Məhkəmə qərarları › İş №2(041)-345/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-345/2024

07.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-345/2024 07.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh “Azəriqaz” İB-nə qarşı qanunsuz hesablanmış pul vəsaitinin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” istehsalat birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB tərəfindən ona qanunsuz yazılmış 154.30 manat pul vəsaitinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Kürdəmir rayonu qaçqın şəhərciyində yaşayır, istifadə etdiyi qazın dəyərini hər ay ödədiyi üçün borcu olmamışdır. Qaz nəzarətçisinin verdiyi bildirişdə 154.30 manat borcunun olmasını görüb Kürdəmir rayon qaz istismarı şöbəsinə getmiş və ona bildirmişlər ki, ona artıq pul hesablanmışdır. Dəfələrlə gedib-gəlməsinə baxmayaraq cavabdeh özünün təqsiri ucbatından yaranmış səhvi aradan qaldırmadığı üçün məcbur olub bununla bağlı məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.S.Xəlilov iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Kürdəmir rayon qaçqınlar şəhərciyində yaşayan İddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmiş, onun tərəfindən ödənişlər olunduğunu qeyd etsə də həmin ödənişlər onların hesabına otuzdurulmamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının qaz sərfiyyatını hesablayan mexaniki sayğacın göstəricisi 2012-ci ilin sentyabr ayında 1830 kub.metr, ümumilikdə 154.30 manat artıq qaz sərfiyyatı hesablanmışdır. Nümayəndə izahatının sonunda iddianın həmin məbləğdə təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan abonentin saldosuna görə iddiaçının yaşadığı mənzilə quraşdırılmış mexaniki qaz sayğacının göstəricisi 2010-ci ilin dekabr ayında 3670 kub.metr olduğu halda, 2012-ci ilin sentyabr ayında həmin göstərici 1800 kub.metr kimi qeydə alınmış və həmin göstəriciyə uyğun olaraq 154.30 manat artıq pul hesablanmışdır. Başqa sözlə həmin hesabata görə iddiaçının bir aya 1800 kub.metr qazdan istifadə etdiyi göstərilir ki, abonentin saldosunda göstərilən bütün illərlə müqayisədə həmin hesabat ağlabatan görünmür. Hesabatın səhvən yaranmasını cavabdehin nümayəndəsi də etiraf etmiş və həmin hesabatdan debitor borcu çıxmaqla qalan 154.30 manat pulun iddiaçının hesabından silinməsinə etiraz etmədiyini bildirmişdir. İşə əlavə edilmiş, İddiaçı abonentin saldosundan (abonent kodu:**********00010) məlum olur ki, iddiaçı 2014-cü ilin aprel ayından 2022-ci ilin dekabr ayına kimi qazdan istifadə etməmiş, sonrakı vaxtlarda istifadə etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəmişdir. Qeyd edilən 154.30 manat borc 8 il müddətində saldoda borc kimi göstərilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının hesabına artıq hesablanmış 154.30 manat borc İddiaçı hesabından silinməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edildiyindən, 30 manat dövlət rüsumu cavabdehdən tutularq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 154.30 (bir yüz əlli dörd manat 30 qəpik) manat borc Kürdəmir rayonu məcburi köçkünklər şəhərciyində yaşayan İddiaçı (abonent kodu:**********00010) hesabından silinsin. 30 (otuz) manat dövlət rüsumu “Azəriqaz” istehsalat birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar