Məhkəmə qərarları › İş №2(041)-365/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-365/2023

20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-365/2023 20.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respubliaksı Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun hesabından silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun adına qeyd edilən **********00200 nömrəli abonent saldosu üzrə təbii qazdan istifadəyə görə qanunsuz hesablanmış 1035,45 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir şəhəri, Koroğlu küçəsi, ev 1, mənztil 20-də yaşayır. Yaşadığı evdə istifadə etdiyi abonent kodu **********00200 olmaqla istifadə etdiyi təbii qazın dəyərini “Azəriqaz” İB-nin hesabına ödəyir. Bu yaxınlarda qaza baxan nəzarətçi ona bildiriş verəndə qaza borcunun artıq hesablandığını görmüşdür. Borcun yaranma səbəbini soruşmaq üçün Qaz İdarəsinə müraciət etmiş və Qaz İdarəsində adına qeydə alınmış **********00200 nömrəli abonent saldosunda onun 2022-ci ilin dekabr ayına 1035,45 manat borcunun olduğunu görmüşdür. Qaz İdarəsinin əməkdaşlarının qaza görə borcunun olmadığını bildirsə də, onlar borcu ödəməsini tələb etmişlər. Onun abonent saldosunda göstərilən məbləğdə borcu yoxdur. “Azəriqaz” İB tərəfindən onun konstitusion hüquqları qanunsuz olaraq və həmin qanunsuzluq nəticəsində o, maddi ziyana düşərək qanunsuz hesablanmış cərimənin silinməsi ilə bağlı bir neçə dəfə “Azəriqaz” İB-nin Kürdəmir Qaz İdarəsinə müraciət etmiş, hətda hər dəfə həmin idarəyə getməklə əlavə xərcə düşmüşdür. Ona görə də cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun adına qeyd edilən **********00200 nömrəli abonent saldosu üzrə təbii qazdan istifadəyə görə qaqnunsuz hesablanmış 1035,45 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək göstərdi ki, İddiaçı “Azəriqaz” X3 X5 İdarəsinin Kürdəmir Xidmət Sahəsinin abonentidir və hazırda **********00200 nömrəli hesabla qeydiyyata alınmışdır. İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış borc ona verilən qaçqın limitindən ardıq miqdarda təbii qazdan istifadəyə görə hesablanan məbləğ olmaqla həmin məbləğ onun özü tərəfindən ödənilməlidir. İddiaçı təbii qazdan istifadəyə görə 2016-cı ilin sentyabr ayına olan 1061,09 manat borcunu ödəmədiyinə görə onun istifadə etdiyi mexaniki sayğac dəyişdirilmiş və əvəzində Smart kart tipli sayğac quraşdırılmışdır. Hazırda iddiaçının təbii qazdan istifadəyə görə “Azəriqaz” İB-nə 1035,45 manat məbləğində borcu var. Ona görə də İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun adına qeyd edilən **********00200 nömrəli abonent saldosu üzrə təbii qazdan istifadəyə görə qaqnunsuz hesablanmış 1035,45 manat borcun hesabından silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və İddiaçı adına qeydə alınmış **********00200 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı 10.2010-cu ildən 2016-cı ilin sentyabr ayının sonuna olan dövr ərzində təbii qazdan istifadəyə görə 1061,09 manat məbləğində debitor borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş GPG16020294 nömrəli Smart Sayğac abonentin məlumatından görünür ki, İddiaçı yaşadığı mənzilə xx.xx.2016-cı il tarixdə Smart kart tipli sayğac quraşdırılmış və həmin dövrdə onun təbii qazdan istifadəyə görə 1035,41 manat məbləğində cari borcunun olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, habelə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir şəhəri, Koroğlu küçəsi, ev 1, mənztil 20-də yaşayır. Yaşadığı evdə istifadə etdiyi abonent kodu **********00200 olmaqla istifadə etdiyi təbii qazın dəyərini “Azəriqaz” İB-nin hesabına ödəyir. Bu yaxınlarda qaza baxan nəzarətçi ona bildiriş verəndə qaza borcunun artıq hesablandığını görmüşdür. Borcun yaranma səbəbini soruşmaq üçün Qaz İdarəsinə müraciət etmiş və Qaz İdarəsində adına qeydə alınmış **********00200 nömrəli abonent saldosunda onun 2022-ci ilin dekabr ayına 1035,45 manat borcunun olduğunu görmüşdür. Qaz İdarəsinin əməkdaşlarının qaza görə borcunun olmadığını bildirsə də, onlar borcu ödəməsini tələb etmişlər. Onun abonent saldosunda göstərilən məbləğdə borcu yoxdur. “Azəriqaz” İB tərəfindən onun konstitusion hüquqları qanunsuz olaraq və həmin qanunsuzluq nəticəsində o, maddi ziyana düşərək qanunsuz hesablanmış cərimənin silinməsi ilə bağlı bir neçə dəfə “Azəriqaz” İB-nin Kürdəmir Qaz İdarəsinə müraciət etmiş, hətda hər dəfə həmin idarəyə getməklə əlavə xərcə düşmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı adına qeydə alınmış **********00200 abonentin saldosundan görünür ki, iddiaçı 2011-ci ildə təbii qazdan istifadəyə görə ona 168 kub metr qaçqın limiti verildiyi halda o, 320,90 kub metr, 2012-ci il ərzində 168,00 kub metr əvəzidə 276,90 kub metr, 2013-cü il ərzində 168,00 kub metr əvəzində 388,60 kub met, 2016-cı il ərzində 108,00 kub metr əvəzində 379,10 kub mer əlavə təbii qazdan istifadə etmiş və bunun da nəticəsində onun təbii qazdan istifadəyə görə 1061,09 manat məbləbində borcu yaranmışdır. GPG16020294 nömrəli Smart Sayğac abonentin məlumatına əsasən İddiaçı 2022-ci ilin 12 ayı ərzində istifadə etdiyi Smart tipli sayğaca karta yüklənən məbləğdən borca görə tutulmalar aparılmış və 2023-cü ilin yanvar ayına onun 1035,45 manat məbləğində borcu qalmışdır. İddiaçı iddia ərizəsində bu yaxınlarda nəzarətçinin ona bildiriş verəndə qaza olan borcunun artıq hesablandığını bildirsə də, onun yaşadığı mənzilə 2016-cı ilin sentyabr ayında Smart tipli qaz sayğacı qurahşdırılmış və o, istifadə etdiyi təbii qazın ödənişini kart vasitəsi ilə həyata keçirmişdir. Məhkəmədə izahat verərkən iddiaçı stifadə etdiyi təbii qazın dəyərini illər üzrə ödədiyini göstərsə də iddia ərizəsində hesabından silinməsini tələb etdiyi 1035,45 manat məbləğində borcun onun hesabından silinməsi ilə bağlı konkret olaraq hər hansı bir sübutu iddia ərizəsində göstərməməklə məhkəməyə təqdim edə bilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra “Qaydalar”ın) 3.1-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. ”Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini kifayət qədər mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinin tələbinə əsasən məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad edildiklərinə görə 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun adına qeyd edilən **********00200 nömrəli abonent saldosu üzrə təbii qazdan istifadəyə görə qanunsuz hesablanmış 1035,45 manat borcun hesabından silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun adına qeyd edilən **********00200 nömrəli abonent saldosu üzrə təbii qazdan istifadəyə görə qanunsuz hesablanmış 1035,45 manat borcun hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar