Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-347/2025 28.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi, Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı debitor borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək Cavabdeh İB-nin X6 İsteismarı İdarəsi tərəfindən hesablanmış 2341.7 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 2341.71 manat əsas borcun, 44 manat dövlət rüsumunun tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavadeh İddiaçı izahat verərək bildirdi ki, anası X3 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və qaz sayğacı da onun adına olmuşdur. Anası vəfat etməmişdən əvvəl Kürdəmir rayonu Atakişili kəndində yerləşən evinə gələn qaz xəttində sızıntılar olmuş və dəfələrlə qaz idarəsinə müraciət edərək qazın sızması barədə məlumat vermişdir. Cavabdehın əməkdaşları da etinasızlıq göstərək sızıntını aradan qaldırmamış və yaşlı adamın adına 2341,71 manat borc yazılmışdır. Mərhum anası vəfat etməmişdən əvvəl hər ay istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəmiş az miqdarda debitor borcu qalmışdır. Anası vəfat edəndən sonra həmin evdə heç kim yaşamamışdır. Oğlu həmin evə köçüb yaşamaq istəyərkən anasının adına verilən bildirişdə qaza görə borcun olduğunu bilmişdir. Hesab edir ki, hesablanan məbləğ tamamilə qanunsuzdur. Onuda qeyd etdi ki, qaz sayğacı küçədə olub heç bir qoruma vasitəsi ilə təmin edilməyib. Vətəndaşlıq hüquqları kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd etdiyi detallar yazılan borcun qanunsuz olmasını, etibarsız hesab edilməsinə əsas verir. Hesablanan borcu mərhuim anasının adına olan hesabdan silinməlidir. Beləlikə cavabdeh qurum olan Cavabdehın Kürdəmir qaz İdarəsinin işçiləri onlara verilmiş hüquqlardan sui istifadə edərək qanunvericilik aktlarının tələblərini eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozurlar. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə ilkin iddianı qəbul etmədiyini, iddialarını müdafiə edərək izahatında bildirdi ki, İddiaçı mübahisələndirdiyi məbləğ 2341.71 manat borc mərhum anası X1 adına məxsusdur. (**********0063) Qeyd olunan məbləğin yaranmasının səbəbi mənzildə təbii qazdan istifadə edilmiş təbii qazın dəyərinin tam şəkildə ödənilməməsinin nəticəsində yaranmışdır. Hazırda mübahisə predmeti olan mənzil qaçqın abonent kimi qeydiyyata alınmışdır. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mənzilində təbii qazdan istifadə etmiş və dəyərini tam şəkildə ödəniş etməməsinin nəticəsində yaranmışdır. Hal-hazırda mənzildə təbii qazdan istifadə ilə bağlı ödənişlər Elter G-4 markalı ******* saylı sayğac üzrə hesablamalar aparılır. Cavabdehin nümayəndəsi işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini, İddiaçı iddiasının isə əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; -xx.xx.2019-cu il tarixdə Kürdəmir rayonu Atakişili kəndində X1 adına abonent kodu **********02190 üzrə Smart G-4 İTRON GALLUS PAY tipli **********6 nömrəli sayğac quraşdırılmış və 1403.71 manat cari borc hesablanmışdır. -Azərbaycan Respublikası Kürdəmir rayon Qarasaqqal kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ 958739 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə vəfat etmişdir. -Abonentin saldosundan görünür ki, 2010-cu ilin oktyabr ayından heç bir borcu olmamış, lakin 2019-cu ilin mart ayında abonentin hesabına 2341.70 manat məbləğində qaçqın abonent kimi qeydiyyat aparılmışdır. -Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-56-29/2-Ə-07/2025 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixində vəfat edən mərhum anası X2 məxsus olmuş fərdi yaşayış evi Kürdəmir rayonunun Atakişili kəndi ərazisində yerləşir. Hazırda sözügedən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********22-10301 reyestr nömrəli Çıxarışına əsasən nəvəsi X4 mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evində mərhum X3 vəfat etdiyi tarixə kimi yaşamamışdır. - Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Qarasaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 16 nömrəli arayışından görünür ki, mərhum X3 xx.xx.2019-cu ildə Qarasaqqal kəndində vəfat etmişdir. O, vəfat edənə kimi Qarasaqqal kəndində oğlu İddiaçı evində birgə yaşamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2019-cu il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində yerləşən X2 məxsus evdə quraşdırılmış Smart tipli G-4 markalı **********6 nömrəli qaz sayğacına 2341.70 manat məbləğində qaçqın limiti vurulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, sayğac iddiaçının istifadəsində olan yaşayış sahəsinin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki iş üzrə tələb edilən zərərə görə iddiaçının təqsirliliyini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddiası isə rədd edilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən hesablanmış 2341.70 manat İddiaçı hesabından silinməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə 43.41 (qırx üç manat qırx bir qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən hesablanmış 2341.70 (iki min üç yüz qırx bir manat yetmiş qəpik) manat İddiaçı hesabından silinsin. 43.41 (qırx üç manat qırx bir qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 2341.71 manat əsas borcun, 44 manat dövlət rüsumunun tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV
Məhkəmə qərarları › İş №2(041)-347/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-347/2025
28.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver