Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-306/2023 14.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan şəhər məhkəməsinə müraciət edərək, onun mülki iddiaçı kimi tanınması, mülki iddianın təmin edilməsi və ona vurulmuş 821 manat maddi ziyanın təqsirləndirilən şəxs Cavabdeh alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh 2014-2018-ci illər ərzində Bakı şəhərində müxətlif yerlərdə və “Facebook” sosial şəbəkəsində ölkədən xaricdə təhsil almaları üçün abturyentlərə xidmət gösətrilməsi barədə elanlar yerləşdirmiş, İddiaçı da xaricdə təhsil alamq məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh onu Türkiyə Respublikasında təhsil alamq üçün 499 manat pul lazım olduğunu iddiaçıya demişdir. Cavabdeh əlavə olaraq 255 manat yola düşəndə yol pulu verəcəyini demişdir. İddiaçı Cavabdeh inanmış və Rüstəm ona Türkiyə Respublikasının müxtəlif şəhərlərində yerləşən universitetlərin adını ona göstərmişdir. Cavabdeh ona bildirmişdir ki, təqdim olunmuş universitetlərin birinə onu yerləşdirəcəkdir. İddiaçı həmin universitetləri qəbul etmiş və onunla razılaşmışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh 500 manat pul vermişdir. Elə həmin gün Cavabdeh hazır müqaviləni onun qabağına qoymuş, orada onun adını, soyadını, şəxsiyyət vəsiqəsini qeyd etmiş, 500 manat ödəniş yazmışdır. Həmin müqaviləyə qeyd olunan unuversitetlərin adını qeyd etmiş, bildirmişdir ki, dərslər sentyabr ayında başlayacaq, avqust ayının sonuna qədər qəbul siyahıları gələcəkdir. Ondan alınan puldan əlavə 255 manat yol pulu və 66 manat sənədlərin tərcümə edilməsinə vermişdir. Beləliklə Cavabdeh onun etibarından sui-istifadə edərək ona 821 manat ziyan vurmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh onu aldatmasını biləndən sonra aidiyyatı üzrə polisə müraciət etmişdir. Onun və bir neçə şəxsin müraciəti əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə cinayət işi başlamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-85/2021 saylı hökmü ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Lakin Cavabdeh ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də hazirki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . Belə ki, iddianın əsasını təşkil edən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-85/2021 saylı hökmü ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə Cavabdeh 2014-cü il tarixdən 2018-ci il tarixədək olan müddət ərzində Bakı şəhərində müxətlif yerlərdə elanlar yerləşdirməklə və “Facebook” sosial şəbəkəsində elan verməklə ölkədən kənarda ali təhsil almaq istəyən abturyentlərə xidmət gösətrilməsinin reklamını yerinə yetirərək həmin elanla əlaqədar ona müraciət edən şəxsləri aldadıb əmlakını ələ keçirmək məqsədilə, həmin şəxslərdə inam və etibar yaradıb inandıraraq onlarla müəyyən miqdarda pul vəsaiti müqabilində öz xidmətlərini təklif etməklə dələduzluq edərək onları aldatmışdır. O cümlədən, hazırki iş üzrə İddiaçı da xaricdə təhsil alamq məqsədilə cavabdehə müraciət etmiş, eyni üsulla ondan 500 manat pul almışdır. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınsa da, mülki iddiaçı kimi tanınmamışdır. Məhkəmə istintaqında İddiaçı təqsirləndirilən şəxs Cavabdeh 500 manat pul vəsaitini verməsi öz təsdiqini tapsa da, mülki iddiaçı olmadığına görə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı hazırki iddiasında onun mülki iddiaçı kimi tanınması, mülki iddianın təmin edilməsi və ona vurulmuş 821 manat maddi ziyanın təqsirləndirilən şəxs Cavabdeh alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirməsə də, mahiyyət etibarı ilə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdiyini nəzərə alaraq, mübahisəyə mahiyyəti üzrə baxılması mümkün hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia tələbində iddiaçının tələb etdiyi 821 manatın 500 manatı Cavabdeh verdiyi vəsaitdən, 255 manat yol puluna və 66 manat isə sənədlərin tərcüməsinə verdiyi vəsaitdən ibarətdir. İddia edilən 500 manat pulun həqiqətən də, Cavabdeh verilməsi və ona geri qaytarılmaması iddianın əsasını təşkil edən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-85/2021 saylı hökmündə öz təsdiqini tapdığına görə, həmin hissədə iddia Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələblərinə müvafiq olaraq təmin edilməlidir. İddiaçının yol puluna xərclədiyi 255 manatın və sənədlərin tərcüməsinə verdiyi 66 manatın isə cavabdehin ona vurduğu ziyan kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-85/2021 saylı hökmündə və eləcə də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığına görə, bu hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 (beş yüz) manat ziyan tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğuna görə iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-306/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-306/2023
14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver