Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-358/2025 04.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış pul vəsaitinin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İB-i tərəfindən qanunsuz hesablanmış 353 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir şəhəri, S.Şıxaliyev küçəsi ev 43, mənzil 8-də fərdi yaşayış evi var. Həmin ev mülkiyyət hüququna əsasən ona məxsusdur. Özü hazırda ünvan 1 ünvanda yaşayır. Ailəsi ilə birlikdə 2001-ci ildə Bakı şəhərinə köçmüş və həmin vaxtdan orada yaşamağa başlamışdır. 2020-ci ilə kimi yolu düşəndən düşənə evə gəlib-getmişdir. Hər ay istifadə etdiyi qazın dəyərini poçt və terminal vasitəsi ilə qaz idarəsinin hesabına ödəmişdir. Heç bir vaxt qaza borcu olmayıb. Təxminən 2012-ci ilin may ayında Qaz idarəsinin işçiləri onun xəbəri və iştirakı olmadan ona məxsus mənzilə işlənmiş qalıq borcu olan qaz sayğacı quraşdırmışlar. Həmin sayğac quraşdırılan vaxtı onun üzərində olan borc onun hesabına yazılmışdır. O, ailəsi ilə Bakı şəhərində yaşadığı üçün bundan xəbəri olmamışdır. Hazırda həmin mənzili satmaq istəyərkən ona məlum olmuşdur ki, qaza borcu vardır. O, həmin evdə yaşamadığı halda necə olur ki qaza borcu yaranıb. Bununla bağlı "Azəriqaz” X1 rayon şöbəsinə getmişdir. Orada borcla bağlı maraqlandıqda hesabında 353 manat qaza borcunun olduğu bildirilmiş, sənədlərini götürdükdə qaza 353 manat borcunun olduğunu bilmişdir. Həmin borcun nədən yarandığını soruşduqda, sərfiyyatla bağlı yaranan borcun olduğunu bildirmişlər. "Azəriqaz” X1 rayon şöbəsinin əməkdaşları onunla razılaşmamış və bununla bağlı məhkəməyə müraciət etməyini bildirmişlər. İddiaçı əvvəlki məhkəmə iclasında iştirak edib iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmiş, sonrakı məhkəmə iclasına ərizə ilə müraciət edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixədək olan müddəti əhatə edən abonent İddiaçı adına olan saldodan görünür ki, İddiaçı adına olan ünvan 3 ünvanına Elster G-4T DİAFRAQMA markalı qaz sayğacı xx.xx.2013-cü ildə quraşdırılmışdır. 2013-cü ilin mayından 290.70 qəpik borcla 2014-cü il tarixə, 382.80 manat borcla 2015-ci ilə, 380.50 manat borcla 2016-cı ilə, 398.50 manat borcla 2017-ci il tarixə, 353 manat borcla 2018-ci il tarixə borc hesablanmaqla qazdan sərfiyyata görə yaranmış borc cəmi 353 manat təşkil etmiş, bundan sonra həmin ünvanda cəmi 0,12 qəpik qaz sərfiyyatı hesablanmış, debitor borc 353 manat olmuşdur. Həmçinin, həmin saldoda qeyd olunan ünvanda daimi deyil, ilin müxtəlif aylarında 3-4 ay olmaqla qazdan istifadə edildiyi, borca nisbətdə ödəniş aparılsa da, qismən az miqdarda aparıldığı göstərilmişdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2013-cü il tarixli 815533 nömrəli aktdan görünür ki, Kürdəmir şəhəri, S.Şıxəliyev küçəsində İddiaçı adına Elster G-4T markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 859 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən ünvan 4 ünvanda bu günə kimi yaşayış olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 118 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 5 ünvanında xx.xx.2001-ci ildən bu günə kimi qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı adına olan Kürdəmir şəhəri, Dəmiryol binası 23/8 saylı ünvanına Elster G-4T DİAFRAQMA markalı qaz sayğacı xx.xx.2013-cü ildə quraşdırılmışdır. 2013-cü ilin mayından 290.70 qəpik borcla 2014-cü il tarixə, 382.80 manat borcla 2015-ci ilə, 380.50 manat borcla 2016-cı ilə, 398.50 manat borcla 2017-ci il tarixə, 353 manat borcla 2018-ci il tarixə borc hesablanmaqla qazdan sərfiyyata görə yaranmış borc cəmi 353 manat təşkil etmiş, bundan sonra həmin ünvanda cəmi 0,12 qəpik qaz sərfiyyatı hesablanmış, debitor borc 353 manat olmuşdur. Həmçinin, ünvan 6 ünvanında daimi yaşayış olmasa da, ilin müxtəlif aylarında 3-4 ay olmaqla qazdan istifadə edildiyi, yaranmış borca nisbətdə ödəniş aparılsa da, qismən az miqdarda aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2.3-cü maddəsinə görə, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 5.5-ci maddəsinə əsasən, qazpaylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qeyd olunan hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı qaz sərfiyatından yaranmış 353 manat borcu cavabdehə ödəmək vəzifəsi daşıdığından iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış pul vəsaitinin silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış pul vəsaitinin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-358/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-358/2025
04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver