödəmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2019-cu ilə kimi mövcud olmuş və iddiaçı tərəfindən ödənilmiş, lakin cavabdehin hesabına ödənilməmiş 380 manat debitor borcun İddiaçı hesabından silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilsə də, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edildiyindən, 30 manat dövlət rüsumu cavabdehdən tutularq dövlət büdcəsinə öpdənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 2019-cu ilə kimi mövcud olmaqla iddiaçı tərəfindən ödənilmiş, lakin nəzərə alınmamış 380 (üç yüz səksən) manat debitor borcun İddiaçı hesabından silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV Çıxarış: AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri iş № 2(041)-300/2023 xx.xx.2023 X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı qanunsuz hesablanmış borcun onun hesabından silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 2019-cu ilə kimi mövcud olmaqla iddiaçı tərəfindən ödənilmiş, lakin nəzərə alınmamış 380 (üç yüz səksən) manat debitor borcun İddiaçı hesabından silinməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinin üzərinə qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumu “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar