Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-362/2023 18.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh “Azəriqaz” istehsalat birliyinə qarşı “borcun hesabından silinməsi tələbinə dair” iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı borcun hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə görə ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki iş üzrə İddiaçı 838.88 manat borcun hesabından silinməsini tələb etdiyi halda, cavabdeh təşkilatla arasında bağlanmış müqavilənin surətini, habelə silinməsini tələb etdiyi borc məbləğini təsdiq edən sübutunu, həmçinin cavabdeh təşkilatla mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı iş materiallarına heç bir sənəd əlavə etməmiş, bununla da, iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh “Azəriqaz” istehsalat birliyinə qarşı “borcun hesabından silinməsi tələbinə dair” iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(041)-362/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-362/2023
18.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver