Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-375/2024 29.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2023-ci il tarixli, 314092 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 550 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmşdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Xəlsə kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları yaşadığı evin həyətinə gəlib elektrik sayğacına baxış keçirib getdilər. Bir neçə gün sonra cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları onun yaşadığı evə gələrək elektirik xətdindən kənar birbaşa elektirik enerjisindən istifadə etməsini və barəsində xx.xx.2023-ci il tarixli, 314092 nömrəli akt tərtib edildiyini, həmin akta əsasən 550 manat məbləğində cərimə olunduğunu Ona demişlər. Bundan əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Akta əsasən yaranmış borca görə evinə gələn elektirik enerjisini dayandıracaqları barədə onu xəbərdar etmişlər. O, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları ilə razılaşmayaraq barəsində tərtib olunmuş aktı tələb etmişdir. Sonradan aktı əldə etmiş və aktla tğanış olduqda ona məlum olmuşdur ki, güya abonent 0,4 kv-lıq hava xəttindən kənar xətt çəkərək elektirik enerjisindən birbaşa istifadə edib. Elektirik enerjisinin insan həyatı üçün yüksək təhlükə mənbəyi olduğu üçün elektrik xəttinə müdaxilə etməsi mümkün deyil. Aktın pozuntunun qısa məzmunu bölməsində “abonent kənar xətt çəkilərək birbaşa elektrik enerjisindən istifadə edir” kimi göstərilsədə belə bir halın olmadığını bildirmişdir. Həmin Akta əsasən barəsində edildiyi qanunsuzluqları və haqsızlıqları araşdırmaq üçün Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərini X2 filialına müraciət etmişdir. Bütün bunlara baxmayaraq ona qanunsuz hesablanmış 550 manat məbləğində cərimə bu günə kimi hesabından silinməmişdir. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi huquqlarını pozur, ona haqsız 550 manat borc yazılması onun maddi vəziyyətini ağırlaşdırır. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, 314092 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 550 manat borc məbləğinin onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavbdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək göstərdi ki, "xxxx" ASC-nin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik eknerjisindən istifadə Qaydaları”na və “X1 Qaydaları”na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman xx.xx.2023ci il tarixdə İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, iddiaçının 0,4 kvt-luq hava xətdindən birbaşa kənar elektirik xətti vasitəsilə elektirik şəbəkəsinə qanunsuz qoşulması aşkar olunmuşdur. Bu isə EEİQ-nin 8,17-ci, həmçinin EQQQ-nin ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə bu əməlinə görə İddiaçı barəsində xx.xx.2023-ci il tarixli, 314092 saylı akt tərtib edilərək 4,4 kvt x 24 saat x 0,7 x 60 gün = 4435 kvts, Tarif 400 kvts x 0,08 man = 32.00 man, Tarif 200 kvts x 0,09 man = 18.00 man, Tarif 3835 kvts x 0,13 man = 498.55 manat, cəmi 548.55 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 4435 kvts itirilmiş elaktrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Ona görə də İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş xx.xx.2023-ci il tarixli, 314092 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən qanunsuz hesablanmış 550 manat məbləğində cərimənin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli, 314092 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Kürdəmir rayonu Xəlsə kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən abonentin sayğacdan kənar 0,4 kvt-luq hava xəttdən birbaşa elektrik enerjisindən istifadə etməsi faktı aşkar edilmiş və keçən yük ölçülərək İ=5.1 A; U =220; P=1.1 kvt. üzrə hesablanmışdır. Akt tərtib edilərkən həmin akt "xxxx" ASC-nin 3 nəfər nümayəndələri imzalanmış, hal şahidləri iştirak etməmiş, həmin aktda məişət abonenti qrafasında ümumiyyətlə məişət abonentinin adı qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı adına qeydə alınmış **********00018 nömrəli Abunə haqqından bağlanan aktlar bölməsində onun barəsində tərtib olunmuş xx.xx.2023-ci il tarixli, 314092 nömrəli akta əsasən 548,55 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara məcmuu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Xəlsə kəndində yaşayır. Evində istifadə etdiyi elektrik enerjisinin pulunu hər ay vaxtında ödəyir. Evinə gələn elektrik xəttinin üzərinə elektrik sayğacı quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları yaşadığı evin həyətinə gəlib elektrik sayğacına baxış keçirib getdilər. Bir neçə gün sonra cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları onun yaşadığı evə gələrək elektirik xətdindən kənar birbaşa elektirik enerjisindən istifadə etməsini və barəsində xx.xx.2023-ci il tarixli, 314092 nömrəli akt tərtib edildiyini, həmin akta əsasən 550 manat məbləğində cərimə olunduğunu Ona demişlər. Bundan əlavə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Akta əsasən yaranmış borca görə evinə gələn elektirik enerjisini dayandıracaqları barədə onu xəbərdar etmişlər. O, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları ilə razılaşmayaraq barəsində tərtib olunmuş aktı tələb etmişdir. Sonradan aktı əldə etmiş və aktla tğanış olduqda ona məlum olmuşdur ki, güya abonent 0,4 kv-lıq kənar xətt çəkərək elektirik enerjisindən birbaşa istifadə edib. Elektirik enerjisinin insan həyatı üçün yüksək təhlükə mənbəyi olduğu üçün elektrik xəttinə müdaxilə etməsi mümkün deyil. Aktın pozuntunun qısa məzmunu bölməsində “abonent kənar xətt çəkilərək birbaşa elektrik enerjisindən istifadə edir” kimi göstərilsədə belə bir halın olmadığını bildirmişdir. Həmin Akta əsasən barəsində edildiyi qanunsuzluqları və haqsızlıqları araşdırmaq üçün Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərini X2 filialına müraciət etmişdir. Bütün bunlara baxmayaraq ona qanunsuz hesablanmış 550 manat məbləğində cərimə bu günə kimi hesabından silinməmişdir. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi huquqlarını pozur, ona haqsız 550 manat borc yazılması onun maddi vəziyyətini ağırlaşdırır. Ona görə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli, 314092 nömrəli aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 550 manat borc məbləğinin onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəriuri hesab edir ki, xx.xx.2023-cü il tarixli, 314092 saylı akt tərtib edilərək kənar xətdən keçən cərəyanın miqdarı 4,4 kvt x 24 saat x 0,7 x 60 gün = 4435 kvts, Tarif 400 kvts x 0,08 man = 32.00 man, Tarif 200 kvts x 0,09 man = 18.00 man, Tarif 3835 kvts x 0,13 man = 498.55 manat, cəmi 548.55 manat hesablanmaqla iddiaçının maddi vəziyyətini ağırlaşdırır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-ci il tarixli, 314092 nömrəli akt qismən etibarsız hesab edilməklə itirilmiş elektrik enerjisinin miqdarı akt üzrə 200 manat müəyyən edilməlidir. İddiaçı barəsində akt tərtib edilərkən iddiaçının sayğacdan kənar xəttdən birbaşa elektrik enerjisindən istifadə etməsi faktı qeyd olunmaqla, cavabdehin nümayəndəsi kənar istifadə barədə video çəkiliş aparılmamış, cavabdehin nümayəndəsi bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş materiallarından və iddiaçının izahatından da göründüyü kimi iddiaçının barəsində tərtib olunan mübahisəli akt müəyyən edilmiş qayda pozulmaqla, hal şahidlərinin iştirakı təmin edilmədən işin nəticəsində maraqlı olan cavabdehin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş və imza edilməsi üçün iddiaçıya təqdim edilməmişdir. Qeyd edilən və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-ci il tarixli, 314092 nömrəli aktın qismən etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 15 manat döıvlət rüsumu cavabdeh "xxxx" ASC-dən, iddia tələbi qismən təmin edildiyinə görə 15 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-ci il tarixli, 314092 nömrəli akt qismən etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış 200 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilməli, qalan 350 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən İddiaçı barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş xx.xx.2023-ci il tarixli, 314092 nömrəli akt qismən etibarsız hesab edilsin. Həmin akt əsasında hesablanmış 200 manat borc İddiaçı tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin, qalan 350 manat məbləğində borc İddiaçı adına qeydə alınmış abonent hesabından silinsin. İddiaçı 15 (on beş) manat, cavabdeh "xxxx" ASC-dən 15 (on beş) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-375/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-375/2024
29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver